XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 09:20

Beş ildə 500 min körpə münaqişələrin qurbanı olub –Uşaqlar üçün ən təhlükəli ölkələrin adları açqılandı - (HESABAT)

Hər il silahlı münaqişələrdə azı 100 min körpə həlak olur. Əfqanıstan körpələr üçün ən təhlükəli sayılan 10 ölkədən biridir.

Strateq.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu “Save the Children International” təşkilatı bildirir.

“Uşaqlar silahlı zorakılığın və müharibənin əziyyətini getdikcə daha çox çəkir”, – ABŞ-da mənzillənən təşkilat fevralın 15-də açıqladığı “Uşaqlarla müharibəni dayandırın” adlı hesabatında qeyd edir.
“Uşaqlar münaqişədə böyüklərdən fərqli şəkildə əziyyət çəkirlər. Bir tərəfdən onlar fiziki baxımdan zəifdirlər. Digər tərəfdən müxtəlif riskləri var – fiziki, zehi, psixoloji inkişafları uşaq ikən yaşadıqlarından çox asılıdır”, – hesabatda vurğulanır.

Qurum münaqişələrdə xeyli sayda uşağın güllə, yaxud bombalardan deyil, pis qidalanmadan, xəstəlikdən, tibbi qayığı çatışmazlığından öldüyünü bildirir.

2013-17-ci illərdə münaqişə gedən 10 bölgədə 500 min körpə savaş, münaqişənin təsirindən dünyasını dəyişib. Bu isə ilə azı 100 min körpənin münaqişələrdən dolayı həlak olması anlamına gəlir.

Uşaqlar üçün ən pis 10 ölkə Əfqanıstan, İraq, Suriya, Yəmən, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Mali, Nigeriya, Somali və Cənubi Sudandır.

BMT təkcə Əfqanıstanda 3 min 179 uşağın öldüyünü təsdiqləyib”, – qurum 2017-ci ilin məlumatına istinadla bildirir. Bu insidentlərin çoxunun əldəqayırma partlayıcı qurğuların törətdiyi hadisələr zamanı baş verdiyi vurğulanır. Bəzi hallarda isə uşaqlardan hücumların törədilməsində istifadə olunur.

Hesabatda deyilir ki, Yəməndəki uşaqların 90, Suriyadakıların 70, Somalidəki uşaqların 60 faizi ötən il münaqişə zonalarının yaxınlığında yaşayıb.




Yuxarı Əvvələ Ana Səhifə