XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2020 - 14:54

Tural İsmayılov yazır:"İntellektual çöküş erməni ideoloji boşluğunun lokomotivi rolunda"

Tural İSMAYILOV

STM-in baş məsləhətçisi, politoloq

 

İntellektuallıq toplumların cəmiyyət olaraq inkişafına rəvac verən ən ğnəmli baza prinsiplərindən hesab olunur. Sevdiyim filosoflardan Rene Dekart intellektuallığı güc və enerji hesab edirdi. Eləcə də idealist ekzistensizlizmin görkəmli nümayəndəsi Martin Haydegger intellektual mühitlərin çoxluğunun xalqın dünyada özünə yer tapması yolunda ən əsas vasitələrdən hesab edirdi. İntellektualizm fəlsəfəsi özlüyündə çoxlu hərəki qüvvələrin əsas qayəsi hesab olunur. Bunu belə izah edə bilərik ki, intellktuallıq dövlət idarəçiliyinin mühüm komponentidir: burada idarəetmə, siyasət, iqtisadiyyat, məntiq, dünyagörüş zənginliyi və sair fraqmentlər mühüm əhəmiyyətə malikdir.

İntellektualların əsas qayəsi cəmiyyətləri işıqlandırmaq, dövlətlərin idarəçiliyində doğru meyarları hazırlamaq, ölkələrini və millətlərini fikir inkişafına daxil etməkdir. Bu baxımdan bir çox düşüncə adamı intellektuallığı təsnifləndirməkdən belə çəkinmir. Məsələn, postmodernist filosof Bodriyar qeyd edirdi ki, intellektuallıq peşəkarlıq demək deyil. Bir insan hansısa bir sahədə kifayət qədər biliyə malik olsa da, praktiki olaraq eyni dərəcədə bacarıqsız və qabiliyyətsiz ola bilir. Hələ əsrlər öncə hedonist yunan filosofları də hərəkəti düşünməyin özü qədər mühüm dəyərləndirirdilər. Türkiyəli fikir adamı Ali Metin bu baxımdan gözəl bölgü aparır, o qeyd edir ki, intellektuallar təkcə milli deyil, həm də bəşəri səviyyədə məsuliyyət şüuruna malik olmalıdırlar. O yazır ki, intellektuallar keçmişdə baş verənlərdən fərqli olaraq imtiyazlı sinif üzvləri olmağı dayandırdılar. İntellektualın öz bilik və zəkasını öz maraqları üçün güdməsi, peşəkar treyderə, bürokrata, “peşəkar intellektual” adı altında siyasətə çevrilməsi zəruri izah edilə bilməz. İntellektuallığın məkrli məqsədlər üçün istismarı qəbuledilməz məsələdir. Həqiqət uğrunda mübarizə həm varlığın, həm də intellektin mövcudluğunun şərtidir. İntellektualın həqiqətə olan vəfasızlığı onu yalançı etmir, həm də mənsub olduğu xalqı böyük bəlalarla üz-üzə qoyur. Əgər o, peşəkar işinə görə loyallığına kölgə salsa, bu, cəmiyyət tərəfindən bağışlana bilməz. Ziyalının ən böyük iddiası varlığın səbəbi olan həqiqəti axtarmaq və deməkdən ibarətdir; bunun üçün o, özünü inkar edən hər hansı bir iştirakı rədd etməlidir. İntellektual məsuliyyət belə bir əxlaq tələb edir.

Klassik olaraq “intellektual” fransız terminoloji məhsuludur. Bu sözün gündəlik ingilis dilində müəyyən bir insanı və ya müəyyən bir işlə məşğul olan bir insanı təmsil edən bir ad olaraq istifadə edilməsi XIX əsrin əvvəlindən başlayır. Marks da bu sözün mənfi əhəmiyyətini münaqişə edən siyasi əqidələrdən çıxış edib.

Bu vəziyyəti Soyuq Müharibə daha da gücləndirmişdir, burada “intellektual” və “ideologiya” “marksizm” və “partiya””bütövlüyü” ilə bağlı idi. Filosofa münasibətdə onun təfəkkürü bu genişmiqyaslı antiintellektal cərəyan, həmçinin fəlsəfə üçün xarakterik olan intellektual funksiyanın müstəqil anlaşılması (bəlkə də, onun abstraksiyasından qaynaqlanan qeyri-müəyyənlik bu hissinin hüdudlarından kənarda olmağı) ilə bağlı idi. Digər tərəfdən, Almaniyada vəziyyət fərqlidir. Fəlsəfənin istər milliyyətçiliklə, istərsə də dövlətlə —Fixtenin diskursundan Hegelin “ruhun fenomenologiyası”na qədər uzun bir yol qət etməyi də bəzi tədqiqatçılara əsas verirdi ki, onlar intellektuallığı həm də neqativliklərin mənbəyi kimi görsünlər. Aydınlar: dünyanı izləyən və hadisələri konsepsiyalarla və tarixi inkişaflarla birlikdə ümumbəşəri mənada şərh edən və dünya tərəfindən izlənilən insanlardır. Aydınlar: Yalnızca dünyada deyil, yerləşdikləri bölgədəki inkişafları izləyən, çıxış yolu təklif edən insanlardır.

Bizim coğrafiyamız özününz intellektual zənginlikləri ilə dünyanın fəlsəfi, elmi, mədəni irsinə böyük töhfələr verən intellektualları ilə tanınıb. Bu gün Azərbaycanın regional güc mərkəzində olması ölkə başçısının intellektual bacarıqlarının və siyasi bilgilərinin yüksək olmağı ilə şərtlənir. Bütün bunların fonunda beyni ideoloji zəhərlərin ən kəskini ilə zəhərlənən Ermənistanın dövlət siyasəti və tədris kursu daim zərərli faşist düşüncələrlə korlanıb. Yazıçı Fərid Nəsibzadə qeyd edir ki, Qarabağ ərazisində antiterror  əməliyyatları başlayandan diplomatik müstəviylə yanaşı, daha bir müstəvi də işə düşdü. Diskussiyalar zamanı demək olar ki, ermənilərdə hələ 1896-cı ildə alman psixiatrı Krepelinin “erməni şizofreniyası” adlı patogen müşahidə olunur. Belə ki, Krepelinin qeydlərinə görə, bu xəstəlik ağıl azlığıyla müşahidə olunan bu xəstəliyi məntiqsiz sayıqlamalarla yanaşı, kəsmək, doğramaq, boğmaq və öldürmək istəkləri müşayiət edir. Erməni istifadəçilər də virtual məkan üzərindən xüsusən də təkzib edilməyəcək faktlar qarşısında, həmin faktları tamamən iqnor edərək, izafi aqressiya göstərir, söhbəti tamamən başqa mövzuya yönəldir və “gedin tarixi öyrənin” replikalarıyla mübahisəni bitirməyə çalışırlar. İntellektual istifadəçiləri isə, daha ağıllı davranaraq, faktlarla manipulyasiya etməyə çalışır.

«Region Plus» rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun tamamilə SSRİ dövlət təhlükəsizlik orqanlarının məxfi sənədlərinə əsaslanan silsilə məqalələrini yayırdı. Görünən odur ki, bu orqanlar Cənubi Qafqazda tarixən Rusiya dövlətçiliyinə (imperiya, bolşevizm və sovetlər) kimi əsas və davamlı düşmən olduğunu hər zaman bilib. 

2016-cı ilin ikinci yarısında və bütünlükdə 2017-ci ildə dünyanın ən müxtəlif ölkələrinin rusdilli mətbuatında, həmçinin digər KİV-də İrəvanın mərkəzi meydanlarından birində erməni millətçiliyinin əsas ideoloqu olmuş Qaregin Njdeyə (Ter-Arutunyan) abidə ucaldığı mövzusu geniş müzakirələrə səbəb olmuşdu.

Bu müzakirələr informasiya məkanını iki cəbhəyə bölmüşdü. Ermənistan mətbuatı Njdeni erməni xalqının milli qəhrəmanı, Ermənistanın dövlətçilik ideologiyasının banisi, Rusiya, Azərbaycan, Özbəkistan və digər postsovet ölkələrinin KİV-i isə faşist adlandırır, Hitlerin əlaltısı olmuş şəxsin Ermənistanda qəhrəmanlaşdırılmasına qarşı çıxırdı. Bununla yanaşı, Moskva və Avropanın bir çox paytaxtları, həmçinin Amerika baş verənləri rəsmi olaraq «Ermənistanın daxili işi» kimi qiymətləndirirdi.

Bu gün abidəsi Ermənistan hökumətinin binası qarşısında ucaldılmış Qaregin Njde tarixdə dinc müsəlman əhalinin kütləvi qətliamı ilə iz qoyub: 1-ci və 2-ci Balkan müharibələri zamanı (1912-1913) Bolqarıstan ordusunun sıralarında Frakiyanın müsəlman əhalisinə, Birinci Dünya müharibəsi zamanı rusların Qafqaz cəbhəsində Osmanlı imperiyasının vətəndaşlarına (1914-1918), daşnakların Ermənistan Respublikasına məxsus qüvvələrin tərkibində Azərbaycan və Şimali İranın dinc əhalisinə (1918-1920) qarşı və s. O, Tseqakron nəzəriyyəsinin banisi kimi də xatırlanır. Məhz bu üzdən İrəvanda Njdeyə abidə ucaldılmasının faşizmin qəhrəmanlaşdırılması olub-olmadığına dair diskussiyalar meydana çıxmışdı. Ədalət naminə qeyd etmək lazımdır ki, bu mövzuda debatlar hələ 2004-cü ildə, bu yaxınlaradək Ermənistanda hakim olmuş Respublika Partiyasının «Qaregin Njde və onun təlimləri» adlı broşür buraxdığı zaman başlamışdı. Üzərində Respublika Partiyasının emblemi olan broşürdə Njdenin nəzəriyyəsinin məğzi izah olunur, üstəlik, o, ölkənin rəsmi dövlət ideologiyası kimi göstərilirdi. Başqa sözlə, Njdenin abidəsi Ermənistanın siyasi isteblişmenti tərəfindən erməni xalqının şüuruna Tseqakron postulatlarının yeridilməsi istiqamətində 15 il davam etmiş prosesin məntiqi nəticəsi, bu ideologiyanın qələbəsinin aşkar sübutu idi.

Bu nəzəriyyənin əsas mahiyyəti «Vikipediya»dakı eyniadlı məqalədə ətraflı izah olunur. Orada bildirilir ki, «bu milli ideologiyaya əsasən, şəxslər üçün ən yüksək dəyər onun xalqıdır və insan bu xalqdan kənar mövcud ola bilməz. Tseqakronizmin hədəfi bütün erməni xalqının vahid Ermənistan adlı tarixi vətənində bir araya gətirilməsidir». Tseqakron nəzəriyyəsi yaradıcısı tərəfindən fəlsəfi traktat və ya hər hansı başqa konseptual nəşr halına salınmayıb. O, silsilə məqalələr şəklindədir. Yuxarıda qeyd etdiyimiz «Qaregin Njde və onun təlimləri» broşürünün anonim müəllifi yazır ki, bu nəzəriyyə italyan faşizmi, alman nasizmi və yəhudi sionizmi ilə qarışdırılmamalıdır. O, xüsusi olaraq erməni xalqı üçün yaradılmış müstəqil intellektual məhsuldur.

Bu ideologiyanın Ermənistan ictimaiyyətində yaşamaqda olduğunu hazırda «Vikipediya»da yer alan daha bir məqalə təsdiqləyir («Armenoid tipi»). Məqalədə bildirilir ki, ermənilər artıq semit qruplarına aid xalqlardan biri deyil, az qala ayrıca irqdir və onun kökləri minilliklərlə keçmişə gedib çıxır («armenoid»lər haqda ilk dəfə 1933-cü ildə fransalı antropoloq J.Mantodon danışıb. Bu, məhz Njdenin öz Tseqakron nəzəriyyəsini yaratmağa başladığı dövrdür).

Njdenin «yetişməkdə olan erməni nəsli»ni «Hitler kimi olmağa» çağırması o dövr üçün kifayət qədər simptomatik sayıla bilər. O zaman hələ məşhur «Büllur gecə» – Almaniyada yəhudilərə qarşı 1938-ci ilin kütləvi talanları baş verməmiş, Auşvis-Birkenau «ölüm fabriki»nin qaz kameraları, krematorii sobaları cəhənnəm fəaliyyətinə başlamamışdı. Lakin «yəhudi məsələsinin birdəfəlik həlli» nəzəriyyəsi hazırlanaraq elan olunmuş, SS unterşturmfüreri baron Leopold İs Edlar fon Mildenşayn Baş İdarənin strukturunda ayrıca «yəhudilər» şöbəsini yaratmış, Otto Adolf Eyxman isə artıq Teodor Qerselin «Yəhudi dövlətçiliyi» kitabına resenziya yazaraq, «reyxin düşməni» olan yəhudilərin kütləvi şəkildə məhvini tövsiyə etmişdi. Başqa sözlə, Njde davamçılarını türklərə və ümumilikdə müsəlmanlara qarşı tezliklə hitlerçilərin əvvəlcə Almaniyada, daha sonra isə Avropanın bütün işğal olunmuş ölkələrində yəhudilərə qarşı davranacağı kimi davranmağa səsləyirdi. Üstəlik, bu, şəxsən onun özü üçün yenilik deyildi. Njde 4 müharibədə bu işi «uğurla» görmüşdü.

Sadə dildə desək, erməni millətçiləri və «Daşnaksutyun» faşizmə sadiqliklərini aşkar bəyan edənədək, sovet dövlət təhlükəsizlik xidmətinin yerli orqanlarında bu ideologiyanın daşıyıcılarına loyal, hətta mərhəmətlə yanaşılıb. Yalnız onların alman millətçi-sosializminə tam uyğun olan «erməni xalqının ariliyi» haqda danışmağa başlamasından sonra partiya üzvlərinə qarşı planlı kütləvi repressiyalara hazırlıq başlayıb. Başqa sözlə, daşnaklar partiyanın XII qurultayınadək də eyni ideologiyanın daşıyıcısı olmalarına rəğmən, SSRİ-də diqqət çəkməyib. Aşkar şəkildə nasist ariliyi mövqeyinə keçər-keçməz isə dərhal nəinki maraq obyektinə çevrilib, həm də dövlət təhlükəsizlik orqanlarının ciddi müqavimətilə üzləşiblər.

Sovet Zaqafqaziyası respublikalarının dövlət təhlükəsizlik orqanları daşnakların uçotunu 3 meyar əsasında aparırdı: 1) Partiya üzvü; 2) «1921-ci ilin daşnak avantürası»nın iştirakçısı (söhbət ermənilərin Sovet İttifaqına qarşı 1921-ci ilin yazında daşnak Ermənistanının son baş naziri, respublikanı əvvəlcə Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə təslim etmiş Simon Vrasyanın başçılığı ilə qaldırdıqları qiyamdan gedir); 3) Rəğbət bəsləyənlər.

Bu gün isə İrəvanda onun abidəsi ucalır. Bu, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması deyilsə, bəs, nədir? Faşistlərlə dostluq istənilən halda əxlaq qaydalarına ziddir və ona heç bir siyasi məqam haqq qazandıra bilməz. Necə deyərlər, «dostunu göstər, kim olduğunu deyim».

Tarixin bütün dövrlərində ermənilərin özünə ziyalı deyən simaları zərərli fikirləri xalqa aşılayaraq daha sonra bu fikirlər üzərindən manipulyasiyalar etməyə başlayıb. Belə ki, əvvəlcə qəsbə, işğala, terrora rəvac verən erməni intellektuallar daha sonra günah keçisi axtarışına başlayıb. Elə buna görə də bu günlərdə Ermənistanın paytaxtı İrəvanda ziyalılar etiraz aksiyası keçirir. Şarl Aznavur meydanına toplaşanlar əsir və itkin düşən erməni hərbçilərin ailələrinə dəstək ifadə ediblər. Xatırladaq ki, daha əvvəl “Erməni cəngavəri” təhsil-pedaqoji fondunun direktoru Karin Tonoyan əsir və itkin düşən əsgərlərin valideynlərinə dəstək olmaq, onların məsələlərinin düzgün həll olunmasını tələb etmək üçün aksiya keçirəcəklərini bildirmişdi. Etirazçılar, həmçinin əsgərlərin sağlamlıq vəziyyəti, psixoloji durumu, çağırışçıların xidmət şərtləri ilə əlaqəli problemlərin həllini tələb edirlər. Ölkədəki yarıtmaz durumun siyasi təməlləriylə yanaşı fəlsəfi əsaslarını hazırlayan erməni ziyalısının bu çırpınışları özü elə böyük bir ikrah mənbəyidir.

Erməni rejissor Mher Mkrtçyan, prodüser Armen Qriqoryan və aktyor Hrant Toxatyan Ermənistan xalqına müraciət ediblər. Onlar Ermənistan hökumətini İkinci Qarabağ müharibəsində əsir və itkin düşən hərbçilərlə maraqlanmamaqda günahlandırıblar. “Məlum oldu ki, Ermənistanda hökumət yoxdur. Müharibədə itkin düşmüş və əsir götürülənlərin geri qaytarılması, habelə ölən əsgərlərin qalıqlarının dəfn edilməsi prosesi ilə koordinasiyalı və məsuliyyətlə məşğul olan səlahiyyətli dövlət qurumu yoxdur. Bu taleyüklü məsələnin həlli üçün hər dəqiqənin qiymətli olduğunu başa düşürük. Həm də dərk edirik ki, problemin həlli harada yaşamasından asılı olmayaraq hər bir ermənidən asılıdır”. İstənilən halda isə yenə eyni ritorik sual ortaya çıxır: işğalçılığı, qətli, terroru dövlət siyasətinin ideologiyasına çevirib sonra bəhanəni öz üzərinizdən atmağa çalışmaq utanc qaynağı deyil bəs nədir?

Erməni intellektuallarının ikiüzlü təbliğatları bu gün öz xalqlarını qaranlıq bir gələcəyin astanasına gətirib.

P.S. İndi erməni xalqı anlamalıdır ki, düşmən elə onların öz beyin adamları, siyasətçiləri və ağıllı zənn etdikləri “fikir adamlarıdır”.