XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 15:35

SƏUDİYYƏ MONARXİYASI NÜVƏ SİLAHI HAZIRLAMAQ YOLUNDA:“İran nüvə silahı əldə etsə, onun öhdəsindən gələ bilmərik” – Araşdırma  

İbrahim Varlı

Birgün (Türkiyə), 05.03.2019

 

Ötən həftənin, ola bilsin, ümumi diqqətdən yayınan ən önəmli olaylarından biri ABŞ-ın Səudiyyə Ərəbistanına nüvə texnologiyaları satmaq üçün üzə çıxmış planıdır. Bu haqda “The New York Times” qəzeti yazıb. Məlumat verilib ki, ABŞ-ın Səudiyyə Ərəbistanına nüvə silahının istehsalında isitfadə etmək mümkün olası nüvə reaktorları satmaq planı var.

İddia olunur ki, Trampın kürəkəni Cared Kuşner ər-Riyada səfərinin gedişində varis şahzadə Muhəmməd bin Salmanla bu haqda sövdələşib.

Beləliklə, Şimali Koreya və İranın nüvə proqramlarına qarşı savaş cəngi çalan Tramp nüvə silahlanması məsələsində səudlara yardım edə bilər. Məlumat verilir ki, 40 nüvə reaktoru qurulacaq. “The New York Times” keçən il də, təxminən, bu vaxt bənzər ehtimal irəli sürmüşdü. Məqalə habelə səudların nüvə silahı haqda ümidlərinə həsr olunmuşdu. Müəlliflər nüvə potensialına yiyələnməyi arzulayan Səudiyyə monarxiyasına Vaşinqtonun göstərə biləcəyi yardımı analiz etmişdilər.

 

WikiLeaks”-in sənədlərində nüvə sövdələşməsi

 

Səudiyyə Ərəbistanının nüvə silahı hazırlamaq səyləri yeni deyil. Bu süjetə “Wikileaks”in sənədlərində artıq rast gəlinib. O zaman Səudiyyə Ərəbistanı kralı Abdullanın Amerika rəsmilərilə nüvə sövdələşməsi elan edilmişdi. Kral amerikalıları inandırmağa çalışmışdı: “İranın nüvə silahı olarsa, bütün Yaxın Şərq atom bombasının dalınca qaçacaq. Səudiyyə Ərəbistanı da daxil olmaqla”.

Səudiyyə administrasiyası nüvə dövlətinə çevrilmək iddialarını addımbaşı açıq bəyan edir. İlk siqnallar ötən martda verilib. Varis şahzadə Muhəmməd bin Salman 80 milyard dollar məbləğində 16 nüvə reaktorunun inşasına tender haqda ABŞ, Fransa və Böyük Britaniyaya müraciət edib. ABŞ-dan nüvə silahı hazırlamaqda istifadə etmək mümkün olan nüvə texnolgiyaları istəyib.

Trampdan sonra intensiv sövdələşmə başlanıb. Muhəmməd bin Salman keçən il nüvə araşdırmaları mərkəzinin özülünü qoyub. Nüvə reaktorları özlüyündə bəs etmir, onlara uranın zənginləşdirilməsi texnologiyası da verilməlidir.

Bu hesablamaların dalında nüvə önləməsi gücünə yiyələnmək cəhdi durur. Səudlar sıradakı arqumenti irəli sürürlər: İran nüvə silahlanması üzrə öz məqsədinə yetərsə, onun öhdəsindən gələ bilmərik, buna görə də potensialı mütləq bərabərləşdirməliyik.

Səudlar bölgəsəl dövlət statusu naminə gizlicə nüvə proqramının dalınca düşüblər. İsrail İrana qarşı birgə çıxış etdiyi Səudiyyə Ərəbistanının nüvə texnologiyalarına yiyələnməyinə etiraz etmir. Təl-Əviv bircə istəmir ki, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi üzrə çalışmanı öz ərazisində başlasın. Bu haqda ciddi öhdəliklər götürülüb.

 

Səudlarda nüvə silahı olsa, nə olacaq?

 

İranı nüvə silahı əldə etməkdə ittiham edərək nişana götürən ABŞ-ın səudları nüvə cəbbəxanasının sahibi etmək istəyi bölgəsəl balansların ciddi sınmasını törədə bilər. Səudlar Amerika imperializminin imtiyazlı jandarmı kimi nüvə silahı əldə etsələr, bu, İranı nüvə gedişlərinə daha çox təhrik edər. Bu isə bildirəcək ki, Yaxın Şərq kimi dar məkanda üç ölkə nüvə silahına malik olacaq: İran, İsrail və Səudiyyə Ərəbistanı. BƏƏ, Qətər və Misirin nüvə iddiaları nəzərə alınsa, onda Yaxın Şərqdə nüvə təhlükəsinin miqyası göz qabağında olacaq.

Yaxın Şərqdə ağalıq edən güc olmağa çalışan Səudiyyə Ərəbistanı bölgədə nüfuz uğrunda İranla rəqabət aparır. Səudiyyə Ərəbistanı bu çarpışmada bölgə ölkələrinin qarışdırılması bahasına vasitəli savaşların sponsoruna çevrilir. ər-Riyad İraq, Suriya, Yəmən və Livan kimi ölkələrdə özünə yaxın qrupları dəstəkləyərək daxili iğtişaşlar törədir və mövcud zəif yerləri daha çox ağırlaşdırır. Səudiyyə Ərəbistanının İranla bu çarpışmasının effektlərini Yaxın Şərqin bütün xəritəsində görmək olar. Əlbəttə, Səudiyyə monarxiyasının gedişləri ABŞ-ın kürəsəl yönlərindən asılıdır. İranın nüvə proqramına İsraillə yanaşı səudların ən sərt reaksiya sərgiləməsi və nüfuz uğrunda bölgəsəl mübarizənin baş səbəblərindən biri olması. Bölgəsəl və kürəsəl balanslar nəzərə alınsa, nəticə çıxarmaq olar ki, Amerika imperializminin Səudiyyə monarxiyasının – Yaxın Şərqdə neftlə zəngin podratçısının nüvə silahı əldə etməsinə yardımı o qədər də qeyri-real görünmür.

Tərcümə Strateq.az-ındır.