XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 14:54

İnsan Hüquqları Komitəsinin nəzarət funksiyası kimi dövlətlərin hesabatlarına baxılması – Elmi məqalə

sefter rehimli.jpg

Səftər Rəhimli

[email protected]

AçAR SöZLƏR: İnsan Hüquqları, İnsan Hüquqları üzrə Komitə, beynəlxalq nəzarət, BMT, dövlətlərin hesabatları.

Məqalədə dövlətlərin hesabatlarının hazırlanması və təqdim olunmasına dair müxtəlif problemlər nəzərdən keçirilir. Bununla əlaqədar,qeyd olunan prosesin təkmilləşdirilməsi ilə bağlı tövsiyyələr verilmişdir. Dövlətlərin hesabatlarının alternativliyinin təmin olunması məqsədilə, qeyri-hökumət təşkilatları tərəfindən hesabatların hazırlanması və təqdim olunmasının hüquqi əsaslarının işlənib hazırlanması tövsiyə edilir. Komitənin BMT Baş Assambleyasına birbaşa çıxış imkanları,insan hüquqları üzrə dövlətlərin hesabatlarının hazırlanması və təqdim olunmasına dair hüquq fakültələrində proqram saatlarının artırılmasının mühümlüyü qeyd olunur.

I yazı

İnsan hüquqları komitəsinin hökümlülüyü onun həyata keçirdiyi funksiyalardan aslıdır. Onun funksiyaları içərisində nəzarət funksiyası insan hüquqlarının qorunması baxımından mühüm əhəmiyətə malikdir. Komitənin nəzarət funksiyasının mahiyyətini anlamaq üçün ilk növbədə beynəlxalq nəzarətin nedən ibarət olduğuna diqqət yetirmək lazimdır.

Beynəlxalq nəzarət institutu ilə bağlı ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. Bu institutla baglı Luis B.Son, Burgental T., Zays A., Opsal T., Entin M ., Kartaşkin V., Moravertski V., Timoşenko A., Qaverdovski A., Tiunov O., Valeyev R., və b. tədqiqatlar aparmış, onun təbiətini müxtəlif istiqamətlərdə açıqlamışlar.

Beynəlxalq nəzarət beynəlxalq hüquqda müxtəlif beynəlxalq normaların yerinə yetirilməsilə əlaqələndirilir. Qəbul edilmiş ümumi mövqeyə görə beynəlxalq müqavilə öhdəliklərinin yerinə yetirilməsinə görə nəzarət beynəlxalq hüququn fəaliyyət formalarından biri kimi çıxış edir. O, “ilkin” olan tənzimləyici münasibətlə “ikinci” olan qoruyucu münasibət arasında yer tutmaqdadir. Halbuki, daha çox qoruyucu (mühafizəedici) funksiyaya yaxındır.

Nəzarət beynəlxalq normaların yerinə yetirilmə vasitəsi olmaqla beynəlxalq hüquq subyeklərinin fəaliyyətinin beynəlxalq səviyyədə qəbul edilmiş norma xarakterli göstərişlərə faktiki uygunluğunun qiymətləndirilməsidir.

Beynəlxalq nəzarət normayaradıcılıq funksiyasından uzaq olsa da, normayaradıcılığa da təsir etməkdədir. Lakin əsas funksiyası normaların həyata keçirilmə mərhələsi ilə məhdudlaşır və mütləq hüquqi xarakter kəsb etmir. Nəzarət texniki, təşkilati (inzibati), maliyyə, hüquqi istiqamətdə təzahür edir. Xüsusən də Beynəlxalq təşkilatların nəzarət funksiyası həmin təşkilatların təsisat aktından aslı olaraq dəyişir. Müasir dövürdə hüquqi əhəmiyyəti davamlı olaraq artırmada olan beynəlxalq nəzarət insan hüquqları üzrə ixtisaslaşmış və institusional qurumlar üçün xarakterikdir. BMT- nin insan hüquqları üzrə aktların realizəsində səmərəliliyi artırmaq məqsədilə 2006 –cı ildə İnsan hüquqları komissiyasının Şuraya çevrilməsi, insan hüquqları komitəsinin fəaliyyətinin təkmilləşdirmək istiqamətində 2002 –ci ildən başlayaraq islahatların həyata keçirilməsi qeyd edilməlidir.

Beynəlxalq nəzarətin əsası kimi, beynəlxalq təşkilatların təsisat aktları və sahəvi müqavilələr çıxış edir. Beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq nəzarətin geniş tətbiqi onların normayaradıcılıq funksiyası dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi ilə bağlıdır.Universal səviyyədə insan hüquqları üzrə daha geniş nəzarət institusional struktura malik qurum kimi BMT çərçivəsində reallaşdırılmaqdadır. BMT-nin institusional nəzarət prosedurundan fərqli olaraq aktların həyata keçirilməsində xüsusiləşmiş konvension (müqavilə) qurumların nəzarət funksiyası spesifikliyə malikdir. Sonuncu nəzarət proseduru irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq Konvensiya (1965), İşgəncə və d. qəddar, qeyri-insani və ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya (1984), Uşaq hüquqları haqqında Konvensiya (1989), Mülkü və siyasi hüquqlar haqqında beynəlxalq Paktın (1966) və s. aktların icrası məqsədilə təsis edilən komitələr vasitəsilə təmin edilir. Bu komitələr xüsusi nəzarət orqanları kimi təsis edilmiş və tam müstəqilliyə malikdirlər. Qeyd etdiyimiz komitələrdən İnsan hüquqları Komitəsinin nəzarət funksiyası daha əhatəli xarakter kəsb edir.

Komitənin funksiyaları mülki və siyasi hüquqlar haqqında beynelxalq Paktin 40, 41 və 42-ci maddələrində, Paktin Fakültativ Protokolunda və Prosedur qaydalarda ifadə edilib. Komitənin nəzarət metodları kimi:

– dövlətlərin hesabatlarına baxılması ;

– dövlətlərarası şikayətlərə baxılması;

– fərdi şikayətlərə baxılması ;

– ümumi xarakterli tövsiyələrin hazırlanması qeyd edilməlidir. Dövlətlərin hesabatlarına baxılması funksiyası konvension komitələrin hamısına aiddir. Müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən müddət keçdikdən sonra nəzarət orqanlarının tələbinə uyğun olaraq iştirakçı dövlətlər onların ünvanlarına həmin sazişin yerinə yetirilmə səviyyəsi ilə əlaqədar hesabat vermək öhdəliyi daşıyır. Digər komitələr kimi İnsan hüquqları Komitəsi də ilk əvvəllər dövlətlərin hesabatları üzrə konkret qərar qəbul etmir, onların yerinə yetirilməsini məqbul və ya qeyri –məqbul saymırdılar.Bununla yanaşı hesabatlara baxılması ümumi xarakterli tövsiyyə və təkliflərin hazırlanması və qəbulu ilə bitirdi. Bu tövsiyyələr isə dövlətlərin müqavilə öhdəliyini təşviq etməli idi. Lakin bu ümumi oxşarlıq tədricən müəyyən dəyişikliyə məruz qalmış, İnsan hüquqları Komitəsinin fəaliyyəti daha xarakterik hal almışdır.

Mülkü və siyasi hüquqlar haqqında beynəlxalq Paktın 40-cı maddəsinin 1-ci hissəsinə görə iştirakçı dövlətlər Paktla tanınan hüquqların həyata keçirilməsi üzrə tədbirlər haqqında hesabat təqdim etmək öhdəliyi qəbul ediblər.

Komitənin nəzarət funksiyasının həyata keçirilmə vasitəsi kimi çıxış edən hesabatların hazırlanması və onlara baxılması müəyyən bir məqsədə xidmət edir. Hesabatların hazırlanması iştirakçı dövlətlərə imkan verir ki, daxili qurumları vasitəsilə Pakta uyğun götürülmüş öhdəliklərin məzmunu açıqlansın. Paktda ifadə edilmiş huquqların gözlənilməsinə münasibətdə vəziyyət qiymətləndirilməsi zərurət olduqca qanunvericilik və d. İslahatlar həyata keçirilsin. Hesabatların hazırlanması prosesi dövlət qurumları ilə mülki cəmiyyət institutları arasında qarşılıqlı əməkdaşlığın qurulmasını t
ələb edir ki, bu da hüquq müdafiyə prosedurunun daha dərindən öyrənilməsinə gətirib çıxarır. Hesabatın hazırlanması dövlətin strukturları ilə ictimayyət arasında münasibətlərin inkişaf etdirilməsinə xidmət edirsə, hesabatlara baxılması iştirakçı dövlətə müstəqil keyfiyyətdə çıxış edən, yüksək ixtisaslı peşəkar ekspertlər arasında dialoq qurulmaqla öhdəliklərin daha səmərəli formada yerinə yetirilməsinə xidmət edir. Nəticə etibarilə daha təkmil qanunvericilik və hüquq müdafiə mədəniyyəti əldə edilmiş olur.

İlk öncə bu öhdəlik Paktın hazırlanması və qəbulunda iştirak edən dövlət üçün Paktın qüvvəyə minməsindən sonrakı bir il müddətində,bundan sonra isə Komitənin tələbi üzrə hər bir halda təqdim edilməlidir.Komitənin tələbi üzrə təqdim edilməli hesabatlar, “dövri hesabatlar” kimi qəbul edilir. Əgər əvvəllər beş il müddətində belə hesabatlar istənilə bilirdisə, 1997–ci ildən Komitə bu qaydanı dəyişmiş və hesabatlararası müddəti azaltmışdır. Dövlətlərdə (məsələn, keçmiş Yuqoslaviya , Ruanda və s. olduğu kimi) böhranlı vəziyyətlər olduqda hesabatlar daha tez müddətdə təqdim edilməlidir.

Hesabatların dövrlük məsələsi Komitənin Prosedur (66-71) qaydaları ilə daha konkret formada reqlamentləşdirilir. Komitə Paktın 40- cı maddəsinin 1(b) hissəsinə uyğun olaraq iştirakçı dövlətlərdən hesabatın təqdim edilməsini istəyərkən 66-cı qaydanın 3–cü və 4–cü bəndlərinə müvafiq hesabatların təqdim edilmə müddətini müəyyən edir.

Hesabatların təqdim edilməsi müəyyən bir prosedura malikdir. Hesabatlar dövlət tərəfindən BMT Baş Katibinə təqdim edilir və o da öz növbəsində məlumatı baxılmaq üçün Komitəyə yönəldir. Paktin 40 –cı maddəsinin 3-cü hissəsinə görə Baş Katib Komitə ilə məsləhətləşmədən sonra hesabatın nüsxələrini BMT –nin səlahiyyətli ixtisaslaşdırılmış qurumlarına göndərə bilər. Belə bir hal hesabatın daha çevik və obyektiv qiymətləndirilməsi məqsədi daşıyır.