XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 14:04

RUSİYA ERMƏNİSTANI QARIŞDIRMAĞA HAZIRLAŞIR:  Moskvadan İrəvana göndərilən missiyalar, Kremlə yarınan erməni politoloqları, qapalı görüşlər...

“Lragir.am” (Ermənistan), 20.02.2019

 

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təşəbbüsü ilə ötən il Qriboyedov klubunu əvəzləməli olan Lazarev klubu yaradılıb. Klubun yaradılması Ermənistan-Rusiya münasibətlərinə yeni nəfəs verilməsi və iki cəmiyyət arasında əlaqələrin genişləndirilməsinin gərəkliyi ilə şərtlənib.

Klubun Rusiya hissəsinə məşhur adamlar, o cümlədən “erməniyönlü” sayılan politoloq və analitiklər daxil olublar. Amma Ermənistan tərəfdən dəyişiklik baş verməyib – elə Qriboyedov klubundakı adamlardır. Hər şeyə əsasən, ruslar Ermənistanda yeni adamlar cəlb etmək istəməyib və ya bacarmayıblar.

Bununla bağlı Rusiya politoloqu Sergey Kurqinyanın Rusiya agenturası haqda qəzəbli, coşqun çıxışını yada salmaq olar. O, hiddətini gizlətmirdi ki, Rusiya hökumətinin başqa ölkələrdə həlledici məqamda onlardan gözləniləni yerinə yetirməyən tör-töküntülərə güvənməkdə nadir bacarığı var.

Yəqin ki, hörmətli politoloqun sual verməyinə dəyərdi ki, niyə məhz belə adamlar əməkdaşlıq etməyə razılaşırlar. Amma bu, başqa bir söhbətin mövzusudur.

Lazarev klubunun “Ermənistanyönlü” bəyanatlarına və Ermənistan-Rusiya münasibətləri haqda xoş niyyətlərinə baxmayaraq, biz onda da güman edirdik ki, bu klubun missiyası Qriboyedov klubunun buraxdığı xoşagəlməz ağır təəssüratı dağıtmaq və Ermənistanda məxməri inqilabdan sonra Kremlin elan edilmiş yeni müstəmləkəçilik siyasəti çərçivəsində Ermənistan-Artsax-Diaspora üçlüyünün gerçək birliyini aradan qaldırmaqdan ibarətdir. Bu, bir hədəfi də Ermənistanın subyektliyini aradan qaldırmaq olan və uzağa gedən bir proqramdır.

Sonrakı hadisələr bizim gümanlarımızı təsdiqlədi. Bu klubun təmsilçiləri son zamanlar Rusiyanın erməni icmasının üstünlüyü (təbii, bu icmanın subyektliyini tanımadan), Ermənsitan inqilabında Qərb izləri, Rusiyaya inqilab ixracı və s. barədə qızğın piara başlayıblar. Erməni soyadlı politoloqlar və ictimai-siyasi xadimlər özəlliklə buna fəal cəlb olunur – bunun sübutu Marqarita Simonyanın ifasında qalmaqaldır.

Zatulinin özü də Rusiya televiziyasında antiermənistan nitqiylə çıxış edib.

Paralel olaraq qapalı görüşlər keçirən baş nazir Karen Karapetyanın Ermənistana qayıtdığı haqda Ermənistan KİV-lərində məlumatlar gedib. Habelə danışırlar ki, bu günlərdə Moskvada Lazarev klubunun Ermənistandan əxlaqca və ideologiyaca əldən düşmüş xadimlərin qatıldıqları qapalı toplantısı baş tutub. Artsax (Dağlıq Qarabağ-red.) problemi üzrə hansısa variantlar və təhlükələr haqda diskurs formalaşdırılır.

Diqqətçəkəndir ki, bu proses Ermənistanın Suriyaya humanitar missiya göndərməsinə paralel başlanıb. Suriya missiyasından narazı erməni politoloqlarının niyəsi barədə düşünməyinə dəyərdi. Və niyə missiya göndəriləndən sonra Bakıda hərbi ritorikanı yenidən yada salıblar? Hər şeyə əsasən, Lazarev klubu Ermənistan istiqamətində təkcə informasiya deyil, həm də hərbi-informativ dəstək kimi gərəkdir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə