XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 18:34

TÜRKMƏNİSTAN “TALİBAN” VƏ İŞİD-lə SAVAŞA HAZIRLAŞIR:ölkədə savaşqabağı tədbirlər görülür – Araşdırma

İrina Corbenadze

rosbalt.ru, 30.01.2019

 

Aşqabad Əfqanıstandan döyüşçülərin basqınından ehtiyatlanaraq ehtiyatda olanları xidmətə çağırmaqla savaşqabağı tədbirlər görür. Amma respublika özünü qorumaq bacarığında deyil. Məsələ onun kimə bel bağladığındadır. Türkmənistanla sərhədin yanına yığılan 20 min Əfqanıstan yaraqlısından danışırlar.

Bəlli olduğu kimi, Türkmənistan dünyanın ən qapalı ölkələri reytinqində liderlik edir – hökumət əhalini yalnız təskinlik verən informasiyalarla “doyuzdurur”. Rəsmi qaynaqlar buna görə də acların növbəsinin varlığı, adi insan azadlıqları, özgə sayaq düşünənlərin təqibi və b. daxil olmaqla heç bir mənfini heç vaxt təsdiqləməyib. Onlar hətta gizlədilməsi artıq mümkün olmayan məlumatları da gizlədirlər: respublikada ehtiyatda olanların qeydiyyatı gedir, hərbi qulluğa yaralılığı hərbi komissarlıqlarda yoxlanaraq tibbi müayinəyə göndərilən 50 yaşdan aşağı kişilərin ölkədən çıxışı yasaqlanıb. “Xronika Turkmenistana”-nın məlumatına görə, ehtiyatda olanların qeydiyyatı çox ciddi həyata keçirilir – “səlahiyyətli şəxslər”in yaşayış binalarına baş çəkməsinə qədər.

Belə tədbirlər nahaqdan görülmür. Rusiya hərbçiləri daxil olmaqla müxtəlif qaynaqların məlumatına görə, demək olar, bütün Əfqanıstan-Türkmənistan sərhədi islamçı döyüşçülərin, özəlliklə də Rusiyada yasaqlanmış “Taliban” hərəkatının – təkcə bu ay onunla toqquşmalarda Əfqanıstanın onlarla hərbçisi həlak olub – nəzarətindədir. Qeyd edək, düzdür, taliblər xaricdə heç vaxt fəallıq etməyiblər. Türkmənistanın Əfqanıstanla sərhədi – uzunluğu 800 km təşkil edir – Mərkəzi Asiyada ən “dəlik-deşik” sərhəddir. Respublikanın ordusu isə bölgədə ən pis təchiz edilmiş və bacarıqsız ordudur. Bu arada sərhəddə və arealında toplanmış döyüşçülərin sayı artıq 20 min dəyərləndirilir.

Bəzi ekspertlər hesab edirlər ki, taliblər və Əfqanıstanda mənzillənmiş başqa birləşmələr tərəfindən Türkmənistana təhlükə haqda məlumat “daxil üçün”dür – Rusiya hərbçilərinin bölgədə mümkün fəal hərəkətlərinə haqq qazandırmağa. Yəni söhbət guya neytral Türkmənistan daxil olmaqla MA bölgəsində hərbi iştirakı gücləndirməkdə Rusiyanın “maniakal” səylərindən gedir.

Amma belədirmi? Güman etmirəm ki, Türkmənistan və Özbəkistan kimi ölkələr tək bircə “rusların maniakallığından” Moskva ilə çoxdan unudulmuş hərbi işbirliyi praktikasını və onunla birlikdə hərbçilərin hazırlığını təzələməyə başlasın. RF hərbçiləri və Mərkəzi Asiya dövlətləri əməkdaşlığının intensivliyi qabaqkı illərlə müqayisədə 2018-də üçdə bir artıb və bu, rəsmi statistikadır. Və ehtimal ki, MA-ya basqın təhlükəsi kontekstində ən böyük təşvişi Türkmənistan və Əfqanıstan arasındakı sərhəd ifadə edir – ən qorunmayan yer buradır. Türkmənistan bu halda kimə müraciət edə bilər? Birinci növbədə Rusiya və Özbəkistana. Yalvarıb Moskvanı yola gətirmək lazım gəlməyəcək: Mərkəzi Asiya onun cənub böyrüdür – buranın qarışması bir anda Rusiya sərhədlərinin, bir də ümumiyyətlə, eyni zamanda bütün MA və İranın təhlükəsizliyinə təsir edər.

Yeri gəlmişkən, İran da döyüşçülərin, xüsusən də Rusiyada yasaqlanmış İŞİD-in 7 min terrorçusunun Əfqanıstan ərazisinə yığılmasını təsdiqləyir və iddia edir ki, ABŞ İran, Rusiya və Çinə basqı məqsədilə Səudiyyə Ərəbistanı və BƏƏ-nin pullarına onlara silah tədarük edir.

Ümumiyyətlə, Türkmənistan prezidenti Qurbanqulı Muhəmmədovun bütün zahiri yalançı nəşəsinə baxmayaraq respublika terrorçu hücuma hazırlıq görür və öz neytrallığına baxmadan (ya da bunun “sayəsində”)  dünyanın böyük oyunçularından dəstək arayır. Artıq əlamətdardır ki, o, uzun illər ərzində Rusiya hərbçilərilə ilk dəfə birgə məşqlər keçirib və ümumiyyətlə, görünür, Əfqanıstanla sərhəddə formalaşmış durum üzündən tam təcridçilik siyasətindən tədricən imtina edir. Türkmənistan başçısının və rəhbərliyinin başqa təmsilçilərinin “gərəkli” ölkələrin liderləri və “gərəkli” beynəlxalq təşkilatlarla görüşləri də bunun xeyrinə danışır. Amma Aşqabad indiki anda gerçək yardımı Rusiyadan və KTMT, Özbəkistan və İrandan ala bilər. Ola bilsin, necəsə Türkiyə və Çindən. Amma hər halda Mərkəzi Asiyanın və birinci növbədə özünün təhlükəsizliyində həyati marağı olan ölkələrlə koalisiya yaratmaq Türkməinstan üçün ideal variant görünür. Düzdür, ölkənin blokdışı statusu və prezidentinin “özünəməxsusluğu” buna güclü mane olur. Amma, kim bilir, “bəla baş qaldıranda” insan, ya da dövlət nəyə qabildir?

Məsələ isə həm də bundadır ki, harada və hansı intensivliklə “baş qaldıracaq”. Tamamilə mümkündür ki, döyüşçülər Türkmənistan sərhədinə əhatəli basqına getməyəcək və müəyyən arealla kifayətlənəcəklər. Yəni bir neçə dəstə lokal fəaliyyətdə olacaq – Türkmənistanın Əfqanıstan sərhədinin yaxınlığında yerləşmiş konkret sənaye, infrastruktur və başqa obyektlərinə ziyan vuracaqlar. Lakin bu da Aşqabada ciddi problemlər yaradacaq – həm iqtisadi, həm də siyasi. Və – hər halda, zahirən – hələlik təkbaşına hərəkət edən Türkmənistanın “müdafiəçiləri”nin yaranmış duruma qarışması istisna deyil.

Türkmenportal”ın Türkmənistan Dövlət Sərhəd Xidməti təmsilçilərinin məlumatına isnadən xəbər verdiyi kimi, sərhəddə durum “mülkidir” və səriştəli güc qurumlarının nəzarətindədir: “Heç bir insident, fövqəlhadisə və bitişik ərazidən silahlı soxulma təhlükəsi müşahidə olunmur”. Sərhəddə gecə-gündüz əməliyyat şəraitinin monitorinqi aparılır, Türkmənistan sərhədinə hücum təhlükəsi yoxdur. Və ümumiyyətlə, Sərhəd Xidməti “istənilən potensial təhlükəni neytrallaşdırmaq iqtidarındadır”.

Müdafiə Nazirliyi isə ehtiyatda olanların səfərbərliyə hazırlanması haqda məlumatı qəti tərkzib edib – Türkmənistan silahlı qüvvələri fəaliyyətdə olan şəxsi heyətlə də “təhlükəsizliyə istənilən potensial təhdidi dəf etmək gücündədir”. Ümumiyyətlə, sakitlikdir: sərhəddə də sakitlikdir, acların növbəsi də yoxdur və Türkmənistan ancaq bunu edir ki, coşğun inkişaf edir, bir də öz prezidentinin saysız-hesabsız şer və nəsr əsərlərini oxuyur, habelə onun sözlərinə mahnılar ötməklə vaxt keçirir. Qalan hamısı isə gop və “düşmən səslər”in hiyləsidir.

Gerçəklikdə bu cür olmayan gopdan söz düşmüşkən. Türkmənistan respublikadan Əfqanıstan, Pakistan və Hindistana TAPİ qaz kəmərinn inşa layihəsini tam həyata keçirməyə heç cür nail ola bilmir. Qaz kəmərinin çəkilişi başlanıb, amma başa çatması daim təxirə salınır. Borunun layihə gücü tam 10 milyard dollardır. Amma “yekun akkordu” üçün gah pul çatmır, gah Əfqanıstandakı hadisələr mane olur – bunlar qarşılıqlı şəkildə bağlıdır. Yatırımçı üçün inşaatın təhlükəszliyi və öz pullarının qorunmasına zəmanət birinci yerdə durur, inşaatın Əfqanıstandakı hissələri isə zaman-zaman silahlı basqına uğrayır – onları, sadəcə, bağlayırlar.

Belə ki, başqa təsəvvürlərdən savayı, bu transsərhəd layihəsinə müqavimətə də sərhəddə durumun qarışdırılmasının səbəblərindən biri kimi baxıla bilər: aydındır ki, hərc-mərclikdə heç kim yatırım qoymağa başlamaz. Hindistan və Pakistanın energetika bazarlarında inhisara iddialı olan Qətər TAPİ-nin çəkilişinin pozulmasında hamıdan çox maraqlıdır. TAPİ-yə antaqonist başqa güc mərkəzləri də var, amma hər şey nisbidir: qaz rəqabətinin azacıq güclənməsindənsə döyüşçülərin Mərkəzi Asiyaya basqını onlar üçün daha təhlükəlidir. Belə ki, MA-nın Əfqanıstanla sərhədində döyüşçülərin neytrallaşdırılması üçün müxtəlif siyasi oyunçuların “kollektiv yaradıcılığı” tamamilə gözləniləndir.

Özəlliklə MA-da Tacikistan tərəfdə də durumun qarışdırılması gözlənilir. RİA Novosti Rusiyada yasaqlanmış İŞİD döyüşçülərinin naməlum helikopterlərlə Pakistandan Taciksitana atıldığı haqda məlumat verir. RF daxili işlər nazirinin müavini İqor Zubkovun DİN-in Tatarıstan üzrə yekun kollegiyasında bildirdiyi kimi,  “Görünür, orada perspektivdə Rusiyaya sarı böyük sayda qaçqın sıxışdırıb çıxarmaq və bütün nəticələrilə əhatəli fitnəkarlıqlar hazırlanır”.

Paqonlunun hesab etdiyi kimi, Tacikistan və Özbəkistandan gələnlər özlərini “daha qanunpərəst” aparmağa başladıqlarına baxmayaraq, özəl diqqət tələb edirlər.

Bununla belə, o, qeyd edib – “onların bura gətirdiyi ideologiya, səyləri bu başdan bizdən yüksək diqqət istəyir”.

Yada salaq ki, ötən il Rusiyada ölkənin cənubunda teraktlar planlaşdıran 37 terrorçuluq özəyi ləğv edilib. Mütəxəssislər o zaman qeyd etmişdilər ki, terrorçular cinayətlərin  icrası üçün məhz MA ölkələrindən mühacirləri tez-tez cəlb edirlər.

Tərcümə Strateq.az-ındır.