XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 23:15

NAZARBAYEV AİLƏSİNİN XARİCDƏKİ MİLYARDLIQ SƏRVƏTİ- Lüks evlər, milyonluq villalar (FOTOLAR)

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ailə üzvləri son iyirmi ildə Avropa və ABŞ-da yüzmilyonlarla dollarlıq lüks evlərə sahib olublar. Bu dəbdəbəli evlər əsasən Manhattandakı göydələnlərdə, London ətrafında və İspaniyanın “Costa Brava” kurortu kimi, bahalı ərazilərdə yerləşir.

Nazarbayev ailəsinin dünyanın ən müxtəlif nöqtələrindəki mülklərini gündəmə “Azadlıq” radiosunun Qazaxıstan redaksiyası gətirib.
Araşdırmadan məlum olur ki, Nazarbayevin yaxın qohumlarının (iki qızı, nəvələri və qardaşı da daxil olmaqla) nəhəng bir daşınmaz əmlak şəbəkəsi var.

Bütün bu satınalmalar Nazarbayev ailəsinin dövlət vəzifələrində çalışan, enerji, bank və iqtisadiyyatın digər sahələrində səhmlərə sahib olan üzvlərinin nəhəng kapitalı sayəsində mümkün olub.

Beləliklə, 20 il ərzində Nazarbayev ailəsinin üzvləri dünyanın 6 ölkəsində 785 milyon dollar dəyərində əmlak alıblar. Bura o zamandan bu yana satılan bir neçə obyekt, o cümlədən ABŞ-da Nazarbayevin qardaşı Bolat Nazarbayev tərəfindən alınan milyonlarla dollar dəyərindəki mənzillər də daxildir.

Lakin araşdırmanı aparan jurnalistlər keçmiş prezidentin kürəkəni Timur Kulibayevin (Dinara Kulibayevanın əri) İspaniyadakı böyük əmlakının alış qiymətini öyrənə bilmədiklərindən, onu siyahıya daxil etməyiblər.

Nazarbayevin qohumları arasında adı mətbuatda ən çox hallandırılanlardan biri də Kulibayevdir. O, ailə əlaqələrindən istifadə etməklə neft və qaz sektorundan əldə etdiyi gəlirləri ilə uzun illər diqqət mərkəzində olub.

Dekabrın 2-də Britaniyanın “Financial Times” qəzeti Kulibayevin onmilyonlarla dollar əldə etməsinə imkan verən gizli gəlir sxemindən yazmışdı. Söhbət, Çinə qaz kəməri çəkilişi ilə bağlı müqavilələrdən əldə olunan gəlirdən gedirdi.

Kulibayevin vəkilləri “Financial Times”ın bu məlumatını təkzib etmişdilər.

Araşdırma yazısında Kulibayevlərin mülklərindən birinin Cenevrə gölündə yerləşdiyi bildirilir və malikanə belə təsvir olunur: “399 Route D’Hermance ünvanında 3200 kvadratmetrlik sahəsi, 25 metrlik kəpənək formalı pilləkəni olan bir malikanə var. Açıq-qapalı hovuz, spa, qonaq otaqları, teraslar… Bura ərazidəki ən bahalı evlərdən biridir. İsveçrənin rəsmi məlumatlarına görə, sahibi Nursultan Nazarbayevin qızı Dinara Kulibayevadır. Cütlük onu 2009-cu ildə 75 milyon dollara satın alıb. Dinara Kulibayeva Qazaxıstanın ən varlı adamlarındandır”.

Avenue Canyelles 2(B), Loret-de-Mar

 

 

Karlovı Varı, 1,4 milyon dollar (Timur Kulibayev)

 

ABŞ, 140 milyon dollar (Dariqa Nazarbayeva, Nurali Aliyev)

 

İngiltərə, 39,9 milyon dollar (Kayrat Boranbayev)

 

 

Nyu-York, 4,3 milyon dollar (Bolat Nazarbayev)

 

2 Margo Way, Alpine, Nyu-Cersi, 20 milyon dollar  (Daniyar Kesikbayev)

 

Plaza Hotel, кв. 1801, 768 Fifth Avenue, Nyu-York, 20,2 milyon dollar (Bolat Nazarbayev)

 

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə