XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2018 - 12:41

Sanksiyalar Rusiyanın iqtisadi siyasətinə necə təsir göstərir? –"Karnegi" fondu xaric investorların çəkindiyi göstərir

Rusiya rəsmi səviyyədə sanksiyaların daxili iqtisadi siyasətinə təsir göstərmədiyini deyir. Ancaq “Karnegi” fondunun saytında Aleksandra Prokopenko deyir ki, xarici məhdudiyyətlər hökumətin iqtisadi yolunu dəyişməkdədir.

Rusiya Prezidenti Vladimir Putin həmişə açıq şəkildə bildirib ki, məqsədi Rusiyanın iqtisadi azadlığıdır. 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra qoyulan sanksiyalar Putinin qətiyyətini daha da möhkəmləndirir. Neftin ucuzlaşması və xarici məhdudiyyətlər Rusiya hökumətini xərcləmələrdən qənaətə keçməyə məcbur edib.

Hökumət xərclərinin konsolidasiyası ilə bağlı 2016-cı ildə elan olunan tədbirlər indi özünü göstərir. 2011-ci ildən bəri büdcə profisiti proqnozlaşdırılan məbləğdən 4,4 dəfə artıq olub – 2 trilyon rubldan artıq (15 milyard dollar). Gələn ilin proqnozlaşdırılan profisit isə 1,9 trilyon rubldur.

Müəllif inflyasiya və işsizliyin də tarixən ən aşağı səviyyəyə düşdüyünü yazır, dövlət borcu isə gələn il ÜDM-nin cəmi 15 faizinə bağlı olacaq. Hökumət sosial və rəqəmsal infrastrukturu inkişaf etdirmək kimi ambisiyalı planlarını açıqlayıb. Başqa sözlə, Rusiyaya qayıtmalı olan investisiya bumu üçün bütün gərəkən şərtlər yaradılıb.

Ancaq gözlənən bum baş vermir. Xarici investorlar sanksiyalardan çəkinirlər, rəsmi statistikaya görə bank hesablarında 16 trilyon rubla yaxın vəsait yığılmış Rusiya şirkətləri isə yatırım etməyə tələsmirlər”, – məqalədə deyilir. (azadliq.org)