XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2015 - 09:39

Manat öldü, turizm şirkətləri çökür – Araşdırma

Bu ilin fevral ayında Azərbaycan manatının kəskin ucuzlaşdırılması ölkənin turizm şirkətlərinin fəaliyyətinə mənfi təsir edib.

Strateq.az xəbər verir ki, şirkətlərdən fins.az-a verilən məlumata görə, xaricdə istirahət etmək əvvəlki vaxtlarla müqayisədə baha başa gəldiyindən müştərilərin sayı xeyli azalıb.

“Dərviş Travel” şirkətinin direktoru Nadir Nadirov deyir ki, devalvasiyadan sonra aviabiletlərin qiyməti manatla kəskin artdığından ölkədən kənarda istirahət etmək istəyənlər əvvəlki kimi çox deyil. Məsələn, onun sözlərinə görə, Tailandda 1 həftə istirahət etmək üçün 250 manat bəs edir, amma indi ikitərəfli biletin qiyməti əvvəlkindən 200-300 manat baha, 900 manata başa gəlir. Bu da turistlərin əl-qolunu bağlayır. Son nəticədə yay fəsli üçün erkən bronlama da azalıb: “Yalnız avqust ayı üçün bronlama edirlər. Devalvasiyadan əlavə, 1-ci Avropa Oyunlarının və Razaman ayının avqustda başa çatacağını da nəzərə alırlar. üstəlik həmin ay iş də az olur. Ona görə iyun-iyul ayları üçün erkən bronlama azdır”. Nadir Nadirov qeyd edib ki, hazırda turistlər ən çox Türkiyənin Bodrum və Antalya bölgələrində, eləcə də İtaliya, İspaniya, çexiya, Almaniya, Monteneqro kimi Avropa ölkələrində dincəlməyə üstünlük verirlər. Amma Bakıdan uçuş baha olduğu üçün qonşu Gürcüstandan tranzit kimi istifadə edirlər: “Misirin Şarm-əl-Şeyx şəhərində Tbilisidən həftədə 5 dəfə uçuş həyata keçirilir. İyun ayından Misirin başqa bir istirahət bölgəsi olan Hurqadaya həftədə 3 dəfə olmaqla uçuşlar yerinə yetiriləcək”.

“REGEA” turizm şirkətinin icraçı direktoru Maya Nağıyeva isə deyir ki, devalvasiyadan sonra turların qiymətini 500 manatdan 800 manata qədər artırmağa məcbur olublar. çünki bir tərəfdən xərclər artır, digər tərəfdən isə müştərilərin sayı azalıb. Erkən bronlama üçün maraciət edənlərin də sayında azalma var: “ötən il 1ayda 20 erkən bronlama edirdiksə bu il bu rəqəm 10-a düşüb. Yay tətili üçün qiymətlərin aşağı olduğu vaxt iyun-iyul aylarıdır. Ancaq yeni istiqamət olan Şarm-əl-Şeyxə getmək istəyənlər bunun üçün avqust ayını seçirlər. çünki iyun-iyul ora yağışlı olur. İstirahət üçün istiqamətlər dəyişməyib, yenə də Türkiyənin Antalya, Bodrum, Fəthiyə bölgələri, Dubay, İspaniya, İtaliya əsas istirahət yerləridir”.