XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 10:24

ƏRDOĞAN-PUTİN ZİDDİYYƏTLƏRİ ÜZƏ ÇIXDI:Moskva Suriya kürdlərini qəyyumluğa götürüb - Araşdırma

Mark Bennets, Riçard Spenser

The Times (Böyük Britaniya), 24.01.2019

 

Prezident Putin Türkiyənin Suriyanın şimalında “təhlükəsizlik zonası” qurmaq planına dəstək vermək tələbini rədd edib – məqsəd amerikalıların əl tutduqları kürd döyüşçülərini sərhədə yaxın buraxmamaqdır.

Putin Amerika qoşunları Suriyadan çıxarıldıqdan sonra Trampın belə bir zona yaratmaq təklifindən yapışan prezident Ərdoğanla Moskvada danışıqlar aparıb. Türkiyə Suriyanın şimal bölümündə İŞİD-ə qarşı çarpışmada Amerika, Britaniya və Fransanın dəstəyindən yararlanan YPG kürd Xalq Özünümüdafiə Dəstələrinə qarşı savaşa başlamaq hədəsi gəlir. YPG – Türkiyədə əsaslanmış və burada terroprçu təşkilat sayılan Kürdüstan Fəhlə Partiyasının şöbəsidir.

Türkiyə prezidenti görüşdən sonra bildirib ki, Şimali Suriyanı təkcə İŞİD-dən deyil, həm də kürdlərin Xalq Özünümüdafiə Dəstələrindən “təmizləyəcək”. Putin deyib ki, “kürdlər və Dəməşq arasında dialoq” uğrundadır.

Demək olar, Tramp keçən ay Amerika qoşunlarının çıxarılması haqda bildirəndən sonra YPG Əsəd rejimi ilə danışıqlara başlayıb. Bu təşkilat bildirib ki, Türkiyənin daha təhlükəli hücumuna səbəb ola biləsi daxili muxtariyyət əvəzində sərhədyanı postları Suriya ordusunun nəzarətinə verir.

Suriya rejiminin baş qəyyumu olan Rusiya danışıqlar prosesində vasitəçilik edir. Belə çıxır ki, Suriya problemi üzrə iki il çəkən birgə işi yoluna qoymaq səylərindən sonra Ərdoğan və Putin arasında ziddiyyətlər yaranıb.

Putin kürd probleminin tənzimlənməsi üzrə 1998-ci ildə bağlanmış Türkiyə-Suriya sazişini Ərdoğana göstərərək Əsəd rejiminin Suriyanın şimal hissəsində öz şərtləriylə nəzarət təşkil etmək hüququnu dolayısıyla təsdiqləyib. Putin deyib: “Mən əminəım ki, bu, Türkiyənin təhlükəsizlik məsələlərindəki narahatlığını aradan qaldırır”.

Xalq Özünümüdafiə Dəstələrini tərkibinə alan və İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan çətirvari Suriya Demokratik Qüvvələri təşkilatı bildirib ki, son bir neçə gündə yüzlərlə cihadçı, habelə minlərlə qadın və uşaq onlara təslim olub. İŞİD-in İraq sərhədi yaxnlığında Deyr-əz-Zor əyalətində yerləşən son dirəniş ocağı ərazicə bir neçə min kvadrat kilometrədək azalıb.

Suriya Demokratik Qüvvələri bildirirlər ki, təslim olanlar içində əcnəbi döyüşçülər, o cümlədən britaniyalılar var, amma ayrıntılara varmaqdan imtina edirlər. Ehtimal ki, SDQ Qərb ölkələrini İŞİD sıralarında vuruşmuş və əsir düşmüş vətənaşlardan xəbərdar edəcək. Suriyada İŞİD-in darmadağınından sonra rejimin nəzarətində olmayan üç sahə qalır. Bunlardan biri şərqdədir və bura SDQ nəzarət edir. İkinciyə türklər nəzarət edirlər, amma nominal olaraq Azad Suriya Ordusunun tərkibinə daxil döyüşçülərin əlindədir. Üçüncüsü – demək olar, “əl-Qaidə”yə sadiq “Həyat Təhrir əş-Şam” cihadçı qruplaşmasının bütünlükdə nəzarət etdiyi Şimai-qərbi İdlibdir.

Rejim Suriyanın bütün ərazisini azad etməyə söz verib, amma türklərin nəzarət etdiyi zonaya hələlik hücum edə bilmir, çünki Moskva bunu xəlvətcə qəbul edib. Rusiya XİN bildirir ki, İdlib rayonunda durum sürətlə pisləşir.

Tramp Ərdoğanla bazar günü telefon danışığı zamanı deyib ki, şimal şəhəri Menbiçdə ötən həftə İŞİD-in partladıcı qurğusundan dörd amerikalı və 12 yerli könüllünün həlakına baxmayaraq, qabaqkı kimi qoşunları çıxarmağa tam qətiyyətlidir.

Tərcümə: Strateq.az