XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 18:57

Rusiyada əhalinin 22 faizi yoxsulluq girdabındadır –Prezidentə yaxın institut hesabat açıqlayıb

Rusiya əhalisinin beşdə birindən artığı yoxsulluq içində yaşayır. Bunu Kremlə yaxın tədqiqat institutu yeni araşdırmasında bildirir.

Rusiya Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət Administrasiyası Akademiyasının noyabrın 21-də yaydığı hesabatda deyilir ki, rusiyalıların 22 faizi yoxsulluq həddində yaşayır, yaşamaq üçün zəruri tələbat mallarından başqa bir şey ala bilmirlər.

Oktyabrda aparılmış tədqiqat onu da üzə çıxarıb ki, rusiyalıların 36 faizi istehlakçıya risk zonasında yaşayır. Bu o deməkdir ki, bu şəxslərin gəlirləri onlara təvazökar səviyyədə ərzaq və geyim almağa imkan versə də, gəlirləri azdır, daha uzun müddətli istifadə üçün nəsə almaları… həddən artıq çətindir.

Bu qrupdakı şəxslərin tezliklə maliyyə statusunu yaxşılaşdıracağı inandırıcı görünmür. 14 faiz isə mümkün dəyişikliklər zonasında yer alıb, yəni sərvətlərinin artma imkanı var. Əhalinin qalan 28 faizi komfort zonasında yaşayır. Bu qrupa daxil olanlar özlərini ərzaq, geyim və daha uzun istifadə üçün əşyalarla təmin edə bilirlər, maliyyə durumlarının gələcəkdə ciddi pisləşməsi gözlənilmir.

Prezident Vladimir Putin 2024-cü ilədək Rusiyada yoxsulluq səviyyəsini yarıbayarı azaltmağı hədəf qoyub. O, bu ilin martında daha 6 illiyə prezident seçilib.

2000-2008-ci illərdə, Putinin prezidentliyinin ilk iki dövründə ölkənin neftə söykənən iqtisadiyyatında güclü artım baş verib. Amma hazırda iqtisadiyyat böhran içindədir və rusiyalıların çoxu hökumətin təqaüd yaşını artırmaq planlarından qəzəblənib.

Hesabatı hazırlayan akademiya 2010-cu ildə prezident fərmanıyla yaradılıb. Ancaq onun istifadə etdiyi kriteriyalar hökumətin yoxsulluq səviyyəsini müəyyənləşdirən zamanı yararlandığından fərqlənir.

Dünya Bankı və Rusiya Federal Dövlət Statistika Xidməti 2017-ci ildə Rusiyada yoxsulluğun 13,2 faiz səviyyəsində olduğunu bildirir. Statistika xidmətinin məlumatına görə, Rusiya və Kremlin nəzarətində olan Krımda 19,3 milyon nəfər ortalama 9 min 786 rublla (bugünkü məzənnə ilə 148 dollar) dolanır.

(Azadlıq radiosu)




Yuxarı Əvvələ Ana Səhifə