XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2016 - 18:02

Ailə xəyanəti nədən yaranır? –Araşdırma

xeyanet

mixstuff.ru, 31.05.2016

 

Ər-arvad vəfasızlığı mövzusuna xeyli film və kitab həsr olunub. Darıxan qadınlardan ideal arayan kişilərədək – bu əhvalatlar həyatın özü kimi sonsuzdur. İnsanları yalana nə vadar edir? Qismən bioloji təbiətmiz günahkardır, lakin çağdaş texnologiyalar da az rol oynamır.

 

“Xoşbəxtlik hormonu”ndakı fərq xəyanət ehtimalına təsir edir

 

Biz nəsə xoş bir iş görəkən, məsələn, yemək yeyəndə və yaxud sevgi ilə məşğul olanda qanımıza dopamin neyromediatoru keçir. Dopaminin iki müxtəlif tipi var. Həm də bədən onlardan yalnız hansısa birini istehsal edir. Alimlər aşkarlayıblar ki, daha davamlı dopamin effektli insanlarda xəyanət faizi yüksəkdir (haradasa 50%). Bu adamlar həm də riskə daha çox meyllidir və düşkünlüyə məruz qalırlar.

 

Məməlilərin əksəriyyəti poliqamdır

 

Məməlilərin ancaq 3%-i monoqamdır və insanlar əksər hallarda bu qrupa daxildir. Diqqətçəkəndir ki, genetik qohumlarımız primatların digər növlərinin əksəriyyəti bizim kimi ömrü boyu tərəfdaşla qalmır.

 

Sosial şəbəkələr xəyanətlərin sayını artırır

 

Sosial şəbəkələrin populyarlığının artımı ailə vəfasızlığını artımı ilə paralel gedir. Niyə? Adamlar Facebook və yaxud İnstagram kimi saytların sayəsində keçmiş sevgililəri ilə yenidən görüşüb xəyanət statistikasını və boşanmaları çoxaldırlar.

 

“Ağuş hormonu”nun səviyyəsi xəyanətə təsir edir

 

Vazopressin hormonunun əsas rolu bədəndə suyun saxlanması və qan damarlarının vəziyyətinə cavabdehlik olsa da, bu ağuş hormonu bizə cütlük qurmağa imkan verir. Vazopressini az insanlar xəyanətə daha meyllidir və tərəfdaşa az etibar edirlər.

 

Ər-arvadların əksəriyyəti gec-tez xəyanət edir

 

Ərli qadınların, təxminın, 50%-i, ailəli kişilərin isə 60%-i gec-tez kənarda macəra yaşayır. Bu rəqəmlər on il əvvəlkindən iki dəfə çoxdur.

 

Səsiniz nə qədər astadırsa, ehtimal yüksəkdir ki, tərəfdaş sizi xəyanətkar sayır

 

Kişinin səsi nə qədər astadırsa, qadın onu o qədər yüksək ehtimalla xəyanətkar sayacaq. Digər tərəfdən, kişilər yüksək tembrli səsi olan qadınları xəyanətkar saymağa meyllidir. Bu, onunla bağlıdır ki, səsin tembri testosteronla estrogenin səviyyəsindən asılıdır. Lakin qadınlar bəm səsli kişiləri daha cazibədar sayırlar – lap qısamüddətli münasibət üçün də.

 

Xəyanət o demək deyil ki, nikahda bədbəxtsiniz

 

Bu, sağalam düşüncəyə zidd olsa da, yalançılar tez-tez özlərini nikahda tamamilə xoşbəxt sayırlar. Xəyanətkar kişilərin 56%-i, qadınalrın isə 34%-i bildirirlər ki, nikahda “xoşbəxt” və ya “dedikcə xoşbəxt”dirlər.

 

Qadınlar daha çox ovulyasiya dövründə xəyanət edirlər

 

Bu fakt biologiyanın baxımından növün sağ qalması ideyasına tamamilə sığışır. Ovulyasiya (yetişmiş toxum hüceyrəsinin toxumluqdan çıxması-tərc..) vaxtı qadın tərəfdaşdan başqa onun diqqətini başqa kişilər də cəlb edir. Tərəfdaşı inanılmaz dərəcədə cazibədar olan qadınlar istisna təşkil edir.

 

Aldadanların əksəriyyəti iş vaxtı yeni tərəfdaş arayır

 

Tanışlıq saytının məlumatlına görə, aldadanların 68%-i işdə olarkən məşuqə axtarır. Maraqldır ki, onlar gündə 1,17 saat bu işlə məşğul olurlar, yəni bəzi adamlar iş vaxtı bir saatdan çox gizli tərəfdaş arayırlar.

 

Qadınlar və kişilər “xəyanət” anlayışına müxtəlif mənalar verirlər

 

Kişilərin əksəriyyəti fiziki, qadınların çoxu isə hissi xəyanətə çox pis yanaşırlar. Qadınlar daha çox müxtəlif ədaları xəyanət sayırlar. Məsələn, qadınların 90%-nə, kişilərin isə 75%-nə ehtiraslı öpüş, sms-lə flirt 90% qadına, 51% kişiyə xəyanət kimi görünür.

 

Orqazm imitasiyası xəyanətə apara bilər

 

Orqazmı imitasiya edən kişilər də, qadınlar da öz tərəfdaşlarına xəyanət etməyə çox meyllidirlər. Rəqəmlərlə ifadə etsək, qadınlar 20% halda, kişilər isə 5% halda orqazm imitasiyası edirlər. Diqqətçəkəndir ki, kişilər hər dəfə orqazm yaşayan qadınlarla qalmağa daha çox üstünlük verirlər.  

 

Boşanmaların 65%-nin səbəbi xəyanətdir

 

Xəyanətdən sonra nikahların əksəriyyəti pozulur. Cütlərin yalnız 35%-i bundan keçib bir yerdə qalmağı bacarır.

 

Nəslin müdafiəsi naminə aldatma

 

Dişi şimpanzelər körpələrini qorumaq üçün tez-tez bir neçə tərəfdaşa malik olurlar. Bu halda erkəklərdən heç biri körpənin atası olub-olmadığına əmin ola bilmir və onu öldürməyə cəhd etmir.

 

Xəyanətkarların nikahda cinsi fəallığı yüksəlir

 

Qana hormon tullantısı sayəsində aldadanlar ərə (arvada) münasibətdə də daha fəal olurlar.