XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 13:20

Bu il dünyada ən çox nəylə maraqlanıblar? –Məşhur "Gallup" sorğu mərkəzinin araşdırması

Bu il “Gallup” sorğu mərkəzi dünyanın 140-dan çox ölkəsində adamların nə düşündüyü, nə hiss etdiyinə dair 100-dək hesabat, məqalə dərc edib. İndi isə həmin əhvalatlardan hansının daha çox oxunduğunu araşdırıb.

ABŞ rəhbərliyinə dünyada dəstəyin azalmasına dair məqalə ən çox oxunanlar sırasındadır. “Gallup” bildirir ki, Almaniya Birləşmiş Ştatları dünyanın ən reytinqli ölkəsi kimi sıxışdırıb, Donald Trampın prezidentliyinin birinci ilində ABŞ rəhbərliyinə dəstək 30%-ə düşüb.

Dünyada işsizliyin səviyyəsi 6 deyil, 33 faizdir. Bu tədqiqat da diqqəti çəkib. “Gallup” dünyada işsizliyin ölçülməsində, müəyyənləşdirilməsində problem olduğunu üzə çıxarmışdı. Belə ki, dünyada özünüməşğulluqla təmin olunduğu bildirilən adamların yarıya qədəri əslində işsiz sayılır. Çünki bu işlər əsl iş yerləri deyil. “Gallup” 128 ölkədə əsl iş yerləri ilə bağlı durumu araşdırmışdı.

2017-ci ildə dünyada mənfilik üstünlük təşkil etdi. Qurum bildirirdi ki, dünya son on ilə baxanda ötən il daha stressli, narahat, kədərli və ağrılı günlər yaşayıb. Ən neqativ ölkənin isə Mərkəzi Afrika Respublikası olduğu bildirilirdi. Burada rəyi soruşulanların 76 faizi demişdi ki, bir gün öncə fiziki ağrı yaşayıblar. 74 faizsə narahatlıq keçirdiyini söyləmişdi. (azadliq.org)




Yuxarı Əvvələ Ana Səhifə