XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 May 2016 - 12:06

Norveçli ekspert:"İslam Avropanın tarixində mühüm rol oynayıb"

mescid

Egil Asprem

Aftenposten (Norveç), 29.05.2016


 

İndiki çağırışlarla üzləşib İslamın Avropanın dini tarixindəki önəmli rolunu unutmaq lazım deyil. Biz yaxın keçmişdən başlaya bilərik. İslam cəmi bir neçə nəsil öncə qitə intellektualları üçün ən maraqlı dünyagörüş idi. Sofi Spaan və Marya Hannun “Avropa İslamı sevərkən” məqaləsində (Da Europa elsket islam, Foreign Policy, 4. mai) yazırlar ki,  ö dövrün dönükləri indi gördüklərimizlə müqayisədə özgə cür idilər.

Onların içində yəhudi filosofu, Berlindəki Əhmədiyyə məscidinin əsas xadimlərindən biri Huqo Markusu görürük. O zaman məsciddə Avropanın ruhsal həyatının aparıcı tendensiyaları müzakirə olunurdu. Markus İslam kontekstində Nitsşe, Kant və Höte haqqında mühazirələr oxuyurdu.

İngiltərədə Ellenson-Uinn lord Hedli 1913-cü ild İslamı qəbul etdi. Şeyx Rəhmətullah əl-Faruk adını götürdü, Həccə getdi və İslamın əzəməti, Böyük Britaniyada işıqlı gələcəyi haqda xeyli yazdı.

 

Ekzotik mədəni qiyam

 

İslamın Avropanın mənəvi həyatında o zamankı rolu Qərb universitetlərində altmışıncı illərdən mövcud olan buddizmdən seçilmirdi. İslamın qəbulu donub qalmış xristianlığa və boş dünyəviliyə qarşı ekzotik, mədəni qiyam idi.

XX əsrinn əvvəlində İslama heyranlıq müstəmləkəçiliyin, şərqçiliyin və modernizmin inkişaf xəstəliklərinin məhsulu idi. Bütün mənzərəyə geniş şəkildə yanaşılsa, Avropada İslama münasibət böyük dəyişikliklərə məruz qaldı. Avropanın zahiri sərhədlərini müəyyən edən təhdidli xarici düşməndən orta əsr Avropasının tamamilə ən böyük şəhərində (Kordova) dövlət dininədək. İntibah dövründə elmi və mədəni həsəddən hərbi və iqtisadi ehtiramadək, orta əsrlərin son dövründə sayğılı ticari tərəfdaş və diplomatik müttəfiqlərədək.

 

İslam və Reformasiya

 

İslamın reformasiya dövründəki rolu özəl maraq doğurur. Avropa tipli islahatın yoxluğu üzündən İslamın uyğunlaşma çətinliyinə məruz qaldığı hazırda geniş yayılmış baxış nöqtəsidir. Bircə müsəlmanlarda Lüter, Melanhton və Kalvin olsaydı! Bir çox səbəblərdən sarsıdıcı fikirdir.

Xristianlığın tarxində indiki islamçı ekstremistlərlə tutuşdurmağa hansısa hərəkat olubsa, bu məhz XVI əsrin radikal islahatçıları və Avropanı sonradan tikə-parça etmiş dini müharibələrdir.

Qeyzli protestantlar 1566-cı ildə Hollandiyada kafedral kilsələrə və monastırlara hücum etdilər. Kalvinçilər sürüsü ikona yasağını bu gün Taliban və İŞİD-in qəbul etdiyi kimicə qavrayırdı. Protestantizmin yuxarıdan tətbiq edildiyi dövlətlərdə ikona, heykəl və ziyanlı incəsənətin məhv edilməsi bu gün Səudiyyə Ərəbistanında baş verdiyi kimi deyil, daha mütəşəkkil şəkildə baş verirdi. Kilsə zəngləri sökülür və əridilir, mehrablardan çarmıx və təbərrüklər götürülüb müsadirə olunurdu. Dini azlıqlara münasibət də daha yaxşı olmaq istərdi. Yəhudilər xristianlığı qəbul etmək istəmədiklərindən Martin Lüterin özü sinaqoqlara od vurmaq, yəhudi kitablarını yandırmaq, yəhudilərin əmlakını müsadirə etmək və evlərini dağıtmağı təklif etdi. O həmçinin – eyhamla – deyirdi ki, yəhudiləri öldürmək lazımdır.

 

Papadansa türklər daha yaxşıdır!

 

Reformasiyanın vəhşilik və qəddarlığından xəbərdar olanlar buna bənzər nəyinsə təkrarını istəmirlər. Lakin Avropa arşını üzrə İslam islahatı haqda məsələ də başqa bir səbəbdən maraqlıdır: İslam dövlətləri Avropa reformasiyasına dəstəkdə önəmli rol oynadı.

1529-cu ildə Vyananın osmanlılar tərəfindən mühasirəsi Qərb sivilizasiyasına təhdid kimi həvəslə nəzərdən keçirilir. Lakin bu həm də Avropada dəyişilən və Müqəddəs Roma imperiyasının protestantlarına və ispanların nəzarət etdiyi Hollandiyaya sərfəli qüvvələr tarazlığının ifadəsiydi.

Sultan Süleyman protestantların qiyamına dəstək və Osmanlı imperiyasında lüteran dininə, kalvinçilərə azadlıq vəd etdi. Türklər və protestantlar dini bərabərliyə, xüsusən də ikona və bütpərəstliyə müqavimətə söykənirdilər. XVI əsrdə Niderlandiyada respublika, liberallıq və islahat ideyalarını möhkəmləndirmiş üsyan zamanı     “Liever Turks dan Paaps”  – papaçıdansa türklər daha yaxşıdır – döyüş çağrışını eşitmək olardı.

 

İslamın rolu bizi nəyə öyrədə bilər?

 

İspaniya tacına qarşı mübarizədə türkləri ingilislər də dəstəkləyirdi. Yelizavetanın donanması 1588-ci ildə İspaniya donanmasını darmadağın edərkən II Muradla gəlirli ticarət müqaviləsi sayəsində İngiltərənin iqtisadi əzələləri şişdi. Muradla kafir xristianlar arasında özünü xristian dininin müdafiəçisi kimi qələmə verən Yelizaveta arasında məktub mübadiləsi göstərir ki, dini bərabərliyə söykənmək hər iki tərəf üçün mühüm idi. Kilsə zənglərindən dəmir ling və İngiltərənin katolik binalarından müsadirə edilmiş materialları bütpərəstliklə məşğul olan katoliklərə qarşı müharibə üçün toplar istehsal edən osmanlılar ixrac edirdi.

İslamın Avropanınn dini tarixindəki rolu bizi nəyə öyrədə bilər? Birincisi, müəyyən dini qruplara münasibətimiz xeyli dərəcədə qüvvələrin siyasi tarazlığının məhsuludur. İslam bu cür protestantimzə dəstək idi, müstəmləkəçilik dövrünün sonuna doğru İslam bu cür mədəniyyətsizliyin dövlət rəmzi oldu və günümüzdə bu cür kürəsəl siyasi təhlükə oldu.

 

Bilik tezliklə yaddan çıxa bilər

 

Tarix həm də bizə öyrədir ki, bu gün mütərəqqi və müsbət yanaşdığımız hərəkatlar bir zamanlar tam özgə cür nəzərdən kerçirilə bilərdi. Reformasiyanın qanlı özəllikləri onun dözümsüzlüyü və mədəniyyətə ədavəti ilə birlikdə bizə bunu xatırladır. Bununla belə, protestantizmin daha açıq və azad cəmiyyət yaradılmasına verdiyi pay xeyli şəkildə onunla izah olunur ki, hər kəsin söz və etiqad azadlığını müdafiə etməsəydik, baxış nöqtələri və təriqət müxtəlifliyinin partlayışlı təzahürü əvvəlki kimi qitəni uçuruma sürükləyərdi.

Uğrunda böyük bədəlin ödəndiyi bu bilik, təəssüf ki, tezliklə unudula bilər. Çünki Avropa ölkələri (son zamanlar Danimarka) radikal dini səsləri söz azadlığını müdafiədənsə daha çox məhdudlaşdırma ilə qarşılamağı qət edir.

 

Tərcümə Strateq.az-ındır.