XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 10:49

“Sovetski”də qalmaqal:"Kompensasiya ödəmədən başımıza oyun gətirirlər" - VİDEO, FOTOLAR

abide

“Sovetski” sakinləri söküntü işlərinin pərakəndə və ehtiyatsız şəkildə aparılmasına etiraz ediblər. Belə ki, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında, tarixi əhəmiyyətli olan arxitektur bina ona bitişik evlərin ağır texnika ilə sökülməsi nəticəsində qəzalı vəziyyətə düşüb.

Söküntü zamanı binanın su xətləri sıradan çıxıb, mənzillərin içərisinə su dolub. Pəncərələr sınıb, bu isə evdəki azyaşlı uşaqlara təhlükə yaradıb.

Strateq.az xəbər verir ki, musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və sakinlərin şikayətlərini dinləyib. 1909-cu ildə tikilən arxitektur binada yaşayan Faiq Əliyev söküntü prosesinin pərakəndə şəkildə aparıldığını deyib:

“Günorta saatlarından söküntü aparılır. Yasamalın icra başçısı İbrahim Mehdiyev də gəlib prosesdə iştirak edir. Binanın arxa tərəfinə bitişik olan evi uçururlar. 

Bina zədələndi, mənzilimi içərisinə su doldu. Kompensasiya ödəmədən başımıza belə oyun gətirirlər. Azyaşlı nəvələrim var. 1 iyun uşaqlar bayramında “sürprizlə” qarşıladılar. Heç bir təhlükəsizlik tədbiri aparmadan necə gəldi sökürlər. İcra başçısı məni aldatdı, söz vermişdi ki, sökülməyəcək. Əslində mənə kompensasiya ödədikdən sonra söküntü işləri aparıla bilər. Bu ətrafda binalar bir-birinə bitişik olduğundan divarlar zədələnir, uçma təhlükəsi yaranır. Bütün bunları icra nümayəndələri çox yaxşı bilir. Bir sözlə, icra başçısı mənimlə ədavət aparır”.

Ərazidə olan zaman icra başçısının müavini Səməd İslamov və bina sakini Faiq Əliyev arasında qalmaqal yaşanıb.

İcra nümayəndəsi söküntünün qanuni aparıldığını bildirib: “Bu bina memarlıqda siyahıdan çıxarılıb, söküntüyə gedəcək. Sökülən evlər isə dövlət tərəfindən alınıb. Söküntü zamanı kompensasiya ödənilməyən evlərə heç bir ziyanlıq dəyməyib”.

Abbas Mirzə Şərifzadə küçəsində digər evlərin qonşuluğundakı boş mənzillərdə də söküntü işləri aparılır. Mənzil sahibi evin damına çıxaraq söküntünün qarşısını almağa çalışıb. Ərazidə olan icra başçısı İbrahim Mehdiyev mənzil sahibini aşağı düşüb, onunla söhbət etməsini xahiş edib. Lakin sakin aşağı düşən kimi “sökün” göstərişini verib. Söküntü zamanı ev qəzalı vəziyyətə düşüb. Məişət avadanlıqları sıradan çıxıb. 

Daha ətraflı bu videodan izləyə bilərsiniz: