XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 20:37

“ZOOM” KƏŞFİYYAT ORQANLARININ MÜDAXİLƏSİNƏ MƏRUZ QALIR:buna baxmayaraq, proqramdan istifadə edənlərin sayı sürətlə artır

Yaman Törüner

“Milliyet” qəzeti, 27 aprel 2020-ci il

 

Koronavirus pandemiyası səbəbiylə dünyanın dörd bir hissəsində insanlar evlərindən bayıra çıxa bilmirlər. Şərait belə olduqda,  insanlar “Zoom”, “ WhatsApp”, “HouseParty”,  “Slack”,  “CiscoWebex”, “MicrosoftTeams”,  “Jitsi” kimi xəbərləşmə proqramlarından istifadə edərək, bir-birləri ilə əlaqə saxlayırlar.

Bunların arasında ən populyarı olan “Zoom” 2019-cu ilin aprel ayında Nasdaqda (NASDAQ bazar kapitalizasiyasının həcminə görə dünyanın ikinci iri elektron fond birjasıdır) xalqın istifadəsinə verilib.

Proqram birjaya açıldıqdan sonrakı 3 ay içində 20.8% mənfəət qazanaraq, ABŞ-da 500 ən böyük hissə arasında ən sürətlə yüksələn 3-cü hissə olub.

“Zoom” istifadəçilərinin sayı hər keçən gün daha da artır. 2019-cu ilin dekabr ayında 10 milyon istifadəçisi olan proqramın indi 200 milyona yaxın istifadəçisi var. “Zoom” hissələri 2020-ci ilin mart ayının sonunadək 72% qazanc əldə etmişdi.

Onlayn təhsil sistemlərinin bir çoxunda “Zoom” proqramı aktiv istifadə olunur.  Ad günləri, cənazə mərasimləri, psixoloq seansları, tanışlıq xidmətləri də “Zoom”dan istifadə etməyə başlayıb.

“Facebook”, “Twitter”,  “AT&T” kimi virtual sosial şəbəkələri böyüməkdə çətinlik çəkərkən, “Zoom” hər keçən gün yeni bir istifadəçi rekordu ilə sosial həyatımızın bir parçası olur. 100 nəfərin bir yerdə 40 dəqiqə videogörüntülü görüşü ödənişsiz olan bu proqram ayda cəmi 20 dollar xərclə 1000 nəfərə eyni anda xidmət göstərə bilir.

Saxtakarlar iş başında

2020-ci ilin mart ayının sonuna doğru “Zoom” kompüter  proqramlarında saxtakarlıqla məşğul olan dələduz şəbəkələrin hücumuna məruz qaldı. Hətta proqram sisteminin tamamilə çökdüyü anlar oldu. Portala reklam verən şirkətlərin, üzvlərin bir-birləri arasında keçən şəxsi görüşlərə belə, müdaxilə edə bildilər. Çin rəhbərliyinin bu proqramda keçən qrupdaxili görüşləri dinləyə bildikləri iddiası da yayıldı. Nəticədə, Nyu-York təhsil idarələri də daxil olmaqla, bir çox qurum və şəxslər “Zoom”u tərk etməyə başladılar.

Bu problemin qarşısının alınması və proqramda keçən söhbətlərin məxfiliyinin qorunması üçün şirkət rəhbərliyi “Zoom” istifadəçilərindən xüsusi kod (password) tələb etməyə başladı. Artıq xaricdən proqramdaxili görüşlərə müdaxilə etmək mümkün olmur. Hətta bununla bağlı şəffaf hesabat sənədləri də hazırlanıb. Baş verən bütün bu problemlərə rəğmən, “Zoom”un bu ili 905 milyon dollar qazancla başa vurması gözlənilir.

Kəşfiyyat orqanlarının proqrama olan xüsusi marağı

ABŞ-ın kəşfiyyat mərkəzləri Çin, Şimali Koreya, Rusiya və İran xüsusi xidmət orqanlarının bütün sosial şəbəkələrə müdaxilə etdiyini və keçirilən videokonfransları izləyə bildiklərini iddia edirlər. Bu, o deməkdir ki, elə ABŞ casuslarının özləri də bu proqrama müdaxilə edə bilirlər.

“Facebook” tərəfindən idarə olunan “WhatsApp” görüşmələri qarşılıqlı şifrələmə vasitəsilə kənardan izlənmələrin qarşısını alır. “HouseParty” reklamların çoxluğu ilə artıq müzakirə mövzusuna çevrilib. “MicrosoftTeams” isə daha çox “Microsoft Office” istifadəçiləri üçün hazırlanıb. Daha az bilinən proqram vasitələrindən biri olan “Jitsi”nin  çox ciddi təhlükəsizliyə malik olduğu barədə fikirlər söylənilir. ”Jitsi Meet” isə bu günlərdə daha da populyarlaşmağa başlayır.

Tərcümə Strateq.az-ındır