XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 May 2015 - 13:08

“Şərqin Avropa cazibəsi” 1-ci Avropa Oyunlarına hazrıdır – Təhlil

Flashmob.jpg

Qlobal xəbər televiziyalarında Azərbaycanın turizm imkanları barədə göstərilən reklam çarxlarının birində Azərbaycan məhz “Şərqin Avropa cazibəsi” (European charm of the orient) kimi adlandırılır. Bu, əslində ölkənin həm çoğrafi, həm də inkişaf istiqaməti və mövcud durumunu əks etdirən qısa və lakonik, ən əsası isə, düzgün ifadədir…

Qarşıdan I Avropa Oyunları gəlir. Cəmi iki il yarım ərzində hazırlıq işlərini yüksək səviyyədə başa vuran Azərbaycan təşkilatçı kimi bütün öhdəliklərini layiqincə yerinə yetirib. Qısa dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, kompleksləri yaradılıb. Azərbaycana səfər edəcək idmançıların, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. I Avropa Oyunları Azərbaycanı bir daha dünyaya tanıdacaq, ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

Amma görünür ki, Azərbaycanın inkişafını heç də hamı azulamır. Nəinki Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilər, eləcə də, ABŞ və Avropadakı erməni lobbisi, təəssübkeşləri, Azərbaycanın inkişafını qəbul etmək istəməyən qüvvələr “Eurovision” mahnı müsabiqəsi öncəsi olduğu kimi, eyni ssenari üzrə antiazərbaycan fəaliyyəti həyata keçirirlər. Bu şəbəkə mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək Azərbaycana qarşı neqativ münasibətini açıq şəkildə ortaya qoyub. Anti-Azərbaycan kampaniyası əsasən sosial şəbəkələrədə, bəzi beynəlxalq QHT-lərin bəyənatlarında, eləcə də ABŞ və Avropa mətbuatında, informasiya portallarında və digər plarformalarda özünü açıq biruzə verir.

Təsadüfi deyil ki, ölkə rəhbəri İlham Əliyev öz çıxışlarının birində qeyd edib: “Azərbaycan gücləndikcə, bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda, bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar”.

Anti-Azərbaycan kampaniyasına misal olaraq, cari ilin yanvar ayında Vaşinqtonda, may ayında isə Avropa Parlamentində keçirilən dinləmərlərdə Azərbaycanın neqativ şəkildə təqdim olunmasına cəhdləri göstərmək olar.

Lakin bütün bu dinləmələrdə səsləndirilən ittihamlar cəfəngiyyatdır və heç bir həqiqəti əks etdirmir. Məsələn, deyirlər ki, Azərbaycana xarici jurnalistlərin gəlişi qadağan edilib. Amma məlumdur ki, Azərbaycan Avropa Oyunlarını işıqlandırmaq üçün 1500-dən artıq jurnalisti qəbul etməyə hazırlaşır və hətta bütün xarici qonaqlar üçün viza prosedurları da sadələşdirilib. Rahat, sürətli və keyfiyyətli elektron viza sistemi tətbiq olunur. Bunun üçün sadəcə XİN-in rəsmi saytına baxmaq kifayətdir.

ümumiyyətlə, hesab edirik ki, hər hansı kütləvi idman tədbirlərinin siyasi məqsədlər, ölkələrə təsir mexanizmi və mənfi ictimai rəyin formalaşdırılması üçün istifadə olunması qəbuledilməzdir.

İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan Respublikası nəticə etibarilə, Olimpiya Xartiyasında və BMT Baş Assambleyasının qətnamələrində təsbit olunduğu kimi, bu mötəbər idman yarışı vasitəsilə sülhə, davamlı inkişafa, qarşılıqlı anlaşmaya, mədəniyyətlər və dinlərarası dialoqa və ayrı-seçkiliyin aradan qaldırılmasına öz əsaslı töhfəsini verir.

Bakı Avropa Oyunları ümumbəşəri xoş məramlara xidmət etdiyi halda, biz özünü “insan hüquqlarının müdafiəçisi” adlandıran bəzi təşkilatların Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini görürük.

Lakin bütün əsasız ittihamlara cavab olaraq, əminik ki, Avropa oyunları yüksək səviyyədə təşkil ediləcək və hamı Azərbaycanın həm də tolerant, qonaqpərəvər, bəşəri dəyərlərə sadiq, multikultural dəyərlərin qorunduğu nümunəvi “Şərqin Avropa cazibəsi” (European charm of the Orient) adına layiq bir ölkə olduğuna şahidlik edəcək.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu




Yuxarı Əvvələ Ana Səhifə