XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 08:55

Azərbaycanlı tədqiqatçıdan sensasiyalı iddia: “Lövhi-Məhfuz və dünyanın bir sıra sirlərini çözdük”

kosmos.jpg

Bir çoxlarımız azərbaycanlı tədqiqatçı Rövşən Əliyevi dini mətnlərə, tarixə və mədəniyyətə fərqli baxışlarıyla bağlı ölkə mətbuatına verdiyi açıqlamalarından tanıdı. Bir növ dünyanın yeni dərk nəzəriyyəsi kimi ortaya çıxan bu düşüncələr indiyə qədər oturuşmuş elmi mülahizə və görüşləri tamamilə çürütmək iddiasındadır. Sözü gedən yeni düşüncə sistemində dinlə elmi düşüncə birləşdirilir, bir çox məsələlərə yeni aspektdən yanaşılır.

Bizim üçün ən maraqlı cəhətlərdən biri isə irəli sürülən bu fikirlərin Azərbaycan coğrafiyası ilə bağlılığıdır. Müəllif Alban tarixiylə bağlı araşdırmalarının coğrafiyamızın ilk sakinləri olduğunu irəli sürənlərə ən yaxşı cavab olduğunu iddia edir.

Rövşən Əliyev bu çalışmalarının təqdimatını yalnız Azərbaycan sərhədləri daxiliylə də məhdudlaşdırmaq istəmir. Yazıb ərsəyə gətirdiyi əsərlərini bir neçə dilə tərcümə etdirən Rövşən Əliyev öz fikirləriylə rus, türk, ingilis, ərəb oxucularını da məlumatlandırmaq niyyətindədir.

Tədqiqatçıya bu çətin işdə dəstək verməkdə əlindən gələni əsirgəməyən iqtisadçı ekspert Elçin Qurbanovun fikrincə, Rövşən Əliyevin tilavəti dünyaya bəyan ediləcək son hikmətdir. Tədqiqata önəm verməsinin səbəblərinə gəlincə, ekspert onun irəli sürdüyü bütün iddialarla razılaşdığını deyərək bildirdi: “Rövşən Əliyev yanlız bir araşdırmaçı da deyil, O, həqiqi tilavətçidir. Onun ortaya çıxartdığı bir sıra həqiqətlər insanlıq tarixinə və bəşər təfəkkürünə böyük töhfələr verəcək. Elə buna görə də həmin xeyirli işdən kənarda qala bilməzdim. Əlimdən nə gəlirsə, əsirgəməyəcək, Rövşən bəyi tək buraxmayacağam”.

Rövşən Əliyevin apardığı tədqiqatların dünyada bir ilk olduğuna inanan Elçin Qurbanova görə, bu səylər nəticəsində çox mətləblərə işıq tutulub və tutulacaq: “İndiyə qədər bütün dünya tədqiqatçılarının və bir sıra siyasi və ictimai xadimlərin axtardığı, dini mətnlərdə,əfsanələrdə adı keçən, Quranda isə şifrələnmiş “Qaf” dağının tapılması, Həzrəti Musaya verilən lövhənin və Lövhi-Məhfuzun sirlərinin açılışı,Qız qalası, Atəşgahın möcüzələrinin, Adəm və İblis anlayışının gerçəkliyinin dünyaya bəyan edilməsi təkcə bir araşdırma mövzusu deyil, həm də bir Mehdiyyədir”.

Tədqiqatçının qələmə aldığı “Son Hikmət” sənədli filminin ssenarisinin də hazır olduğunu bildirən həmsöhbətimiz onun artıq rus dilinə tərcümə olub izləyicilərin ixtiyarına verildiyini dedi. Onun bildirdiyinə görə, yaxın günlərdə filmin Azərbaycan dilindəki versiyası da ictimaiyyətə təqdim eiləcək.

Strateq.az