XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2018 - 12:23

Günahı üzündən daşa dönmüş Zoyanın fəryadı:“Yerüzü od tutub yanır! Dua edin! Bütün dünya günah içində həlak olacaq, dua edin!”

Bu əhvalat 50-ci illərin sonunda Kuybışevdə, indiki Samara şəhərində sadə sovet ailəsində vaqe olub. Ana-bala Yeni ili qarşılamağa hazırlaşırmışlar. Qızı Zoya yeddi rəfiqəsini və gənc oğlanları axşama rəqsə dəvət edib. Milad pəhrizi vaxtıydı və anası Zoyadan xahiş edir ki, bu axşam məclis qurmasın, amma qız inadından dönmür. Ana axşam kilsəyə dua etməyə gedir. 

Qonaqlar yığışır, Zoyanın Nikolay adında adaxlısı isə hələ gəlməyibmiş. Onu gözləmirlər, rəqslər başlanır. Qızlar və gənc oğlanlar cüt-cüt birləşir, Zoya isə tək qalır. O, acığından müqəddəs Ecazkar Nikolayın şəklini götürür və ona belə ehtiramsızlıq etməməyi məsləhət görən rəfiqələrinə qulaq asmayaraq deyir: “Bu Nikolayı götürüb, gedib onunla rəqs edəcəyəm”. O fınxırır: “Allah varsa, cəzamı verər”.

Rəqs başlanır, iki dövrə vururlar və birdən otaqda qeyri-adi gurultu və burulğan qopur,  gözqamaşdırıcı işıq parıldayır.

Şənlik dəhşətə dönür. Hamı qorxu içində otaqdan qaçır. Zoya müqəddəsin ikonasını sinəsinə sıxaraq tək qalır – soyuq mərmər heykəl kimi donmuş halda. Gələn həkimlərin heç bir səyi onu özünə gətirə bilmir. Ona iynə vurarkən şpirslər sanki daşa toxunaraq qırılır, ya da əyilir. Müşahidə üçün qızı xəstəxanaya götürmək istəyirlər, amma yerindən tərpədə bilmirlər: ayaqları, elə bil, döşəməyə yapışmışdı. Amma ürəyi döyünürdü – Zoya sağ idi. O vaxtdan bəri nə yeyə, nə də içə bilirdi. Anası qayıdıb baş verənləri görəndə huşunu itirib və xəstəxanaya aparılıb, oradan bir neçə gündən sonra qayıdıb: Tanrının mərhəmətinə inam, qızının bağışlanması haqda alovlu dualar qüvvəsini bərpa edib. O özünə gəlmişdi və göz yaşı içində bağışlanma və yardm üçün dua edirdi.

Zoya və anasının evi

 

İlk günlər xeyli adam evi çevrələmişdi: uzaqdan-yaxından möminlər, tibb işçiləri, ruhanilər, sadəcə, maraqlananlar gəlirdilər. Amma rəsmilərin göstərişilə tamaşaya gələnlər üçün binanı tezliklə təcrid etdilər. Orada iki milis əvəzlənməklə səkkiz saat növbə çəkirdi.  Zoya gecəyarısı dəhşət içində qışqırarkən növbətçilərdən lap cavan (28-32 yaşında) bəzilərinin qorxudan saçları ağarmışdı.

Ana! Dua elə! – Zoya bağırırdı. – Dua elə! Günah içində məhv oluruq! Dua elə!”

Baş verənlərin hamısını patriarxa xəbər verib Zoyanın bağışlanması üçün iltimasi-dua etdilər. Patriarx cavab verdi: “Kim cəzalandırıbsa, O da bağşlayar”.

Baş çəkməyə gələnlərdən sıradakı şəxslər Zoyanın yanına buraxılıb:

1.Moskvadan gələn məşhur tibb professoru. O təsdiq edib ki, zahiri daşlaşmaya baxmayaraq, Zoyada ürək döyünməsi dayanmayıb.

2.Ananın xahişiylə keşişlər dəvət olunub ki,  Zoyanın daşlaşmış əllərindən müqəddəs Nikolayın ikonası götürülsün. Amma onlar da bunu edə bilməyiblər.

3.İsanın Doğum günündə iyeromonax Serafim gəlib (ehtimal ki, Qlinsk çölündəki tənha monastırdan), suçiləmə ibadəti keçirib və bütün otağı paklayıb. O bundan sonra ikonanı Zoyanın əlindən götürə bilib, müqəddəsin şəklinə ehtiram göstərərək əvvəlki yerinə qaytarıb. O deyib: “İndi Böyük günün (yəni Pasxanın!) işarəsini gözləmək lazımdır. O gün gəlməsə, dünyanın sonu yaxındır”.

  1. Mitropolit Krutitski və ibadət edən və zahid iyeromonaxın sözlərini təkrar edərək Böyük gündə (yəni Pasxada) yeni işarəni gözləmək lazım gəldiyindən danışan Nikolay Kolomenski də Zoyaya baş çəkiblər.
  2. Blaqoveşeniye bayramından qabaq xoşsima bir qoca gəlib və Zoyanın yanına buraxılmasını xahiş edib. Növbəti gün bir də gəlsə də, amma növbətçi milislər onu rədd ediblər. Üçüncü gün – Blaqoveşeniye günü onu içəri buraxıblar. Mühafizə onun Zoyaya nəvazişlə dediyini eşidib: “Nədir, durmaqdan yorulmusan?”

Bir müddət keçib və milislər onu çıxarmaq üçün içəri girəndə qocanı orada görməyiblər. Deyirlər ki, qeybə çəkilib. Hamı əmin idi ki, o, müqəddəs Nikolayın özüymüş…

Zoyanın dostları əvvəlcə ikonanı onun əlindən almaq istəyib, amma baş tutmayıb. Qorxaraq “təcili yardım”a zəng ediblər. Anna Kalaşnikova Çağırışa gələn tibb dəstəsinin içindəydi. Onun sonradan keşiş olmuş qohumu Vitali Kalaşnikov dolayısıyla şahidi olduğu Samara qissəsinin təfərrüatlarından danışır:

-Anna Pavlovna Kalaşnikova – anamın xalası – 1956-da Kuybışevdə təcili yardım həkimi işləyirdi. Həmin gün səhər-səhər bizə gəldi və dedi: “Siz burada yatırsınız, şəhər isə çoxdan ayaqüstədir”. Və donub qalmış qızdan danışdı. Bir də boynuna aldı ki, çağırışla indicə o evdə olub (amma qol çəkmişdi ki, bundan danışmayacaq). Donmuş Zoyanı, müqəddəs Nikolayın ikonasını onun əlində görüb. Zavallıya iynə vurmağa cəhd edib, amma iynələr əyilib, sınıb, buna görə də iynə vura bilməyib. Hamı onun söhbətindən sarsılmışdı. Anna Pavlovna hələ uzun illər “təcili yardım”da həkim işləyib və 1996-da dünyasını dəyişib.  

Zoya Pasxaya (həmin il aprelin 23-ə) qədər 4 ay (128 gün) beləcə qalıb. O, İşıqlı İsanın Bazar günü xüsusən bərkdən qışqırıb: “Dua edin!”

Gecə mühafizəçiləri dəhşətə gəlib və ondan soruşublar: “Niyə belə qorxub içində qışqırırsan?” Cavab gəlib: “Dəhşətdir, yerüzü od tutub yanır! Dua edin! Bütün dünya günah içində həlak olacaq, dua edin!”

Möcüzəni əbədiləşdirən xatirə lövhəsi

 

Bundan sonra birdən canlanıb, əzələləri yumşalıb, onda həyat əlaməti hiss olunub. Onub yatağa uzadıblar, amma hamını günahlar içində həlak olan dünyaya, od tutub yanan torpağa dua etmək çağırışını hey təkrar edib.

Ondan soruşublar: – Sən necə yaşayırdın? Səni kim yedizdirirdi?

-Göyərçinlər… göyərçinlər yedizdirirdi məni…

Baş verən hadisə Kuybışevdə və çevrəsində yaşayanları o qədər sarsıdıb ki, möcüzəni görən və eşidən xeyli insan dinə qayıdıb, kilsəyə tövbə, dua etməyə tələsib, xaç suyuna çəkilib. Xaç taxmayanlar xaç taxmağa başlayıblar…

Zoyanın ruhu Pasxanın üçüncü günü göylərə çəkilib…

Qəribədir, “Zoya” sözünün mənası “həyat” deməkdir…

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə