XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 16:13

Bakı və Bakıətrafı göllərdə araşdırma – Alimlər tədqiqat aparıb

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti elmi seminarı keçirilib.

Strateq.az xəbər verir ki, şuranın rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan tədbirdə institutun Geoekologiya şöbəsinin mühəndisi İlqar Quliyev “Abşeron yarımadasının çirklənmiş göllərində mikroelementlərin paylanmasının geokimyəvi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Bu günlərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsində magistratura təhsilini başa vuraraq eyni mövzu üzrə dissertasiya işini müdafiə etməyə hazırlaşan gənc alim yarımadadakı göllərin əhəmiyyəti, ekoloji vəziyyəti, həmçinin çirklənmə səbəbləri və dərəcələrindən bəhs edib. Bildirib ki, burada göllərin əksəriyyəti duz, bron, yod, müalicəvi palçıq və digər tərkiblərlə zəngindir. Lakin ekoloji çirklənmələr bir çox halda bu təbii sərvətlərdən istifadəni məhdudlaşdırır.

Xocasən, Bülbülə, Kürdəxanı və Qırmızı göllər ölkə ərazisinin ən çirkli su hövzələrindəndir. Böyükşor isə hazırda dövlət səviyyəsində aparılan tədbirlər nəticəsində bu siyahıdan çıxmaq üzrədir. Abşeronda ən az çirklənən Masazır gölüdür.

İ.Quliyev çirklənmələrin əsas səbəblərini təbiət hadisələri, iqlim dəyişmələri, fauna və floranın təsiri, həmçinin antropogen amillə təsvir edib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.