XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

09 May 2016 - 22:30

Elman Rüstəmov manatın “diri qalacağı” ilə bağlı vəd verdi,bəs ekspert nə deyir?

rovsen-agayev

Bu gün Milli Bankın sədri Elman Rüstəmov "2016-cı ildə manat dəyərdən düşməyəcək" açıqlaması ilə çıxış edib.

Bəs görəsən, ekspertlər necə düşünür? Bu ilin sionunadək manat sabit qala bilərmi?

Bu və digər suallarla bağlı Strateq.az-a açıqlama verən tanınmış iqtisadçı Rövşən Ağayev deyib ki, Elman Rüstəmovun bəyanatından çıxan əsas mesajlar bunlardır:

"Birincisi, hökumətin iqtisadi fəallığın artırılması ilə bağlı bəyanatlar ən azı ilin sonunadək elə bəyanat olaraq qalacaq. İqtisadiyyatın "manat çatışmazlığı sindromu" ilin sonunadək həll edilməyəcək. Son ilyarımda 2 dəfə məhdudlaşdırılan pul bazasında valyuta bazarına təsir edə biləcək artım gözləməyin. İqtisadiyyatın monetezasiya səviyyəsini 15-16% ətrafında hərəkət etdirməkdə davam edəcəyik. İqtisadiyyatın kreditləşməsinə mümkün olduğu qədər gedilməyəcək.

Məlumat üçün deyim ki, 2016-c ilin ilk 3 ayında 7% azalıb. Halbuki 2013-2014-cü illərdə kreditlərin orta aylıq artım tempi təxminən 2%, rüblük artım 5-6% təşkil etmişdi. Büdcə vasitəsilə ölkə daxilində xərclənən invesitisiya vəsaitləri 2015-ci ilə nisbətən 4 dəfəyədək azaldılıb.

İkincisi, ölkədən kənara çıxarıla biləcək böyük kapital 2014-2015-ci illərdə ölkənin valyuta ehtiyatlarının 30% əriməsi hesabına əsasən daşınıb. Hələlik valyuta bazarını silkələyəcək kapital qaçışını yaxın vaxtda gözləməyin;

Üçüncüsü, əvvəlki illərdə ölkəyə ən azı 2-2.5 milyard dollar dövlət sektorunun idxalının ən azı 2-3 dəfə azaldılası hesabına 1-1.5 milyard dollar valyutaya qənaət ediləcək;

Dördüncüsü, hökumət il ərzində müxtəlif layihələrin icrası üçün böyük həcmli xarici borclanma problemini həll edəcək, həmin borc sazişləri sayəsində ölkəyə gələn valyuta manatı bir qədər rahatladacaq;

Və nəhayət, beşincisi, bank sektorunun və ev təsərrüfatlarının durumunun kəskin pisləşməsinə səbəb olan ikiqat devalvasiya sayəsində hökumət büdcə və başqa maliyyə öhdəliklərini ən azından yaxın bir neçə ayda rahatlıqla icra edə bilir".