XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 13:46

“Panama sənədləri”:Rotşildlərə qarşı başladılan savaş?! - Araşdırma

soros

Artıq bir həftədir ki, dünya International Consortium of Investigative Journalists (ICIJ) təmsilçilərinin etdiyi qalmaqallı ifşadan çaxnaşmaya düşüb. Söhbət pullarını ofşorlarda saxlayan dünya maliyyə elitasının  murdarlığını sübut etməli olan sənədlərdən gedir. Bu, Panamanın müştərilərin pullarını bütün dünya üzrə ofşorlarda gizlədən Mossack Fonseca şirtkətinin 2,6 terabaytdan çox informasiyası və 11,5 milyon məxfi sənədidir.

Əvvəllər yazdığımız kimi, bu informasiya tullantısının sifarişçilərinin izləri ICIJ-i maliyyələşdirən Amerika hökumətinə və Soros fonduna  aparır. Hətta bu qurumlar əvvəllər iqtisadi və siyasi rəqiblərlə haqq-hesab çürütmək üçün Soros tərəfindən istifadə edilmişdi. Sifarişin siyasi tərkibi bu dəfə də göz qabağındadır: sol liberal Sorosun Vladimir Putindən tutmuş Devid Kemerona qədər bütün düşmənləri zərbə altındadır. Lakin dünya KİV-nin diqqətindən kənarda qalan daha bir məqam var.

 

Rotşildlərlə köhnə müharibə

 

Mossack Fonseca şirkətinin fəaliyyətinin araşdırlması ICIJ-in 2013-cü ildə başladığı antiofşor kampaniyasının davamıdır. O vaxt guya naməlum şəxslər ofşor bank hesablarına nisbətdə 260 giqabayt məlumatı “Müstəqil jurnalistlər konsorsiumu”nun rəhbəri Herard Rayla təqdim etmişdilər. ICIJ Offshore leaks-in ofşorlardakı minlərlə bank hesablarının dərcinə girişdi. Dünya miqyaslı böyük simalar haqda məlumat car çəkildi. O cümlədən məşhur bankir evinin Fransa qanadı, o dövrdə artıq mərhum baron Eli de Rotşildin “ofşor imperiyası” haqda informasiya aləmə yayıldı.

Rotşildlər, Sakslar və Tissenlər klanı, həmçinin həmin dövrdə vəfat etmiş və Rotşildlər ailəsi ilə yaxından əlaqəsi olan bankir Edmond Safra  ICIJ Swiss Leaks-in təşkili ilə 2013-cü ildə diqqət mərkəzində oldular. O zaman İsveçrənin bütün dünya üzrə müştərilərin pullarını ofşorlara çıxartmağa yardım etmiş bir sıra hüquq firmalarının məlumatları faş edilmişdi. “Müstəqil jurnalistlər”in daha bir antiofşor araşıdırması Lüksemburq banklarına və Rotşildlərə sıx əlaqəsi olan Böyük Hersoqluğun hakim evinə qarşı yönəlmişdi. Maraqlı qanunauyğunluqdur, düz deyilmi?

Yeni qalmaqala cəlb edilmiş dünya səviyyəli siyasətçilərdən biri – Böyük Britaniyanın yəhudi mənşəli bankir ailəsindən çıxmış baş naziri Devid Kemerondur. Qəribə olsa da, o da Rotşildlərə yaxındır. Hazırda təhqiqata cəlb edilmiş şirkətlərdən biri Rothschild Trust-dır. Məlum olur ki, Rotşildlərin şirkəti bir sıra siyasətçilərin ofşor zonalarındakı pullarını idarə edir. Məsələn, aydınlaşır ki, Of Rothschild Wealth Management & Trust-in şöbəsi olan bu şirkət Ukrayna prezidenti Pyotr Poroşenkonun Britaniyanın Virciniya adalarındakı vəsaitlərini idarə edir. Poroşenko nümunəsi olduqca səciyyəvidir. Bu fakt sərgiləyir ki, söhbət sadəcə vergidən yayınmaqdan deyil, dünyanın pul sahibləri tərəfindən milli elitaların vəsaitləri və nəticə kimi, milli elitaların üzərində nəzarətdən gedir. Dəlillər yetərincədir, lakin hamısı ikinci dərəcəlidir.

 

Pulları ofşorlara kim daxil edib?

 

Beləliklə, Panama Papers-in məlumatlarına görə, Mossack Fonseca vasitəsilə pulları ofşorlara daxil edən on bankın içində Rothschild Trust Guernsey-in adı keçir.

Gəlin, faş edilmiş məlumatlara əsasən, pulları ofşorlara daxil etmiş on bankın siyahısını diqqətlə nəzərdən keçirək. Artıq sözügedən Rothschild Trust Guernsey-dən başqa burada Experta Corporate & Trust Services, Banque J. Safra Sarasin Luxembourg S.A, Credit Suisse Channel Islands Ltd, HSBC Private Bank (Monaco) S.A, HSBC Private Bank (Swiss) S.A., UBS AG, (Union Bank of Switzerland), Coutts & Co. Trustees (Jersey) Ltd, Societe Generale Bank & Trust Luxembourg, Landsbanki Luxembourg S.A. iştirak edir.

 

Bu bankların hər biri haqda nə bilirik?

 

1. Experta Corporate & Trust Services – Lüksemburqun Fransa Rotşildləri ilə sıx bağlı olan hakim evi Böyük Hersoqluğun Banque Internationale a Luxembourg S.A-nın törəmə şirklətidir.

2. Banque J. Safra Sarasin Luxembourg S.A – Safra bankir yəhudi ailəsinə məxsusdur. Onlar Rotşildlərlə hələ keçən əsrdən sıx əlaqədə olan bankirlərdir.

3.Credit Suisse Channel Islands Ltd – İsveçrə Credit Suisse bankın böyüklüyünə görə  ikinci törəmə bankıdır.

4. HSBC Private Bank (Monaco) S.A, HSBC Private Bank (Swiss) – Britaniyanın hələ XIX əsrin ortalarında əsası qoyulmuş HSBC banklarının törəməsidir. O vaxtdan Rotşildlərin tərəfdaşıdır. Çində tiryək satışından gəlirlərin saxlanması bankı kimi təsis edilib. Rotşildlərin nəzarət etdiyi və dünyada qızılın qiymətini təyin edən London Bullion Association-a daxildir.

5. UBS AG, (Union Bank of Switzerland) – İsveçrənin ən böyük bankı.

6. Coutts & Co. Trustees (Jersey) Ltd – törəmə və olduqca maraqlı bir bankdır. 2015-ci ilədək Şotlandiya Kral bankına məxsus idi. Bankın 79%-i öz növbəsində Böyük Britaniya hökumətinə tabe olan investisiya institutu UK Financial Investments-ə məxsudur. Coutts & Co dünyanın ən qədim, Britaniya kral ailəsinin banklarından biridir.

7. Societe Generale Bank & Trust Luxembourg – Rotşildlərin London Bullion Association-un üzvü  Societe Generale-nin törəməsidir. Fransa Rotşildlərinin birbaşa iştirakı ilə XIX əsrdə yaradılıb və Fransanın ən böyük banklarından biridir.

8. Landsbanki Luxembourg – Lüksemburq bankı, İslandiyanın ən qədim bankı Landsbanki-nin şöbəsidir.

Beləliklə, böyük hissəsi Rotşildlər ailəsi ilə bağlı olan banklar qrupu qarşımızdadır. Çox güman ki, qalanlarının da bu klana dəxli var. Məhz onlar Mossack Fonseca firması vasitəsilə öz müştərilərinin pullarını ofşiorlara daxil edir, əslində isə, onu idarə edir.

 

Mossack Fonseca – Rotşildlərin nəzarətçisidir?

 

İndi Mossack Fonseca-nın özünü nəzərdən keçirək. Rəsmi versiyaya görə, Panamanın iki şəxsi təkcə 500-dən çox əməkdaşı və bütün dünyda 40 ofisdə yeni firmaları qeydiyyatdan keçirən firma təsis edib. Əsas ofislər Panamadan başqa, İsveçrə və Çində yerləşir (təəccüblü təsadüfdən Rotşildlərin  şirkətlərinin baş ofisləri və onlarla əməkdaşlıq edən İsveçrə bankları da oradadır). Çin, Böyük Britaniya və Honqkonq pulların ofşorlara daxil edildiyi on ölkə sırasındadır. Ən çox pul isə Britaniya müstəmləkəsi Virciniya adalarına aparılıb.

Təbii ki, bu cür maliyyə canavarı böyük oyunçuların ciddi dəstəyi olmadan meydana çıxa bilməzdi. Madam Mossack Fonseca pulları əsasən Rotşildlərlə bağlı olan banklardan götürürsə, onda  güman etmək çətin deyil ki, əslində bu firmanı kim idarə edir. Güman etmirəm ki, bu cür məsuliyyətli işi yad adamlara həvalə edərdilər. Firmanın hər iki təsisçisi və şəriyi Böyük Britaniyaya, yəni Rotşildlərə sıx şəkildə bağlıdır. Ramon Fonteka London iqtisadiyyat məktəbinin məzunudur. Yurgen Mossak da Londonun bank dairələrinə işləməyə müvəffəq olub. Bundan başqa, Mossak Conarex-də – Panamada Britaniya beynəlxalq məsələlər üzrə Kral institutunda (Rotşildlər), həm də beynəlxalq münasibətlər üzrə Amerika Şurasında (Rokfellerlər) işləyib.

 

Rotşildlərə və Çinə qarşı

 

ICIJ 2014-cü ilin əvvəlində "Offshore Leaks" çərçivəsində Çin iqtisadi və siyasi elitasının pulları ofşorlara necə daxil etdiyi haqda məlumat açıqladı. 2016-cı ildə Panama sənədləri açıqlanarkən Çinə qarşı savaş davam etdi.

Məsələn, Panama Papers guya sərgiləyir ki, guya ÇKP-nın baş katibi və çağdaş Çinin lideri Si Szinpinin öz qohumlarının pulların ofşorlara köçürülməsində əli var. Bundan başqa, ÇKP Daimi şurasının üzvlərinin də bu cür fəaliyyətə dəxli var. Rotşildlər dünya maliyyə elitasının digər qruplaşmaları ilə mübarizədə hazırda məhz Çinə bel bağlayırlar. Konspiroloqlar arasında onların ABŞ-a söykənən digər kürəsəl ailə – Rokfelllerlər ilə qarşıdurması haqda versiya məşhurdur. Rotşildlərin rəqibini şərti olaraq “Rokfellerlər” kimi qeyd edək. Bunu işgüzar fərziyyə qismində götürək. Həm də buna əsas var. Bir qrup ABŞ-ı “süzür” və Asiyaya gedir. Bir başqası isə təkcə maliyyə ilə deyil, həm də sənaye kapitalı ilə öz qüdrətinin dayağı kimi ABŞ-dan yapışır.

Rotşildlər Çinin yuanı kürəsəl valyuta etmək niyyətini təşviq edir və rus iqtisadçısı Valentin Katasonovun fikrincə, Çini “qızıl standart”a keçməyə təhrik edirlər. Çünki dünya qızıl ehtiyatlarınınn böyük hissəsinə özləri nəzarət edirlər. Rotşildlərin nəzarət etdiyi Böyük Britaniya Çinin Asiya infrastruktur yatırımlar bankının üzvü olmaqla Çinlə fəal şəkildə qarşılıqlı fəaliyyətdədir. Həm də britaniyalılar ABŞ-ın mənfi qiymətinə rəğmən Çlin layihəsinə qoşulmağı qət etdilər.

 

Rotşildlərin yalançı çoxqütblülüyü

 

Rotşildlər bununla dolların hegemoniyasına əvəz kimi qızıl üzərində öz nəzarətlərini qoyurlar. Panama Papers-in ifşa etdiyi və dünya qızılının qiymətlərini əlində saxlayan London Bullion Association-un üzvləri yadınıza düşdü? Bu, bir neçə müstəqil valyuta mərkəzini nəzərdə tutur ki, bu da Amerika hegemoniyasının dəyişilməz sistemini saxlamağa can atan ABŞ-ın və Rokfellerlər qrupunun kəskin, zidd fəaliyyətini doğurur. Diqqətçəkəndir ki, ICIJ-in fəaliyyətini Sorosdan başqa Rokfellerlər də maliyyələşdirir. International Consortium of Investigative Journalists – başqaları ilə bərabər Rockefeller Brothers Fund and Rockefeller Family Fund-un maliyyələşdirdiyi Amerika qeyri-hökumət təşkilatı layihəsidir. Corc Sorosun 2015-ci ildə yuana qarşı savaşa qoşulması nümayiş etdirdi ki, əvvəllər Rotşildlərin adamı sayılsa da, bu mübahisədə öz yerini qəti şəkildə seçib.

Rotşildlərin Rusiyaya münasibətdə strategiyası da qarşıdurma xarakterli deyil. Söhbət yumşaq şəkildə tora cəlb edilməkdən gedir. Çoxqütblülükdə “açıq cəmiyyət”ə təhlükə görən Sorosdan fərqli olaraq, Rotşildlər və onların çevrəsinə yönəlik qruplar Rusiyanı özlərinin mövcud dünya düzəninin yenidən biçimlənməsi üzrə layihəsinə cəlb etmək istəyir və Rusiya elitasının bir hissəsi ilə sıx əlaqələri var. Guya Putinə məxsus olan 2 milyard dollarlıq ifşa da məhz bu elitanı vurur. Bu o demək deyil ki, Rotşildlər və onlar kimilər çoxqütblü dünyanın tərəfdarıdırlar. Onlar çoxqütblülüyə labüd keçiddən daha çox öz statuslarını və dünya işlərinə həlledici təsiri qoruyub saxlamaq üçün istifadə etmək istəyirlər. Asiyanın yüksəldiyini hiss edib bu yeni güc mərkəzinə isnad edirlər. Lakin bu cür “çoxqütblülük” sivil mərkəzləri gerçək suverenliyə aparmır, çünki əsil hakimiyyət millətüstü kürəsəl dünya elitasının əlində qalır.

 

Cavab zərbəsi gözləntisində

 

Panama Papers – dünya elitalarının savaşında bir epizoddur. Hər bir qruplaşma dünyanın gələcəyini cürbəcür görür və dünya ağalığına can atır. Ofşorların idarəsi qismində həyata keçirilən pula nəzarət transmilli elitalardan birinin milli elitalarla qarşılıqlı fəaliyyətinin necə həyata keçirildiyi mexanizmlərindəndir. Məhz buna görə rəqib qruplaşmalarla əməkdaşlıq edənlərin adlarını bu sənədlərdə tapa bilərsiniz. Və məhz buna görə Britaniyanın keçmiş müstəmləkələrindən xeyli siyasətçinin və yaxud Yaxın Şərqin tarixən Britaniya ilə bağlı olan ərəb monarxiyaları və Rotşildlərin bankir ailəsi məhz buna görə oradadır. Rotşildlərin rəqibləri bu mexanizmi açqılayıb öz gedişlərini etdilər. Cavab gedişi gözləyək.

 

Anton Bryukov

cont vz. 11.04.2016

Tərcümə Strateq.az-ındır.