XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 19:11

MKİ DİREKTORU CİNA HASPELİ HƏBS GÖZLƏYİR:Trampa qarşı “ruslarla əlbirlik” kampaniyası əks nəticə verib - Araşdırma

inosmi, ru, 18.06.2019

 

ABŞ-ın keçmiş müdafiə naziri müavini “The American Spectator” dərgisində araşdırmaya çağırır – Trampın Rusiya ilə əlbirliyi haqda versiya ilə “Raşageyt” haradan ortaya çıxıb. “ABŞ tarixində ən əsassız qalmaqalı” (“Nation” dərgisinin ifadəsi) qızışdıranların içində MKİ-nin keçmiş direktoru Con Brennanın və bu kəşfiyyat idarəsinin indiki sahibəsi Cina Haspelin də adlarını çəkirlər. Həm sağlar, həm də sollar cəza tələb edirlər.

“Raşageyt”ə görə MKİ direktorunu həbs edə bilərlər?

Baş tutmayan “Raşageyt”in başlanmasında əli olanları cəzalandırmağa çağırışlar ABŞ mətbuatında getdikcə daha çox səslənir – Trampın seçkiqabağı qərargahı və Rusiya arasında “əlbirlik” haqda versiyanı ilk yayanlar haqqında. Bu zaman MKİ, FTB və ABŞ-ın başqa xüsusi xidmətlərinin keçmiş başçılarının adları yada salınır. MKİ-nin işgəncələrlə bağlı bir sıra xoşagəlməz əhvalatlarda əli olan indiki direktorunun da adının çəkildiyi indi bəlli olub.

Amma hər şey haqda sıra ilə.

Ədliyyənin Amerika xüsusi xidmətlərinin başçılarına niyə sualı ola biləcəyi aydındır. Axı onlar hələ 2017-ci ildə ümumiləşdirilmiş məruzə ilə çıxış ediblər ki, Rusiya Trampın tərəfindən seçkilərə qarışıb. “Müller komissiyası”nın da işi bu iddialar əsasında başlanıb. Yada salaq ki, özəl prokuror Robert Müllerin məruzəsi bu ilin aprelində dərc olunub. Yüzlərlə adam sorğuya tutulandan, on minlərlə qeydə alınmış danışıqlar və elektron məlumatların analizindən sonra məruzədə nəticə çıxarılıb ki, Rusiya və Tramp və ya onun qərargahı arasında heç vaxt heç bir əlbirlik olmayıb.

Bununla belə, Müllerin müstəntiqlərinin işinə 30 milyon dollardan çox, “Raşageyt” ətrafında informasiya kampaniyasına isə milyardlar xərclənib. Amerikalılar iki il boyunca ölkənin baş xəbəri kimi “Raşageyt” haqda xəbərləri dinləməyə məcbur olublar, indi də çoxları bu çoxaylıq informasiya pressinqinə görə günahkarları tapmaq və cəzalandırmaq istəyirlər. Bu adamlar əsas ümidi ABŞ baş prokurorunun Konnektikut ştatının prokuroru Con Daremə verdiyi təhqiqat aparmaq tapşırığına bağlayırlar. Bu təhqiqat artıq bir aydan çoxdur gedir və “The American Spectator” dərgisi fikir ifadə edir ki, bu, MKİ-nin keçmiş və indiki başçılarını artıq qorxuya salıb: “MKİ-nin “analitik işi”nin federal prokurorluq tərəfindən təhqiqata məruz qalmasının səbəbi sadədir: çoxlu sübut var ki, MKİ və FTB cinayət edib. Daremin təhqiqatı ilə Müllerin təhqiqatı arasındakı təməl fərq bundadır. Müller Trampla, onun seçkiqabağı qərargahı ilə ruslar arasında hansısa əlbirlik haqda uydurma, yalnız kiminsə xəyalında mövcud olan sui-qəsd nəzəriyyəsini araşdırırdı. Müllerin və kompaniyasının təhqiqat başlanana qədər cinayət edildiyi haqda heç bir sübutu yox idi… Müllerin araşdırması Stalinin gizli polisinin şefi Lavrenti Beriyanın təsvir etdiyi üsulla aparılırdı: təki adam olsun, maddə isə tapılar”.

Amerikan Spektator” 1924-cü ildən nəşr edilən sanballı dərgidir və Amerika mətbuatının “Raşageyt” mövzusu üzrə ümumi ahəngi dəyişilməsəydi, onun müəllifi bu qədər cürətli nəticələrə iddia etməzdi. Deməli, məsələn, “Uol-strit cornel” rəylər səhifəsində “Raşageyt”in ilkin mərhələsində ağlasığmaz olan məqalə yerləşdirib. Onun müəllifi Holman Cenkinsi sıradakı sözlərə görə mütləq “Putin üçün faydalı axmaq”, ya da rus agenti elan edərdilər: “Mətbuatın ən geniş yayılmış yanlışlığı bir çox KİV-lərin iddia etdiyinin, ya da reportyorun verdiyi xəbərin önəmini şişirtməyə meyldir. Bu meylin “Raşageytdə oynadığı rolu lap kiçiltməyin. CNN və MSNBC (Trampın rusiyalıların manipulyasiyası sayəsində seçildiyi versiyasını fəal dəstəkləyən Amerika teleşirkəti-nəşrin redaktoru) üçün Trampın Rusiya ilə əlbirliyi haqda süjet kommersiya Klondaykı (yalan mənasında-tərc.) idi… Adamlar, ümumiyyətlə, əsil sürü heyvanıdırlar. Elədiklərimizin hamısını başqalarının gözündə yaxşı görünmək üçün edirik. Və mətbuatın Rusiyaya aludəçiliyi vaxtı bu amil də öz rolunu oynayıb”.

Lakin “Amerikan Spektator” dərgisinin müəllifi “Raşageyt”də iştirak edən, buna görə də keçmişi qurdalamağa meyli olmayan qəzet meynstriminin nəşrlərindəki həmkarlarından daha uzağa gedir. Onun durumu da buna imkan verir: “Amerikan Spektator”dakı məqalənin müəllifi böyük Buşun administrasiyasında müdafiə nazirinin keçmiş müavini Ced Bebbindir. Mister Bebbin xüsusi xidmətlərin ABŞ Demokrat Partiyasının 2016-cı il seçkilərindəki məğlubiyyətə görə “Raşageyt” vasitəsilə Trampdan qisas almaq qərarına gələn funksionerlərinə bağlı saydığı əməkdaşları üçün cəza tələb edir: “Daremin təhqiqatı ilə bağlı halda son dərəcə aydındır ki, FTB-nin, ola bilsin, MKİ-nin adamları xarici agentlərlə mübaruizə haqda Akta uyğun olaraq onlara verilən səlahiyyətdən sui-istifadə edib, Karter Peyci və başqalarını (2016-cı ildə Trampın seçkiqabağı qərargahının əməkdaşları-nəşrin redaktoru) dinləmək üçün özəl məhkəmədən order almaqla and altında yalan danışıblar. Və, bax, bu yalan ifadələr – özü də and altında yazılı şəkildə veriliənlər – uydurma deyil, əsil cinayətdir. Və bu cinayətlər araşdırılarkən əsla xəyali deyil, başqa qanun pozuntuları da üzə çıxa bilər”.

Maralıdır ki, “Raşageyt”i təşkil edənlər üçün cəza tələbində ABŞ-ın siyasi spektrindəki sistemdənkənar sollar da, sistemdənkənar sağlar da düz gəlirlər. Bütün ömrü boyu özünün həqiqi solçu məsləkinə haqq qazandıran professor Stiven Koen “Raşageyt”i “Amerika tarixində ən rüsvayçı və əsaslandırılmamış siyasi qalmaqal” adlandırıb. Koen “The Nation” dərgisi üçün məqaləsində “Barrın (Uilyam Barr ABŞ-ın baş prokurorudur, “Raşageyt”in haradan ortalığa çıxdığını araşdırmağa söz verib-nəşrin redaktoru) təhqiqatı niyə önəmlidir və  dəstəklənməlidir?” məqaləsində iddia edir: “Amerikanın kəşfiyyat və əks-kəşfiyyat agentlikləri Donald Trampın prezidentliyinə ziyan vurmaq qəsdilə əməliyyat keçirib, onların son hədəfi isə bu prezidentliyi alt-üst etmək idi”.

Professor Koen Amerika xüsusi xidətlərini bu qayda ilə ittiham edərək “The Nation”in səhifələrində yazır: “Son dərəcə önəmli yenilik budur ki, Barrın Amerika xüsusi xidmətlərinin rolunu araşdırmaq niyyəti var – özü də təkcə FTB-nin deyil. Aydındır, bu bildirir ki, o günlərdə Con Brennanın başçılıq etdiyi MKİ də təhqiqata məruz qalacaq. Milli Kəşfiyyat Xidmətinin o zaman direktoru olmuş Ceyms Kepper də araşdırmadan yayına bilməyəcək. “The Nation”-in səhifələrində dəfələrlə iddia etdiyim kimi, “Raşageyt”in əsil xaç atası Obamanın dönəmində FTB-yə direktor  qoyulmuş Ceysm Komi də deyil, məhz Brennan idi. Və mənim ilk dərcimdən bəri bu tezisin xeyrinə xeyli dəlil üzə çıxıb”.

Və icmalımızın ən sonunda “The American Spectator” dərgisi müəllifinin – ABŞ müdafiə nazirinin keçmiş müavini Ced Bebbinin ən cəsarətli, amma ən çətin də təsdiq olunan sezgisini göstərək:

“Daremin müstəntiqlərinin sorğuya tutacağı MKİ-nin yüksəkməqamlı əməkdaşları, yəqin ki, MKİnin indiki xanım direktoru Cina Haspeli də əhatə edəcək. Onun itirməyə nəyisə var, o hamıdan çox itirə bilər. Onu vəzifədən azad edə bilərlər, nüfuzdan ola bilər. Qanunu pozduğu üzə çıxarsa, həbsxanaya yollana bilər”.

Nə olar, görək, “The American Spectator” dərgisi müəllifinin qalmaqallı proqnozu doğrulacaqmı?

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə