XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 21:30

Prezidentlər və qızları…- Dünya liderlərinin övladları necə yaşayır?

 

Obama

 

Məşhur siyasətçilərin uşaqları təbii olaraq medianın diqqət mərkəzində olur. Qəzet səhifələrini tez-tez onların iş və şəxsi həyatı, yaşam tərzləri barədə xəbərlər bəzəyir. Əgər söhbət prezident postuna qədər yüksəlmiş siyasətçilərdən gedirsə, onların övladlarına olan maraq və diqqət birə-beş artmış olur.

 

Strateq.az xarici mətbuata istinadən dünyanın məşhur siyasi xadimlərdən hansılarının qız övladlarının olduğunu və onların həyat tərzlərini araşdırıb.

 

İvanka və Tiffani

 

İvanka Tramp

 

Prezidentliyə namizədliyini elan etməklə populyarlığını daha da artıran amerikalı milyarder Donald Trampın 2 qız övladı var – İvanka və Tiffani.

 

Böyük qızı İvanka uşaqlıqdan medianın diqqətində olub. Model olmağı arzulayan İvanka ilk dəfə 1997-ci ildə yeniyetmə qızların jurnalının üz qabığına çəkilib. Sonradan onu tez-tez dəblə bağlı sərgilərdə və bir çox fotosessiyalarda görmək mümkün olub. Bir müddət sonra modellikdən uzaqlaşan İvanka meylini biznesə və yazıçılığa salıb.

 

Tiffani Tramp

 

Atası rəhbəri olduğu «Trump Organization»da vitse-prezident postunu ona həvalə edib. İki uşaq anası olan İ.Tramp bu yaxınlarda üçüncü övladını da dünyaya gətirəcək. Hazırda isə atasının seçkiqabağı təbliğat kampaniyasının fəal iştirakçılarındandır.

 

Donald Trampla bütün ştatları gəzən İvanka sosial şəbəkələrdə də fəaldır. Məsələn, «İnstagram» da onun 750 min izləyicisi var.

Bacısı Tiffaninin 22 yaşı var. Cəlbedici görünüşü ilə Tiffani virtual aləmin tanınmış simalarından birinə çevrilib. Onu «İnstagram»da 85 min nəfər izləyir.

 

Malia və Saşa

 

 

ABŞ-da birinci şəxslərin övladlarına sosial şəbəkələrdən istifadə etməyə icazə verilmir. Lakin media onların az qala, hər addımını təqib edir. Prezident Obamanın böyük qızı Malianın 17, kiçik qızı Saşanın 14 yaşı var. Qızlar Vaşinqtondakı «Sidwell Friends» adlı özəl məktəbdə təhsil alırlar.

 

2015-ci ildə «The New York Post» böyük qız Malianı «stil ikonu» adlandırmışdı. İndiyə qədər Malia moda jurnallarının diqqət mərkəzindədir. ABŞ-da onun adı ilə bağlı xüsusi bloq da var – «Malia Obama Is Gorgeous» (Əsrarəngiz Malia Obama). Bu bloqda Malianın dəbli geyimlərdə fotoları dərc olunur.

 

Kiçik qız Malia ilə bağlı xüsusi diqqət çəkən məqam yoxdur. 2014-cü ildə qızların hər ikisi «dünyanın ən cəlbedici yeniyetmələri» siyahısında 4-cü yeri tutmuşdular.

 

Gülnarə və Lola

 

Lola Kərimova

 

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın 43, kiçik qızı Lolanın 39 yaşı var. Kiçik qızı xeyriyyəçiliklə tanınır.

 

Böyük qızı Gülnarə son illərə qədər atasının yerinə ən şanslı namizəd hesab olunurdu. 2013-cü ildə atası ilə problemləri yaranandan sonra siyasi çəkisi azalmağa başladı.

 

Gülnarə Kərimova

 

G.Kərimova bir müddət zinət əşyalarının dizaynı ilə də məşğul olub. Həmin qiymətli əşyalar «Guli» brendi adı altında satışa çıxarılıb. Kərimova «Googoosha» psevdonimi ilə mahnılar da oxuyub. 


91-ci ildə ABŞ vətəndaşı Mansur Maqsudi ilə ailə həyatı quran Gülnarənin evliliyinin ömrü on il sürüb. Cütlüyün bu nikahdan iki övladı var. Boşanmadan sonra uşaqların kimdə qalması ilə bağlı məsələ beynəlxalq qalmaqal səviyyəsinə yüksəlib. Nəhayət, məhkəmə azyaşlıların anada qalmasına qərar verib. 

 

Cenna Buş

 

 

ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızı Cennanın 34 yaşı var. 2008-ci ildə ailə quran Cennanın iki övladı var.

«İnstagram»da 190 min izləyicisi olan Cenna xüsusi fəaliyyəti ilə tanınmır.

 

Məryəm Navaz

 


 

«Twitter»də Pakistan Baş nazirinin qızı Məryəmin 2 milyona yaxın oxucusu var. O, ölkəsinin ən tanınmış qadınlarındandır. İngilis ədəbiyyatı üzrə ali təhsil alan Məryəm sonradan siyasətlə məşğul olmağa başlayıb. Hazırda o, hökumətin gənclər siyasətinə cavabdehlik edir. Və istedadlı gəncləri dəstəkləyən proqramlar həyata keçirir.

 

Barbara Berluskoni

 

 

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin 31 yaşlı qızı Barbara «FinInvest»in Direktorlar Şurasının üzvü, «Milan» futbol klubunun vitse-prezidentidir. 16 yaşı tamam olandan media onun şəxsi həyatını müzakirə etməyə başlayıb.

 

Biznesmen Corcio Valaqutsa ilə evli olan Barbaranın iki oğlu var. Onun Rusiya prezidenti Vladimir Putinin qızları Mariya və Yekatirina ilə dostluq etdiyi bildirilir…

 

Aytəkin

Strateq.az