XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 18:03

İqlimşünaslardan həyəcan təbili:Şimali Afrika və Yaxın Şərq insansız səhraya dönə bilər

karvan

Ralf Lustad

Dagbladet (N orveç), 19.05.2016


On ildən sonra Şimali Afrika və Yaxın Şərqdə istilik o qədər gücü ola bilər ki, orada yaşamaq mümkün olmaz. Nikoziyadakı Kipr institutundan həmkarları ilə birgə yeni araşdırma məruzəsi hazırlamış Mayns kimyəvi elmi araşdırma institutunun əməkdaşları yazırlar ki, bunun nəticəsi əhalinin kütləvi gedişi olacaq.

Bu institutlarda işləyən elmi rəhbər Yos Lelieveld deyir: “Yaxın Şərq və Şimali Afrika ərazilərində gələcəkdə iqlim elə dəyişilə bilər ki, buradakı sakinlərin həyatı təhlükədə olacaq”.   

 

Güclü hərarət və qum tufanları

 

Lelieveld isti iqlimin ətraf mühitə və insanların sağlamlığına necə təsir etdiyindən yazır. Professsor deyir: “Güclü hərarətin davamlı dövrləri və qum tufanları bəzi bölgələri əhalisiz edə bilər. Bu, oranı tərk etmək zərurəti yarada bilər”.

Hazırda yayda olduqca isti olan bu rayonlarda 500 milyondan çox insan yaşayır. Artıq indidən iqlimin dəyişilməsi hiss edilir: 1970-ci ildən bəri son dərəcə isti günlərin sayı iki dəfə artıb.

BMT-nin iqlimin dəyişilməsi üzrə hökumətlərarası ekspert qrupu kürəsəl istiliyin sənayeyə qədərki (1850-ci il kimi müəyyən edilir) 2 dərəcəlik normanı keçməməyi üzərində işləyir. Elmi məruzə göstərir ki, bu hüdud pozulsa, Şimali Afrika və Yaxın Şərqin yay  temperaturu iki dəfə yüksək olacaq.

 

Gündüzün hərarəti – 50 dərəcə

 

2050-ci ildə hərarət gecələr 30 dərəcədən aşağı olmayacaq, gündüz isə 46 dərəcəyədək yüksələ bilər. Yüzilliyin sonuna doğru gündüz vaxtı istilik 50 dərəcəyə qalxa bilər. Möhkəm istilik dövrləri isə indikindən on dəfə tez təkrarlana bilər.

Lakin bütün bunlardan savayı güclü istilik dövrləri daha çox çəkəcək. 1986-2005-ci illər arasındakı dövrdə orta hesabla 16 gün davam edirdi, lakin 2050-ci ildə 80 günədək, 2100-cü ilə doğru isə 118 gün sürə bilər. Və baxmayaraq ki, 2040-cı ildən sonra qaz tullantıları azalmalıdır.

Kipr institutunun elmi əməkdaşı Panos Hacinkolau deyir: “İndiki insanlıq karbon qazının tullantısını hazırkı həcmdə davam etdirsə, bizim modelimizə əsasən, onda Şimali Afrika və Yaxın Şərqin əhalisi qeyri-adi istilərin 200 gün müddətində davam edəcəyinə hazır olmalıdır”.

2 dərəcə hüdudu bu il artıq iki dəfə pozulub. Düzdür, qısa müddətə, lakin alimlər yenə də son dərəcə narahatdırlar.

Alimlər dəstəsi əvvəllər aşkarlayıb ki, 2000-ci illərin əvvəlindən Yaxın Şərqdə havanın çirklənməyi kəskin şəkildə güclənib. Bunu hər şeydən öncə qum tufanlarının sayca artmağı ilə izah edirlər ki, bu da öz növbəsində daha davamlı quraqlıq dövrləri ilə izah olunur. Hərarət yüksəlsə, bu tendensiya da güclənə bilər.

 

İki ssenari

 

Alimlər iki ssenaridən çıxış etməklə işləyirlər. Birincisi, kürəsəl istiləşmə normasını 2 dərəcə və yaxud daha yaxşısı 1,5 dərəcə artırmamaq üzrə  Paris müqaviləsinin şərtlərinə uyğun olaraq 2040-cı ildən qaz tullantılarının azaldılmasını nəzərdə tutur.

İkinci ssenari “həmişəki biznes” ssenarisi deyilən qazların indiki həcmdə tullantısını ehtiva edir. Hadisələrin son ssenari üzrə inkişafı 4 dərəcəlik kürəsəl istiləşməyə səbəb olacaq. Şimali Afrikada və Yaxın Şərqdə ən güclü isti qışda deyil, indi onsuz da artıq isti keçən yayda olacaq. Bu onunla izah olunur ki, bölgənin  səhralıq əraziləri hərarətin güclənməsinə şərait yaradır. Başqa yerlərdə torpağın səthi süxur sularının buxarlanması hesabına sərinlədiyi halda isti səhrada bu, baş vermir və istilikxana effekti güclənir. Bundan qorxunc nəticə çıxır ki, hər iki ssenari Şimali Afrika və Yaxın Şərq əhalisinin həyat şəraitinin pisləşməyinə aparır və insanların bu bölgədən kütləvi gedişini doğuracaq.

 

Tərcümə Strateq.az-ındır.