XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2018 - 15:06

Dünya Bankı:"Azərbaycan ali təhsllə əhatə dairəsinə görə Ermənistan və Gürcüstandan iki dəfə geri qalır"

Dünya Bankı ekspertlərinin Azərbaycanda ali təhsillə bağlı tədqiqatının nəticələri açıqlanıb.

Strateq.az xəbər verir ki, tanınmış iqtisadçı ekspert Rövşən Ağayev təqdiqatın nəticələrini şərh edib. Ekspert bildirib ki, sənədd iki cidd fakt diqqətini çəkib:

“Azərbaycanda Bakı da daxil olmaqla şəhər ərazilərində yaşayan zəngin 20% əhalinin 40%-nin, əsasən kəndlərdə məskunlaşan ən yoxsul 20% əhalinin isə 11%-nin ali təhsil almaq imkanı var. Ali təhsilə əlçatanlıqda ən zənginlərlə ən yoxsullar, kəndlə şəhər arasında fərq 4 dəfəyə yaxındır.
Bir müddət öncə Dünya Bankının səhiyyə ilə də bağlı araşdırmasının nəticələrini paylaşmışdım. Həmin tədqiqatda isə göstərilirdi ki, Azərbaycanda ən zəngin 10% əhali ən yoxsul 10%-lə müqayisədə sağlamlıqlarına 8 dəfə artıq vəsait xərcləyir”.
Rövşən Ağayev vurğulayıb ki, bu 2 fakt ölkədə həm yoxsulluğun gerçək miqyasının, həm də qeyri-bərabərlik əmsalının (Gini) ölçülməsi ilə bağlı rəsmi strukturlar öz fəaliyyətlərinə ciddi korektələr etməlidirlər:

“Nəticəli, gələcəyə ünvanlanan və keyfiyyətli sosial-iqtisadi siyasət ölçmənin və diaqnostikanın düzgün qurulmasından başlayır. Məşhur misalda deyildiyi kimi, getdiyin yol yanlışdısa, hansı sürətlə getməyinin (bizim misalda hansı miqdarda pul xərcləməyinin) əhəmiyyəti yoxdur. Hərçənd ki, bençmarkinq göstəriclərlə müqayisə edəndə, elə böyük pul da xərclənmir…
İkinici diqqətçəkən məqam odur ki, Azərbaycanda ali təhsillə ümumi əhatə əmsalı 23% olmaqla Cənubi Qafqazın hər 2 ölkəsindən təxminən 2 dəfə geri qalır. Dünya Bankı sıradan bir təsisat deyil, faktlarının mötəbərliyi şübhə altına alına bilməz”.
Strateq.az