Anadilli Azərbaycan poeziyasının dan yeri
Şöhrət Bədəlov, filologiya üzrə fəlsəfə doktoru
İlk dəfə olaraq elmi tədqiqata cəlb etdiyimiz və Azərbaycan ədəbiyyatı tarixində adı ümumən çəkilməyən məşhür Azərbaycan şairi Şeyxul ürəfa Tairulsirr Şeyx Muhəmməd Şirvani Xətayi 799-cu il zilhiccə ayının iyirmi səkkizi, həftənin ikinci günü Şirvanın Anamahal bölgəsində anadan olmuşdur. Beş yaşında ikən dayısı Camal Yunusla birgə Məkkə şəhərinə gedərək, orada orada dini təhsil almağa başlamışdır. Otuz il imamlardan təhsil alandan sonra Şirvana qayıdıb elmi-dini fəaliyyətlə yanaşı şer, rübai, büləndi, qəzəllər və elmi əsərlər yazmmışdır. Şairin “Kulliyyəti-bülbülə”, “Kulliyyətul-ülviyyə”, “Ulfətul-Kulmiyyə”, “Həddil-məxluq”, “Kəramətul-bəlağə”, “Ulfətul-şəmsiyyə”, “Ruh və zaman”, “Elmi-rical”, “Şərhi-Quran”, «İsbatul-həqq», «Əqaidul-müvəhhidin», «İbtidauş – şer ilhaqul qəzəl» kimi əsərləri bəlli tarixi faktlardandır. Müəllif özünün «Şərhul-irfan» əsərinin ərsəyə gəlməsi barədə yazır: “İmamın göstərişi ilə bu kitabı Məkkədə yazmağa başlayıb, Şirvanda tamamladım”.
Tarixi baxımdan Şirvani Xətayinin dərs aldığı bu imamlar – İmam Məhəmməd Təqi (ə) və İmam Əliyyən Nəqi (ə) olmaqla imamiyyənin fəzilət sahibləri kimi elmi tədris fəaliyyətləri ilə bəlli missiya icraçıları idilər. Şeyx Məhəmməd Şirvani Xətayi 892-ci ildə vəfat etmişdir.
Qeyd etmək lazımdır ki, sözügedən şair barədə məlumatları biz Şeyx Səbzəvərinin “Hüququl-Məntiq və həddul hikmət” əsərindən (Beyrut, Darul fikr, 1991, s. 269) götürmüşük.
Şeyx Məhəmməd Şirvani Xətayinin “Şərhul- irfan vəl hikmət” əsəri irfanşünaslıq tarixinin ilk elmi-üslubi nümunələrindən olmaqla, öz dövrünün və eləcə də daha sonrakı zamanlarda mükəmməl mənbə sayılmaqla təsəvvüf ədəbiyyatının istinad nümunələrindən hesab edilirdi. Məhz bu mənada təsəvvüf ədəbiyyatının inkişaf tarixini elmi baxımdan izləməklə, Seyyid Uluq Safi Gəncəvi özünün zəngin tədqiqat əsəri olan «Tarixul-irfan vəş-şer» kitabında yazırdı: «Həqiqətən, Şeyx Məhəmməd Şirvani Xətayi ilk olaraq özündən sonrakı irfan ümmətinə hikmət güzgüsü olmuşdur».
Bu mənada Məhəmməd Şirvani Xətayi misralarının irfani hikmət mündəricəsi sözün həqiqi mənasında Şərqin təsəvvüf fikri tarixində məktəb və mərifətin tərənnüm və batini təcəssüm səciyyəsinə görə, nəzəri-elmi səciyyəsinə görə elmi mərifət qavramlarının zənginliyini özündə ehtiva edə bilir:
Oxudum «Lima – turid» felidə sirrə gəldi,
Gördü bu ayyətimi İsa da pirrə gəldi.
Xızır getdi səcdəyə ah eylədi,
Musa nüqud halında nureyi dürrə gəldi.
Saqilə söz söylədim, şol gözəl niğarımdır,
Lut yıxıldı məşqidə Loğman da qürrə gəldi.
Oxudum bir ismi-əzəm ba iləla,
Cüzidə irfin misalı vəhdətdə kürrə gəldi.
Həm Əliyəm, həm vəliyəm, həm Təqiyəm, həm Nəqi,
Sirdi vücud misalım nunla ha sürrə gəldi.
Mələkə əlif söylədim, iqab tapdı küfrdə,
İmama nitq eylədim, dözməyib sirrə gəldi.
O əlifdir mənsə miməm, o əhəddir, mən səciyyəm,
Edib aşikar izahı ərş də bu birrə gəldi.
Şey olub misalda yəqin, üqbadır irfanidə,
Bəhri Nil keçib Harunla nürrə gəldim.
Oxuyub «Lima – turid»i qalxıb ol mülkidə saqi,
Xətayi aşikar etsin füzuyi – şirrə gəldi.
O əlifdir mənsə miməm, o əhəddir mən səciyəm,
Edib aşikar izahı, ərşi də birrə gəldi.
Şey olub misalda yəqin üqbadır irfanidə,
Bəhri-Nil keçib Harunla nürrə gəldi.
Oxuyub “Lima – turidi” qalxıb ol mülkidə saqi,
Xətayi aşikar etsin, füzuyi – şirrə gəldi.
Yaradıcılığında elmi -təsəvvüf əxlaqı aydın şəkildə nəzərə çarpan Şirvani Xətayi bədiyyətindəki mərifətin poetikası, demək olar ki, ənənəvi üslubu, ifadə tərzi ilə klassik təsəvvüf şeirinin təlabat imkanlarını ardıcıl şeriyyət tələblərinə uyğun olaraq qəzəl janrının səciyyəvi imkanlarına əhatəli şəkildə cavab verə bilir. Belə nəticəyə gəlmək olar ki, şairin irfani-təsəvvüf qəzəliyyatında özünəməxsus yanaşma ustalığı zəngin təcrübə və ənənəvilikdən nəşət tapması ilə diqqəti cəlb edir. Bu isə təsəvvüf şerinin inkişaf tarixinin hələ ilk dönəmlərində ortaq üslub – ifadə tərzindəki əxlaqi zənginliyindən xəbər verə bilirdi. Elə bu mənada təsəvvüf ədəbiyyatı üçün ənənəvi mövzuların qəlib əqaidlərinə müraciətlərində Şirvani Xətayi «Ulfətul – Kulmiyyə» kimi irfani mətn mahiyyətlərinə yanaşma tərzi ilə ustalıq nümayiş etdirməsi baxımından diqqəti cəlb edir: « Ulfətul-Kulmiyyə» tək olan xaliqin qarşısında ibadətin əxlaqındakı ixlasın təzahürüdür. Əlif təkəbbür rəmzi olduğu üçün bu elmdə bəndənin üzərinə düşən mimdir. Kulmiyyə dilin sükut edib, qəlbin isə onun eşqində pərvanə olmasıdır».
Oubdur dürü bəqa
Əlif mimə söykənər, tayə də təşdid gələr,
Nunu gündən ha olar, təkcə ya təşdid görər.
Zühur edib imamım ədl ilə Lima-turid,
Kulmiyyədir zühuru ayeyi-təlqinuqud.
Ma xələktu söylədi xaliqi sübhan bizə,
İlla ibad vəl insu məşvərət etdi sözə.
Ariz mənəm, arif mənəm, sükut etmiş muradım,
Aşiq mənəm, sadiq mənəm yəqindir dürrü adım.
Abi – kövsər suyu içib gəldim sirri – dəhanə,
ürfidə aşikar etdim, hiç qoymadım bəhanə.
Zülmətdən bir nur açıb, Şəmsə mən yol göstərdim,
Şəms də dilə gəldi, – bu mərifəti istərdim.
Mimə mən yönəltmərəm, aşiqi – nunəm, bəl söylərəm,
Tapılmaz bir talibün, misginəm, cuh işarə eylərəm.
Qətrədən küllə gəlləm, haqqa verib ruhimi,
Küllədən cüzə ennəm, qaldıraraq nurimi.
Şirvanda bir gül bitdi, həm misali – Xətayi,
Məkkəyə hay söylərəm qaldırıb ərş sədayi.
Xətayi Şirvani yaradıcılığında irfani istilahlar zənginliyi elə məna çalarları ilə diqqəti cəlb edə bilir ki, həmi məna çalarları hətta özündən əvvəlki imamiyyə şairlərinin əxlaqında belə özünü nümayiş etdirə bilməmişdir. Bu mənada “İsqaf” anlayışı klassik əruz şerində çox nadir hallarda özünü büruzə verən istilahi anlayışlardan hesab edilməsi ilə nəzərə çarpır. “İsqaf”ın istilahi məna çalarları barədə ilk tədqiqlər İmam Şeyx Şiftiyə məxsusdur. Dövrünün tanınmış irfanşünas alimi Şifti Şeyxul-ürəfa Məhəmməd Şirvani Xətayinin şer, bəlağət, qəz
əl, əruz, irfan, hikmət, məntiq və təfsir elmindəki fikrlərini özündən sonrakı nəslə böyük bir məktəb hesab etmişdir.
Qeyd etmək lazımdır ki, onun “isqaf” nəzəriyyəsi “Hədid” surəsinin iyirmi beşinci ayəsini bütün mənası ilə təfsir etmişdir. Bu mətləblərin məntiqi mənalar istiqaməti baxımından “Ulfətul-Kulmiyyə” “Ulfətul-Şəmsiyyə”nin qapısı, o isə “Lima-turidin” dəlili hesab edilməlidir. Klassik irfanşünasların ümumi rəyinə gəldikdə isə, “Lima-turid” cövhər – həqqin mərkəzi, “İsqaf” isə bütün irfanın qəlbi sayılan “Lima-turid”in qəlbidir. Bəzi qəzəllərində “İsqaf” Xətayi Şirvani yaradıcılığının tam poetik məntiqi düşüncə tərzini tərənnüm etmək baxımından diqqəti cəlb edə bilir. Qeyd etmək lazımdır ki, “İsqaf” mərifətinin dərin və batini anlamları orta çağ irfani şer poetikasının ana xəttini təşkil etməsiylə bir sıra məxəz və mənbələrdə də özünü təzahür etdirə bilir. Belə ki, Şah İsmayıl Xətayinin müəllimi Şeyx Səbzəvəri özünün məşhur “Hüququl-Məntiq və həddül hikmət” kitabında bu barədə belə yazır: “Bütün məxluqatın özünəməxsus sifəti var. Bu sifətlər biri-biri ilə müqayisədə məhfumi nisbilik daşıyır. Məhfumi nisbiliyin həqiqi hikmətində Allahın məntiqini tapmağa “isqaf” deyilir”.
ümumi nəticə olaraq qeyd etmək lazımdır ki, Tairul-sirr Şeyx Məhəmməd Şirvani Xətayi özünün üzunmüddətli irfan və mərifətyönümlü tədqiqatları ilə irfanşünaslıq tarixində geniş, mövzu əhatəsinə görə xüsusi tədqiqata ehtiyacı olan klassiklərimizdən hesab edilməklə təsəvvüf konseptuallığında yalnız elmi-mərifət sözçüsü deyil, eyni zamanda Azərbaycan təsəvvüf poeziyasının dan yeri hesab edilməklə mükəmməl və əhatəli bədii-poetik irsə malik şairlərimizdəndir. Xətayi Şirvaninin söz yatırlarından olan “Kulliyəti – bülbülə” adlı irfan abidəsindən bir neçə beyti oxuculara təqdim edirik:
Yazdım bir dastan Xızr tək neylə,
Əklafım nə cürdü qədərdə söylə.
Kulliyat bəhsində dərs aldım ali,
Kuyidə sözləri qoymadım xali.
Məntiq yazdım sirri bəqa bülbültək,
Nitq eylədim soldu məna bir gül tək.