Efiopiyanın Afar ərazisində varlığı indiyə qədər elmə bəlli olmayan yeni insan növünün izləri tapılıb.
Ən azı 3 milyon il əvvələ aid olan bu tapıntı alt çənə sümüyü və dişlərdir. Bu tapıntı indiyə qədər bilinən insanın bir zamanlar başqa növünün də yaşadığını bəlli edib.
Araşdırmaçılar tapdıqları yeni insan növünə “Avstarloptekus” adını verib. Alimlərin son qənaətinə görə tapılan çənə sümüyü və dişlər həm insan, həm də insanöncəsi canlıların xüsusiyyətlərini özündə daşıyır.
Araşdırmaya rəhbərlik edən elm adamı İohan Haile-Selassi BBC-yə verdiyi açıqlamada bu tapıntının indiyə qədər bilinən insan növlərindən çox fərqləndiyini deyib. O, “Bu növün çənə sümükləri çox sağlam, dişləri isə daha kiçikdir”– deyib.
Sonda alimlər bu qərara gəliblər ki, 3 milyon il əvvəl dünyada 4 insan növü (4 irq) yaşayıb.