XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 11:32

İslam tənəzzül edən Qərbə tələ hazırlayır – Araşdırma

Olland prezident seçkisini Fransa müsəlmanlarının sayəsində uddu

Demoqrafik məlumatlar yalan demir: Avropa intihar edir. Əhali sayının qorunması üçün hər qadının doğuş səviyyəsi 2,1 uşaq təşkil etməlidir. Bu gün Avropada bu göstərici 1,6, hətta Almaniya və İtaliya kimi ölkələrdə 1,2 uşaq təşkil edir. Demoqrafik problemin həlli üsullarından biri muhacirlərin gəlişidir. Mühacirlər İspaniya, Böyük Britaniya, Almaniya və Hollandiyada artıq 10%, Avstriyada isə 15%-dir.

Mühacirlərin əksəriyyətini müsəlman ölkələrindən çıxanlar təşkil edir. Onların çoxu vətəndə kasıblıq içində yaşayır və Avropa sistemli sosial təminata malik dövlətə köçmək onlar üçün olduqca cazibədar imkan kimi görünür. Milyonlarla müsəlman Asiya və Afrika ölkələrindən gəlib. Onları, əsasən, sosial-iqtisadi motivlər hərəkətə gətirib. Lakin sui-qəsd quraşdıran və bu mühacirlərin köməyi ilə Avropanı fəth etmək istəyən intellektual dairələrin və ilahiyyatçıların təmsilçiləri də var. Belə ki “Müsəlman qardaşlar”ın baş dini avtoriteti, müsəlman ölkələrində böyük nüfuza sahiblənmiş şeyx Yusuf əl-Karadaui zorakı üsullara əl atmadan otuz il müddətində ciddi şəkildə Avropanın fəthini planlaşdırır. Plan çox sadədir: mühacirlərə təsir etmək, gəncləri əsil İslam məcrasına qaytarmaq, böuyük siyasi partiyalara təsir etmək, həlledici vəzifələri tutmaq və müsəlmanların sayı yetərincə çoxalanda yekunda hakimiyyəti demokratik yolla götürmək.

Liviya Cəmahiriyyəsinin lideri Muammər Qəddafi bu barədə hələ 2006-ci ildə xəbərdarlıq edirdi. O, Avropaya gizli mühacir axını ilə mübarizədə Qərbi müdafiə edirdi, lakin Qərb ölkələri sonradan onu atdı və hazırda buna görə yüksək bədəl ödəyir.

Qeyri-leqal mühacirət Avropa üçün böyük problemə çevrilib və onun öhdəsindən gəlmək dedikcə çətindir. Avropa Birliyinin 28 dövləti aprelin 23-də mühacirlərə həsr edilmiş yığıncağa toplaşdı. Əlbəttə, heç bir gerçək qərar qəbul edilmədi. Xüsusən də İtaliyanın limandan çıxana qədər gəmini batrmaq təklifi rədd edildi.

“Müsəlman qardaşlar”ın strategiyası bəhrəsini verir. Avropa ölkələrindəki müsəlmanların dördüncü nəsli valideyn və babalarına nisbətən daha dindar olub. Böyük Britaniya müsəlmanlarının 40%-i yaşadığı bölgədə şəriət qanunlarının tətbiqini dəstəkləyir. 1989-cu ildə Fransada 25 yaşa qədər müsəlmanların 7%-i məcidə gedirdisə, bu gün onlar artıq 23%-dir. Fransa müsəlmanlarının 90%-i Ramazan ayında oruc tutur və halal məhsullar yeyir.

Fransa prezidenti Olland öz üzərində onların təsirini hiss etdi: ölkə müsəlmanlarının 85%-i ona səs verdi və prezident seçkilərində qələbəni təmin etməkdə ona kömək etdi.

Lakin Avropada müsəlmanların sayının artması ilə bu qitəni fəth etməyi nəzərdə tutan başqa qüvvələr də var. İŞİD eyni anda iki məqsəd güdür: Avropanı müsəlman mühacirlərinə qərq etmək və teraktlar törətməklə yerli əhalini qorxutmaq üçün Avropa Birliyi ölkələrinə döyüşçülər göndərmək. Aralıq dənizinin sahilindəki Sirt şəhərinin nəzarətə götürülməsi bu işin icrasını asanlaşdırır.

İŞİD Avropaya yarımmilyon mühacir göndəməyi və orada humanitar böhran yaratmağı planlaşdırır. Nəticədə Qərb etikada ilişib qalacq və problemin həlli üçün böyük vəsaitlər ayırmağa məcbur olacaq. Bu arada İŞİD mühacir kütləsinin içinə öz adamlarını yerləşdirə bilər.

Deyəsən, bu proqram həlledici mərhələyə keçib: İŞİD yaraqlıları təhdidli açıqlamalarla İtaliyada fotoşəkillər çəkdirirlər. Buradan İsrail üçün dolayı təhlükə törəyir.

Avropadakı müsəlman gəncliyi açıq antisemit ünsürlü ifrat antisionist baxışları ilə seçilir. Avropa liderləri onların tələblərini yerinə yetirəcəklər, çünki müsəlmanların səsinə ehtiyacları var. Nəticəd Avropa ölkələri İsrailə münasibəti sərtləşdirəcək. İsrail şirkətlərinin məhsullarının boykotu genişlənəcək. Həm də “Müsəlman qardaşlar” və İŞİD yəhudiləri İslamın başlıca düşməni sayırlar. Buan görə də artıq Belçika, Fransa və Danimarkada olduğu kimi yəhudi mərkəzlərinə qarşı terakt gözləmək lazım gələcək. İsrail liderlərinin İslam ölklərindən qeyri-leqal mühacirətə qarşı mübarizədə avropalılara köməyə diqqət cəmləməsi lazımdır. Nəticədə bu bizə də xeyir gətirər.

Efraim Harare

“İsrael Hayom” (İsrail), 21.05.2015

Harare elmlər doktoru və islamşünasdır, “Cihad: nəzəriyyə və praktika” kitabının müəllifidir.