XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2019 - 12:03

ERMƏNİSTANDA İŞİD XOFU:"Moskva İrəvanı İŞİD-lə təhdid edir” - Araşdırma

lragir.am (Ermənistan), 01.04.2019  

 

RF DİN ekstremizmə qarşı fəaliyyət Baş İdarəsinin rəisi Oleq İlyinıx cümə günü bildirib ki, İŞİD Suriya və İraqdakı məğlubiyyətdən sonra maraqlarını Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Ermənsitana yönəldib.

İlyinıxın sözlərinə görə, Rusiyada qadağan edilmiş İŞİD qruplaşmasının xadimləri bütün dünya üzrə terror aktları həyata keçirmək bacarığını sərgiləyən ümumdünya terror şəbəkəsi, yatmış özəklər qurmaq planı ilə yaşayırlar.

O bildirib: “Xilafət Suriya və İraqda strateji məğlubiyyəti İŞİD-in maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan ərazilərinə yönəldəcək”.

Terrorizmlə mübarizə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əsas prioritetlərindən biridir. ER MTX-nin uyğun bölmələrinin bu sahədə gündəlik işi terror təhlükəsini birləşdirən istənilən hadisəni üzə çıxarmaq və qabaqlamağa yönəlib. Bu planda Ermənistandakı durum tam nəzarət edilə biləndir. Bu haqda “Armenpress”in sorğusuna cavabda MTX mətbuat xidmətində Rusiya Federasiyası Daxili İşlər Nazirlyi ekstremizmə qarşı fəaliyyət Baş İdarəsinin rəisi Oleq İlyinıxın “İŞİD-in maraqları MDB ölkələrinə – Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənsitana keçdiyi” haqda bəyanatını şərh edərkən bildiriblər.

ER MTX-in açıqlamasında deyilir: “Beynəlxalq terror təşkilatlarının başqa ölkələrdəki fəaliyyətinin daimi əsasda diqqətli təhlili aparılır və Ermənistanın təhlükəsizliyinə istənilən təhlükə əlaməti üzə çıxan halda qarşısı alınacaq – o cümlədən tərəfdaş xüsusi xidmətlərlə əməkdaşlıqda. Ermənistan MTX beynəlxalq terrorizmlə mübarizə planında bir çox ölkələrin xüsusi xidmətlərilə, o cümlədən MDB Antiterror Mərkəzi formatında fəal işbirliyindədir”.

Rusiya DİN-in bəyanatında MDB-nin üzvü olan Azərbaycan təəccüblü şəkildə yoxdur. Mərkəzi Asiya ölkələrinə gəlincə, bu ölkələrin yüzlərlə vətəndaşı, doğrudan da, İŞİD-ə qoşulub və onlar Suriya və İraqdakı məğlubiyyətdən sonra “terrorçu zəncir həlqəsi” qurmaqla öz ölkələrinə dönə bilərlər.

Dünya mətbuatında İŞİD döyüşçülərinin hara yollana biləcəyi məsələsi daim nəzərdən kerçirilir. İŞİD müxtəlif qruplaşmalardan ibarətdir və artıq bəllidir ki, xeyli döyüşçü Türkiyədə sığınacaq taparaq Ankaranın əlində alət olmağı davam etdirir.

Moskvanın İŞİD-də öz “qruplaşması” olubmu? İŞİD-də Bakıdan silah tədarük edilən yüzlərlə azərbaycanlı döyüşüb (Bakıdan İŞİD-ə silah tədarükü iddiası əsassızdır və heç bir fakta, dəlilə söykənmir-red.). Onların çoxu Rusiyanın Şimali Qafqazından çıxıb, Rusiya hökuməti tərəfindən ələ alınıb və birbaşa Soçi olimpiadasından qabaq Suriya və İraqa göndərilib. Rusiya hökuməti bu faktı boynuna alıb. Bu bildirir ki, həmin şəxslər haqda məlumatlar ona bəllidir. Bu şəxslər hara qayıdacaqlar və siyahıda Azərbaycan niyə yoxdur?

RF DİN-nin açıqlaması bu fonda Ermənistanın ünvanına hədə çaları alır. Rusiya müəyyən dövrdən bəri Lazaryev komitəsi yaradaraq və Ermənistana qarşı təbliağtı gücləndirərək “yumşaq güc”ün fəal tətbiqinə keçib. DİN-in açqılaması bu da bu qəbildəndir.

Ermənistan baş naziri Artsaxda (Dağlıq Qarabağda-red.) müharibənin təzələnməsi ehtimalını Moskvanın üzərinə qoyaraq bildirib ki, Rusiya istəməsə, müharibə bir də başlamaz. Ola bilsin, MTX-nin döyüşçülər haqda bəyanatında da belə bir eyham var.

Tərcümə Strateq.az-ındır.