XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 09:01

Ermənistan KIV: “Ermənistan rus-türk oyununda topdur”

Putinin İrəvan səfəri Ankara ilə siyasi alver predmetidir

Dünya ictimai rəyində “məzlum ermənilər” obrazında görünmək şakərini və şüuraltı qabarmasını hələ də tərgitməmiş ermənilər 24 aprel qondarma “soyqırım” tədbirlərinin lazımi effekt və nəticə verməməsi üzündən dilxordurlar və artıq bu dəfə onları qoltuğuna çəkmiş Rusiyanı yamanlamağa başlayıblar. Həm də çox acı şəkildə…

Zira erməni xisləti…

Ermənistan mətbuatından sözügedən “tədbir”lə götürdüyümüz xülasəni “Uzun 24 aprel intizarı və ermənilərin hiddətli təəssüfü” də adlandırmaq olar…

Ermənistan ictimai xadimi Aşot Manuçaryan “Tert”-ə verdiyi müsahibədə bildirb ki, Rusiya Emənistanın strateji müttəfiqi kimi qalmaqla Türkiyənin aprelin 24-də çanaqqala yaxınlığındakı döyüşün yüz illiyi münasibətilə təşkil etdiyi bayram şənliyinə öz nümayəndəsini gönərərək kobud səhv buraxdı. Ruslar qərara gəldilər ki, getməsələr, Türkiyə ilə münasibətlər korlanacaq. Lakin bu, Rusiya üçün əsla səmərəli addım deyil, çünki çanaqqaladakı tədbir “geopolitik problemlərin həllində soyqırımı qanuni alət kimi təsdiq etmək cəhdidir”.

çanaqqalada dünya dövlətləri içində ən yüksək səviyyədə ancaq Rusiya təmsil olunmuşdu. Soyqırımı tanımış ölkənin soyqırımı inkar etməyə çağıran ölkənin tədbirinə qatılmasına izahat tapmaq çətindir. Həm də soyqırımı tanımış ölkənin şəhərlərində soyqırımı mühakimə etməyə çağıran plakatların asılması qadağan edilir. Moskvada bu plakatlar yoxdur, Soçidə onları çıxartmağa məcbur ediblər. Məlumat var ki, Türkiyənin Moskvadakı səfirliyi yanında etiraz aksiyası keçirməyi Erməni Birliyinə qadağan ediblər.

Rusiya bütün dünyaya savaş elan edib, heç bir sivil ölkə ilə münasibəti yoxdur, sanksiyalar altındadır. Belə ki iqtisadi və siyasi kapitalın əldə edilməsi baxımından faydalı ola biləcək hər bir ölkə Moskva üçün önəmlidir. Türkiyə yüz il öncə olduğu kimi bu gün də Rusiya üçün son dərəcə mühüm strateji tərəfdaşdır. “Rusiyanın öz maraqlarından çıxış edib bütün erməni xalqını Rusiya-Türkiyə qurbangahına qoya bilməsi”ndə keşmiş xarici işlər naziri, deputat Aleksandr Arzumanyanın da şübhəsi yoxdur.

Beynəlxalq Avrasiya hərəkatının lideri, “Qriboyedov” Ermənistan-Rusiya klubunun üzvü Aleksandr Duqin “Jamanak”a müsahibəsində inandırır ki, soyqırım mövzusu Türkiyə ilə münasibətləri korlamaq üçün səbəb deyil.

Onun sözlərinə görə, Rusiya Ermənistanla öz həmrəyliyini ifadə edir, günahsız qurbanların xatirsəinə sayğı göstərir, lakin bu o dejmək deyil ki, Rusiya Türkiyəyə düşməncəsinə yanaşır və Vladimir Putinin Ermənistana gəlişini Sergey Narışkinin Türkiyə səfəri ilə əlaqələndirmək lazım deyil: “Bu məsələdə Ermənistanı tarixi baxımdan müdafiə edirik, iqtisadi və geopolitik məsələlərdə əməkdaşlıq edirik, lakin bu, hazırda yaxşı durumda olan Rusiya-Türkiyə münasibətlərinin inkişafını istisna etmir”.

Narışkinin Türkiyə səfəri tarixin təhrifi məsələsində Rusiyanın Türkiyəyə kömək etməsi demək deyil. Dövlət Dumasının deputatı, Ermənistan-Rusiya parlamentlərarası komissiyası sədrinin müavini Boris Reznik “168 jam”-a müsahibəsində izah edir ki, Narışkin kimi siyasi xadimlər prezident Putinin İrəvana nə üçün getdiyni izah etmək və inandırmağa cəhd etməkdən ötrü Türkiyəyə gedirlər: “RF prezidentinin İrəvana səfəri Rusiya dövlətinin prioritetlərindən xəbər verir”.

Politoloq Ruben Mehrabyan “Aravot” qəzetində “çanaqqala şənliklərini erməni soyqırımın yüz illiyi ilə bağlı bütün prosesi kölgədə qoymağa hesablanmış saxtakarlıq” adlandırıb. Ekspertin fikrincə, Rusiya doğrudan da Ermənistanın strateji tərəfdaşı olsaydı, “Ermənistanın inkişafına birbaşa mane olan Türkiyə və Azərbaycan qarşımızda olmazdı”.

“Hraparak” yazır ki, “Rusiya Türkiyəni incitməmək üçün mümkün hər şeyi etdi. Putinin İrəvan səfəri Kreml üçün Ermənistanla münasbətlərin strateji səviyyəsinin sübutu deyil, yalnız Ankara ilə siyasi alver vasitəsidir”.

“İrs” partiyası sədrinin müavini Armen Martirosyan “Aravot” saytında yazır ki, “Rusiya çanaqqala yaxınlığındakı döyüş münasibətilə tədibirlərə qatılmamalı, Azərbaycana silah satmamalı və 100 milyon dollar borcun hesabına strateji obyektləri alçaldıcı şəkildə Ermənistanın əlindən almamalı, ABŞ kimi öz strateji tərəfdaşlarını müdafiə etməlidir”.

“168 jam” qeyd edir ki, RF prezidentinin Ermənistan səfərinin yalnız aprelin 20-də rəsmən təsdiq edilməsi Türkiyə tərəfi ilə danışıqlarla bağlıdır. Putinin səfəri haqda rəsmi məlumatdan bir qədər sonra onun mətbuat katibi Dmitri Peskov bu səfərin Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilməyəcəyi haqda tələsik xəbər yaydı.

Buna qədər isə məlum oldu ki, sübut kimi Soçidə erməni soyqırımnın yüz illiyinə dair plakatlar asılması qadağan edilib. “Yəni Ermənistan hökuməti nəfəsini qısıb Putinin səfərinə gözləyənədək Rusiya tərəfi bu səfərin antierməni çaları qazanması üçün hər şeyi etdi”.

“Lragir” qəzetinin məlumatına görə, Putin özünün İrəvan səfərini Türkiyə prezidenti Ərdoğanla müzakirə edib. Buna qədər isə XİN başçısı Sergey Lavrov bildirdi ki, İrəvan səfəri üçüncü ölkə ilə münasibətləri korlamaq bəhanəsi kimi istifadə oluna bilməz. Nəşr bununla bağlı “erməni məsələsi üzrə yeni Rusiya-Türkiyə sövdələşməsi”ndən yazır: “Məsələnin mahiyyəti bundadır ki, Rusiya “erməni məsələsini bağlamaq, xüsusən də soyqırımın beynəlxalq miqyasda tanınmasını əngəlləmək üçün öz üzərinə öhdəlik götürüb. Ermənistan Türkiyəyə qarşı iddialarından əl çəkir. Moskva və Ankara “erməni-türk normallaşmsına” təsir edir, Qarabağın rayonlarının Azərbaycana verilməsi və rus qoşunlarının orada yerləşdirilməsi müqabilində Türkiyə sərhədi açır. Ermənistanı rusların və türklərin mərhəmətinə möhtac hamısını – Ermənistanın siyasi zümrəsini, hər çeşidli Rusiyayönlü politoloq və ekspertləri, özgə qabını yalayanları təbrik edirik”.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə