XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2015 - 14:48

Planetin qızıl adamları: Qızıldərililər – Araşdırma

hindu-1.jpg

Sonuncu çay quruduğunda, sonuncu ağac yox olduğunda, sonuncu balıq öldüyündə; ağ adam pulun qalib olmadığını anlayacaq”.

Qızıldərili Amerika qitəsinin yerli əhalisinə verilmiş ümumi addır. Xristofor Kolumbun rəhbərliyi ilə 1492-ci ildə ilk dəfə bura gələn ispanlar, üzlərinə qırmızı rəng çəkən yerli əhalini görüncə onlara “Qızıl hindlər” (Red Indians) adını verdi. İspanlar bu yerin Hindistan olduğunu zənn etmişdilər. Beləcə, sonralar Amerikanın yerli əhalisi dünyada Qızıldərililər olaraq tanındı.

Qızıldərililərin Amerika qitəsinə Berinq boğazından keçməklə 12-14 (bəzi qaynaqlarda 20-25) min il öncə Asiyadan gəldikləri deyilir. Qızıldərililər özləri isə bu versiyanı qəbul etmirlər. Onlar bu yerləri özlərinin əzəli yurdları sayır və buraya gəlmə olmaları ilə bağlı iddiaları yanlış hesab edirlər.

hindu-3.jpg

İmperialist güclər tərəfindən böyük qismi soyqırıma və assimilyasiyaya məruz qalsa da, Peruda 13 milyon, Meksikada 10 milyon, Kanadada 1 milyon, Boliviyada 6 milyon, Amerika Birləşmiş Ştatlarında 2,5 milyon, Braziliyada 700 min və digər ölkələrdə ümumi sayı 50 milyona yaxın Qızıldərili soyundan olan insan yaşayır.

Bir zamanlar Asiyadan getdikləri və türk kökənli olduğu iddia edilən Qızıldərililərin dilində xeyli sayda türk sözü var. Həmin sözlər Azərbaycan dilində ümumişlək olan və ya asanlıqla anlaşılan sözlərdi. Məsələn:

Qızıldərili ləhcələrində

Azərbaycan dilində

Tepek

Təpə

Yatkı

Ev, yatılan yer

Dodohişça

Dodaq

Tsün

Uzun

Yu

Su, yumaq, yaxalamaq

Lıık

Vətən, El

Tete

Dədə

Tamazkal

Hamam, təmiz qal

Hogan

Kərpic ev, Hopan

Kuşa

Quş

Missigi

Qarğıdalı (Məkə)

Türe

Törə

Hu

Salam, Günaydın

Yanunda

Yanında

Aş-köz

Yemək

İldiş

Dişləmə

Atışka

Atəş

Kiçik

Kiçik

çıran

İlan

çakira

çaxır

Yaşıl

Yaşıl

Atağ

Ata

Yokut

Yakut

Kayak

Qayıq

Kan

Xaqan

İt

İt, köpək

Köç

Köç

Kün

Gün

Paku

Bax

Kaşa

Qış

Kuli

Kül

Kalı

Qalın

Tavğa (Tawga)

Dağ

Takhıla

Taxıl

As

Az

hindu-4.jpg

Qızıldərili adı Amerika qitəsində yaşayan Utə, Fox, Sauk, Hopi, Apaçe, Siyu, Lumbe, çeroke və digər boylara verilmiş ümumi addır. Qızıldərililərin özünəməxsus inancları, törələri və folkloru vardır. özəlliklə, onların atalar sözləri daşıdığı enerjiyə və məna yükünə görə diqqət çəkəndir. Bu atalar sözləri dünyada vəhşi və geriqalmış obrazı yaradılmış Qızıldərililərin əslində çox yüksək ruha, dərin düşüncəyə və zəngin kültürə malik olmasını bəlli edir. Yəqin ki, dünyada “Düşmənimi cəsur və qüvvətli et, Tanrım! Əyər onu məğlub eləsəm utanc içrə olmayım” deyə biləcək ikinci bir toplum yoxdur. Onların deyimlərində bəzən elə sözlərə rastlanır ki, o sözlər təkcə bir fərdin deyil, bütövlükdə bir toplumun qurtuluş və əbədiyaşarlıq formulu ola biləcək enerjiyə qadirdir. Bu atalar sözləri ilə tanış olanda görürük ki, Qızıldərili özünü varlığın, Tanrının yaratdığı bütünün bir parçası olaraq görür və inanır ki, təbiətdə bir ağac kəsilirsə, bir insan öldürülürsə, yaradılışın harmoniyası pozulmuş olur. Bəzi deyimləri isə sadəcə olaraq, dünyanı idarə edən güclərə müdrikcəsinə edilmiş xəbərdarlıqdır, uyarıdır. Qızıldərili boylarının deyimlərindən bəzi seçmələrə birlikdə diqqət edək:

Utə boyu:

-Eşqi tanısan Tanrını da tanıyarsan.

Fox boyu:

-Ovlayanda ən zəif sığını ovla, sağlam olanlar yeni nəsli davam etdirsin.

-Başqasının qəbahəti haqqında danışmazdan öncə, öz çarığının içinə bax.

Sauk boyu:

-Bir düşmən çox, yüz dost azdır.

Hopi boyu:

-Bir kərə “al bunu” demək, iki kərə “mən verəcəm” deməkdən yaxşıdır.

-Ağacı lazım olduğundan artıq kəssən, bütün meşə göz yaşı tökər, bu da bizim qəlbimizi yaralar.

Vovoka boyu:

-Cavab verməmək də bir cavabdır.

Hopi boyu:

-Doğan hə
r şey dişidir. Qadınların əzəldən bəri bildiyi kainatın tarazlığını kişilər də anlamağa başlayanda, dünya daha gözəl olmağa doğru dəyişməyə başlayacaq.

Mohavk boyu:

-Dayan və dinlə. Hər zaman danışan heç nə anlamaz.

-Dünyada hər şeyin bir səbəbi vardır. Hər bitki bir xəstəliyin müalicə olunması üçün böyüyüyr. Hər bir insan hansısa bir vəzifə (missiya) üçün yaradılmışdır.

-Düşmənimi cəsur və qüvvətli et, Tanrım! Əyər onu məğlub eləsəm utanc içrə olmayım.

Apaçe boyu:

-Əyər bir ölkədə kölgələrin boyu insanların boyunu keçdisə, o ölkədə Günəş batır – deməkdir.

-Əyər hər kəs bir başqası üçün bir şey edərsə, dünyada ehtiyac içində olan kimsə qalmaz. Sadəcə, bir şəxsə yardım et. İndiki üsul bu deyil, ama insanlar bu yolu öyrənəcəklər.

-Əyər soruşsanız: Səssizlik nədir? Cavab verərik: O, Böyük Ruhun səsidir. Yenə soruşsanız: Səssizliyin meyvələri nələrdir? Cavab verərik: öz-özünü idarə etmək, gerçək cəsarət, səbr və sayğı.

-Gözdə yaş yoxdursa, ruh göy qurşağına sahib ola bilməz.

-Gözün ilə deyil, ürəyinlə hökm ver.

-Günümzdə insanlar bilgini aradı, hikməti aramadı. Halbuki, bilgi keçmişdir, hikmət isə gələcək.

Lumbe boyu:

-Heyvanlar olmadan insanlar nədir ki? Əyər bütün heyvanlar yox olub gedərlərsə, insan oğlu böyük ruh yalnızlığı içində ölər. Heyvanlara nə olursa, eyni şey insanlara da olur. Varlıqda hər şey bir-birinə bağlıdır. Yer üzünün başına gələn, yerdə yaşayan uşaqların da başına gələcəkdir.

-Baharda asta-asta yeri, bu zaman torpaq ana hamilə olur…

-İnsan iki ruhludur. İnsanın içində yaxşı və pis savaşda olar. İnsan hansını daha çox bəsləsə, o da qalib olar.

-İnsan təbiətdən uzaqlaşdıqca qəlbi qatılaşar.

-İnsanın gözləri elə kəlmələrlə danışar ki, dil onları ifadə edə bilməz.

-Qartalı öldürən öz tükündən hazırlanmış oxdur.

-Əxlaqsız təklifi qəbul etməkdənsə, uduzmağı üstün tut. çünki birinin acısı bir an, digərinki bir ömür davam edər.

çeroke boyu:

-Qonşunun haqqında hökm verməzdən öncə, iki ay onun ayaqqabıları ilə yeri.

çeyenne boyu:

-Nemət də, sıxıntı da Tanrının əlindədir. Bəzən onun sıxıntısı nemətindən daha çox ağıllandırır.

-ölülər bilgilərini və güclərini özləri ilə aparmaz, geridə qalanların həyatına əlavə edər.

Hopi boyu:

-Sənin vicdanın səndən başqasını təmsil edə bilməz.

-Sonuncu çay quruduğunda, sonuncu ağac yox olduğunda, sonuncu balıq öldüyündə; ağ adam pulun qalib olmadığını anlayacaq.

-Su kimi olmalıyıq; hər şeydən aşağıda, lakin qayadan belə qüvvətli.

Siyu boyu:

-Unutmayın! Uşaqlarınız sizin deyil. Onları Tanrıdan ödünc (müvəqqəti, geri qaytarılmaq şərti ilə verilmiş) olaraq aldınız.

Mohavk boyu:

-Ulu Ruhun kəlmələri meşədəki yarpaqlar kimi saralıb düşməz; şam yarpağı kimi hər zaman yaşıl qalar.

-üç cür barış var: birinci barış insanın ruhunda olan ən önəmli barışdır. İnsan kainatla və kainatın bütün gücləri ilə olan əlaqəsini, bərabərliyini fərq etdiyində, varlığın mərkəzində Tanrının olduğunu və bu mərkəzin hər yerdə, hər birimizin içində olduğunun fərqində olduğunda birinci barış var olur. Bu, gerçək barışdır və digərləri bu barışın əksidir. İkinci barış, iki fərd arasında olan barışdır. üçüncü barış isə iki millət arasında olan barışdır. Lakin gerçək barış olan birinci barış yoxdursa, nə fərdlər, nə də millətlər arasında barış ola bilir.

-Yağış yaxşıların də üzərinə yağar, pislərin də…

-Yanlışı görüb, qarşısını almağa çalışmayan, yanlış edən qədər suçludur.

-Etməyimiz gərək olan şey: hər şeyi əski sadəliyinə döndərməkdir. Beləsə, pozulan düzənimiz yenidən qurulacaq.

-Yer üzü bizə atalarımızdan miras qalmadı, uşaqlarımızdan ödünc aldıq.

-Bir insanı kiçik görmək ağılsızlıq, çox böyük görmək isə qorxaqlıqdır.

hindu-2.jpg

Namiq Hacıheydərli