XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 Dekabr 2018 - 17:35

Avropa Şurası:Azərbaycanda hər 100 min nəfərə 249 məhkum düşür (Hesabat)

2015-ci ildə Azərbaycanda hər 100 min nəfərə 249 məhkum düşür. Bunu Avropa Şurası 2005-2015-ci illəri əhatələyən “Avropada həbsxanalar” adlı hesabatında bildirir.

Hesabatdan görünən odur ki, 2005-2015-ci illər ərzində Avropada əhali sayına düşən məhkum sayı coğrafi baxımdan sabit qalıb. 2005-ci ildə şərqdən qərbə doğru getdikcə göstəricilər azalmağa başlayıb. Amma istisnalar da var. İngiltərə və Uels, Şotlandiya, İspaniya və Portuqaliyada məhkum sayı nisbətən yuxarı, Xorvatiya, Yunanıstan, Sloveniya və Türkiyədə isə aşağı olub.

2015-ci ildə Azərbaycanda hər 100 min əhaliyə 249,3 məhkum düşüb. Qeyd edək ki, Avropa Şurasının 2016-cı il üçün hesabatında bu rəqəm 236 idi.

Gürcüstanda hər 100 min nəfərə 274, Ermənistanda 129, Rusiyada 440 məhbus düşür.

Hesabatda deyilir ki, 2005-ci illə müqayisədə 2014/15-ci illərdə Azərbaycanda bəzi göstəricilər üzrə azalma qeydə alınıb: cəzaçəkmə müəssisələrinə girənlər 24%, hər 10 min məhkuma düşən ölüm halları 38%, intihar halları 70% azalıb.

Ancaq məhkumların ümumi sayında 23 faiz, həbsxanalardakı sıxlıqda 25%, qadın məhkumların sayında 83%, əcnəbi məhkumların sayında 12% artım olub. Həbsxanalarda nəzarətçilərin sayında 298%, həbsxana administrasiyasının xərclərində 11% yüksəliş var.

(Azadlıq radiosu)