XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 14:18

Marsda pomidor-xiyar əkmək mümkündür:Sınaqlar subut edir –Elmi araşdırma

mars

 

Ceyson Deyli

Smithsonian (ABŞ)

14.03.2016

 

Yeni sınaqlar göstərir ki, bəzi əlavələr etməklə Mars torpağı tamamilə məhsuldar ola bilər.

Hollandiyada bu yaxınlarda keçirilmiş sınaqlar sübut edir ki, Mars torpağı bəzi yerlərdə cüzi dəyişikliklərlə məhsul yetişdirmək üçün tamamilə yararlı çıxa bilər.

Press-relizin məlumatına görə, Vaheningen universiteteində Viger Vamelinkin başçılığı ilə tədqiqatçılar qrupu NASA-nın təklif etdiyi torpaqda on cür kənd təsərrüfatı bitkisi yetişdirib. Bu torpaq bizim Ayın  və Marsın səthini imitasiya etməliydi – yalançı Mars palçığı Havaydakı vulkanuik süxurdan götürülüb, Ay torpağının əvəzi isə Arizona səhrasında tapılıb. Bu qrup kosmik torpağın analoqunu istifadə edib pomidor daxil olmaqla noxud, rukkola, qırmızı turp, çovdar, kress-salat, soğan, kəvər və ispanaq yetişdirib.

Vamelinkin qrupu əvvəllər sübut edib ki, 14 kənd təsərrüfatı bitkisini bu cür süni torpaqda yetişdirmək mümkündür. Bu haqda International Business Times onlayn nəşrdə Diviya Avasti məlumat verir. Lakin Vamelink son sınaqda altlığa doğranmış bitki və üzvü kübrə əlavə etməklə bitkilərə stimul verdi.

Bundan başqa, qrup üzvləri bitkiləri şüşədən hazırlanmış və nəzarət edilən işıq, rütubət və istilik şəraiti ilə istixanada yetişdiriblər. Çünki Marsda ilk bitkilər, çox güman ki, yeraltı tikililərdə yetişdiriləcək. Vamelink Mars One layihəsi təmsilçiləri ilə söhbətində qeyd edib: “Hələlik yerüstü qapalı tikililərdən faydalanmaq imkanlarına inanmıram. Bu gün tağlı konstruksiyalar quraşdırmaqdan ötrü yetərincə etibarlı və incə material yoxdur ki, kosmik radiasiyanı buraxmasın və görünən işığın içəriyə sızmağına imkan versin”.

İmitasiyalı Ay torpağında yetişdirilmiş bitkilər hələlik adi dibçəklərdə əldə edilən nəzarətli məhsul biokütləsinin cəmi yarısnı verib, halbuki süni Mars torpağı adi yer şəraitindəki qədər məhsul verir.

Vamelink press-relizdə qeyd edir: “Bu bizim üçün əsil sürpriz oldu. Bu ondan xəbər verir ki, Mars torpağı düzgün hazırlansa və nəmləndirilsə, onun böyük potensialı var”.

Lakin salat doğrayanı götürməyə tələsməyin. CNET veb-saytı xəbər verir ki, bu bitkilərin əksəriyyəti yeməli görünsə də, hər şeyə görə fikir yürüdülsə, tərkibində ağır metallar var. Bu torpaqlarda, həmçinin Marsın səthində qurğuşun, arsen və civə var və bu cür şəraitdə yetişdirilmiş məhsul zəhərli ola bilər.

Bax, Valeminkin, gözlənildiyi kimi, apreldə başlanacaq  növbəti eksperimenti Mars pomidoru və başqa bitkilərin istehlak üçün təhlükəli olub-olmayacağına fokuslaşacaq – kraufandinq şirkətləri bu layihəni qismən dəstəkləyir. Qrup iştirakçıları bu dəfə artıq seçilmiş bitkilərə kartof və maş əlavə edəcəklər. Məhsul yeməli çıxsa, tədqiqatçılar bəzi sponsorlar üçün protomars ziyafəti təşkil etməyi planalaşdırırlar.

 

Tərcümə Strateq.az-ındır.