XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 06:46

Azərbaycanda hansı hadisələrə görə matəm elan olunub?

Azərbaycanda hansı hadisələrə görə matəm elan olunub?

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri ölkədə səkkiz dəfə rəsmən matəm elan olunub.

İlk matəm 1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət və hökumət adamlarını daşıyan vertolyotun Dağlıq Qarabağ ərazisində vurulması ilə bağlı elan edilib. Həmin hadisədə 20-dən çox adam həlak olub.
İkinci matəm 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən qırğınla bağlıdır. Xocalıda erməni silahlı dəstələri və Rusiya ordusunun 366-cı motoatıcı alayı 613 nəfəri, o cümlədən 106 qadın, 83 uşaq, 70 qocanı öldürüb.
üçüncü matəmə 1994-cü il martın 19-da Bakı metrosunun “20 Yanvar” stansiyasında baş verən terror aktı səbəb olub. Bu terror 14 nəfərin həyatına son qoyub.
Dördüncü matəm də yenə 1994-cü ildə və yenə Bakı metrosunda törədilən terrora görə elan edilib. 1994-cü il iyulun 3-də “Gənclik” stansiyasında partlayışda 13 nəfər həlak olub.
Beşinci matəm də Bakı metrosunda baş verən hadisə ilə bağlıdır. 1995-ci il oktyabrın 28-də metronun “Nərimanov” və “Ulduz” stansiyaları arasında, rəsmi məlumata görə, qəza baş verib. Hadisədə 300-ə qədər adam həlak olub.
Altıncı matəm 1995-ci il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasından Bakıya uçan təyyarə qəzaya uğrayarkən elan edilib. Həmin qəzada təyyarədə olan 81 sərnişindən 11 nəfəri həlak olub.
Yeddinci matəmə 2002-ci il oktyabrın 22-də Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-2” bərəsinin batması səbəb olub. Bu qəza 42 nəfər həyatına son qoyub.
Səkkizinci matəm Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin vəfatı ilə bağlı olub. Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. O zaman müasir Azərbaycan tarixində ən uzunmüddətli – 7 günlük matəm elan edilib.