XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 09:46

Şah İsmaylın yeni qəsidəsi tapılıb –Qədim Muğanın kosmik mədəniyyət sistemi haqda araşdırma

saatli

Qaynaqların şəhadətinə görə, Muğanın ən qədim aborigenləri  sayılan muğlar Kür-Araz çayları arasındakı Tuğay meşələrində məskunlaşmışdılar. Onların inancına görə, Dirus ulduzu partlayışdan sonra üç hissəyə bölünüb və ulduzun bir hissəsi Yer kürəsinə tərəf gəlib. Yerin peyki olan Ayın yaranışı qədim mənbələrin böyük əksəriyyətində məhz bu təfərrüatla ifadə olunur. Ayın müqəddəs sayılması da məhz bu inancların kompleks təzahürləri ilə muğ miflərindən qeyri bir şey deyildir. İbtidai inanclara rəğmən muğlar Allahı tək və laməkan sayırdılar. «Vilcahan» adlanan kahin əslində muğların rəhbəri idi. Zəngin düşüncə və məlumat sahibi olan yuğlar yaşadıqları ulduzun məhv olacağını bilirdilər. Qədim mifik inanclara görə, böyük partlayışdan sonra onlar Tac-mahala, digər rəvayətə görə isə İraq ərazisinə enmişdilər. Mənbələrin verdiyi məlumata əsasən, onlar  Yer zamanı ilə 400500 il ömür sürürdülər. Tarixçilərin və etnoqrafların gəldiyi nəticəyə görə, Yer kürəsinə gələnlərin sayı 700 və ya 800 nəfər hesab edilir.

RederKrammer kimi tanınmış tədqiqatçıların gəldikləri nəticələrə müvafiq olaraq daha sonrakı zamanlarda gələnlərin ad təsnifatı aşağdakı cədvəl prinsiplərinin səciyyə bölgülərini özündə ehtiva edirdi:

Muğların sevimli daşları yaqut, zümrüd, kəhrəba, əqiq olmaqla geniş inanclar semantikasına malik idi. Bu daşları ceyran dərisi ilə alınlarına bənd edirdilər və yaxud üzüyə qaş düzəldərək barmaqlarına taxırdılar. Başçının, kahinin və sadə adamların üzükləri fərqli olurdu. Muğların qadınları üzük taxmazdılar.

Muğların əcdadı yuğlar gümüşü və kətanı çox sevirdilər. Hətta evlərin müəyyən hissələri gümüşdən idi.

 

Muğların evləri

 

Muğların qadınları 30-32 yaşlarında dünyaya uşaq gətirmək qabiliyyətini itirirdilər. Muğların evləri ikiqat saxsıdan ibarət olurdu. Onlar yay aylarında bu qatların arasına buz doldururdular. Evləri parlaq ağ maddə ilə suvanırmış.

Muğların 12 şəhəri var idi. Hər şəhərin özünün təlim-tərbiyə müəssisəsi, xəstəxanası, bazarı, anbarı, toyuq ferması, meydanı, parkı, məbədi var idi. Şəhərin bir küncündə şəhərdəki bazarları təmin etmək üçün anbar yerləşirdi. Şəhərin ətrafında isə əkin sahəsi, otlaq sahəsi və anbarlar yerləşirdi. Şəhər hasarlarını çiy kərpicdən çəkərdilər. Baş şəhərlərin adı Maldanus idi. Onların su dəyirmanları da işləyirmiş. Muğlar tikinti işlərini saxsı və çiy kərpic vasitəsi ilə aparırdılar.

 

Muğ məbədləri

 

Muğların məbədləri 12 dairəvi guşədən yuxarıdan baxanda günəşi xatırladan ulduz şəklində idi. Otaqların hər birinin ölçüsü 5×5 metr idi. Muğların məbədləri Atlagent adlanırdı (insanın kamilləşdiyi yer). Muğların məbədi dairəvi olmaqla başı şiş olardı. Məbəd, təqribən, 600-700 adam tuturmuş.

Məbədlərin günbəzinin hündürlüyü 12 m olurmuş. Günbəz iki yerdən yaşıl kətanla əhatələnir, 2 dairəvi pəncərənin kənarı gümüşlə haşiyələnirdi. Yaşıl kətanların ətrafı gümüş zəncirlə halqalanırdı. Məbəd 12 otaqdan ibarət olurdu. Hər bir otaqda bir (kişi) din xadimi otururdu. . Məbədin həyətinə fil sümüyündən və palçıqdan hazırlanmış “metlax” döşəyərdilər. Məbədin ətrafında dairəvi bağ olardı.

12 metr enində bütün məbəd boyu boş meydan olurmuş. Sonra ikinci dairə iki metr enində ağ gül, sonra iki metr enində qırmızı gül, sonra isə iki metr enində müxtəlif ağaclar əkilərdi. Məbədin 12 üçbucaqlı qapısı olardı. Bütün bunlardan sonra məbədin ətrafında 12 metr enində, 5 metr dərinliyində arx olardı. Hər otağın qapısına doğru arxın üzərindən 12 körpü salınardı, sayı 12 olan hər bir otaqda Tək olan Allaha səcdə olunardı.

Muğlar Muğan zonasında 9000 kişidən ibarət olub və dünyanın ən gözəl qadınları ilə evlənirdilər. Güclü duz istehsal edərdilər, istiotu çox sevirmişlər.

Ağsaqqallar şurası 5 nəfərdən ibarət olurdu. 1 başçı 4 müavin olmaqla on iki nəfər məsləhətçi olardı. Muğların din xadimləri Tənacli, dini isə Qalqanat olub (yəni tək Allah).

 

Muğların bazarları

 

Muğların bazarlarının quruluşu belə idi. Torpağı iki metr dərinlikdə qazır və çuxuru 12 şöbəyə bölürdülər. Hər şöbənin ölçüsü 12×12 metr idi. Şöbədə iki qapı var idi (giriş və çıxış). Divar və döşəməyə saxsı materialdan üzlük çəkilirdi. Bazarın yerüstü hissəsinin hündürlüyü iki metr idi. Bazarın döşəməsinə həsir sərir, divarlardan kilim asardılar. Divarlar ağ kətanla üzlənirdi. Bu bazarların üütü örtülü olardı. Otaqlarda mal saxlamaq üçün uzunsov saxsı təknələrdən istifadə olunurdu. Anbar qapılarının ağzında 12 qoruqçu duradı. Bazar üç növbə olmaqla 24 saat işləyirdi. Alver üçün pul istehsal emişdilər. Əmtəə mübadiləsi,vergi sistemi mövcud idi. Kişilər ildə bir dəfə qazanclarının 5/1-I məbədə ödəyirdilər. Ovçuluqla məğul olurdular. Onların çox güclü oxları və yayları olurdu. Torla balıq ovlamağı muğlar kəşf edib. Balıqpulunu  əridib kəlin onurğa iliyi ilə qarışdırıb güclü yapışdırıcı əldə edirdilər.

12 şəhərin hər birində bazar var idi. Sənaye mərkəzləri ucqarlarda yerləşirdi. Hər şəhərin 12 anbarı var idi. Bazarın baçısı Əksur adlanırdı. Bazarın 12 mühasibi var idi. Bazarın hər qapısında bir pilləkan var idi. Çiy kərpicdən hörülərək üstü saxsı ilə suvanır, ağ rəngli məhlul ilə boyanıb üzərinə həsir çəkilirdi.

 

Muğların bayramları və özəl günləri

 

Novruz bayramı, Fələk bayramı, Zəkat bayramı. Fələk bayramında gecə bir yerə yığılaraq ulduzlar və təbiət haqqında danışaraq xüsusi ibadət edirdilər. Zəkat bayramında sübh çağı ayaqyalın ağ kətan libas geyinib səhralığa üz tuturdular. Bir yerdə bərəkət ibadəti edib qayıtdıqdan sonra çoxlu heyvan kəsib taxıl, düyü və digər ərzaqlardan götürüb, yoxsul məhəllələrə gedib zəkat verirdilər.

Muğanın ədəbi abidələrdə öz əksini tapmış nadir nümunələri tədqiqata daxil etməyi işimizin əsas parametrlərindən biri kimi ön plana çəkdik. Şah İsmayıl Xətai yaradıcılığının ədəbi nümunələrindən olan «Mahmud və Məryəm» qəsidəsinin Muğanla bağlı təfərrüatlarını ön plana çəkirik. Nəzərə almaq lazımdır ki, Xətai bu qəsidəni məhz Muğanda – iki çayın birləşdiyi yerdə qələmə almışdır. Muğanın tarixi ilə bağlı elmi məlumatların məzmun zənginliyindən biri kimi bunu da qeyd etmək lazımdır ki, Səfəvilər dönəmlərində bu bölgə etibar, ardıcıl əqidə mərifəti və eləcə də həm əxlaqi, həm də dövlətçilik baxımından inanılmış mötəbərliyə malik idi. Belə ki, Qusarın Həzərə kəndində şəhid olmuş Şeyx Heydərin doğranmış cənazəsi ən inanılmış qızılbaş müridlər tərəfindən götürülərək Muğana gətirilmiş, gözləmə qəbrində (bu qəbirlər qiblə səmtinə məsafə istiqaməti ilə təyin edilir) dəfn edilmişdir.

Qeyd edək ki, aşağıda təqdim etdiyimiz qəsidə ilk dəfə dərc olunur və elmi ictimaiyyətdə böyük maraq doğurcağına ümid edirik.

 

Şah ismayl Xətai

“Mahmud və Məryəm” qəsidəsi

 

Həmd olsun ol xaliqə aləmləri səhman edib,

İnsanları qul qılmışkən və bəşəri mehman edib.

Bir Muğan düzü yapmış şahmalidən əflakədək,

Ənuşini həm yoğurmuş, tikeyi həm ənvalədək.

Bir nəhir care etmiş alt qoldan axıtmış nur,

Tam bəhir sarı getmiş qaltı yoldan tapıbmış şur.

Bir ğulam nöcavan xəlq eyləyib qılman təkin,

Pərilər eşq bağlayıb əvladidən sarıməndəkin.

Ya hulul etsə zuhur eşqi vurur səfdə durur,

Can verib can almışam, cam verib qan almışam.

Nəreyi – Heydər çəkib, «Quran»dan ümman almışam.

Mən Xətayi açıb eşqi Muğandan tazə-tazə,

Bəhrimənd etmiş heca sözləri çəkib nazə.

Bir süxən edib izah misraların ta qılıb ah,

Allahdır Allah yəqin Allah bilir təkdir Allah.

Kimdir Məryəm, nədir Məryəm, bilmirəm nədədir Məryəm,

Bu hüsni ki onda vardır hüsnündə bari əriyən.

Mahmudun bir misali həm hisal təlqini eşq becərib,

Bir damlada ayrı vücud, eyni sücud eşq cücərib.

Olmamış dərvişi pir – siması tikilmiş Meracı – sir,

Əsli-həkdən ənəlhəqqə, ənəlhəqdən riqqə tikir.

Çöhreyi- ərrahman «Yasin»i iqrar elə «ta» və «sini»,

Təkrari eyni «Quran»san nazil et birdə də «Yasin»i.

Əvvəlin bir əvvəli min əvvəlin sir əvvəli,

Bu ol sirr ki olmuş zöhdündə ta ən əvvəli,

Yanmış qapı Kəbəmisal Merac edib həm Fatimə,

Məryəmi qul götürmüş, fəzil qılmış Hatimə.

Əliyun və Vəliyun hubbub əqva səndəliyun,

«Dədə Qorquq» dastanında misal olub qəndəliyun.

Eşqin özü kölgəsindən qorxub qaçar şaman təkin,

Dəşqin özü kölgəsindən burxub açar daman təkin.

Məryəmin öz eşqində bir bəhr var, üz eşqində,

Bir vücudi- arif misal işarətdir, yüz eşqində.

Mahmudun qaşı lamdır, qəddi əlif, səcdəsi mim,

Eşqi saddır, ilhaqi nun, misali Məcnuni –cim.

Məryəmin Mərcanı Musa Məsihdən məmulidir,

Mahmudun məhəbbəti məsteyi-mey mənsubidir.

Muğanın cəvvari tək Yuğlar kimin əcdadı var,

Dirusun əsli səma misali Ay, əvdadı var.

Ol o Qılman qırıb «Ol»ı, olub fərman,

Merac edib ayələrdən tapıb dərman.

Talibi eşq olmuşam əslim əvam, halım dərman,

Tən çapıb tadan yarı külüng oxşar xaça sərman.

Necə yatmış ki bu qəlbin Meraci Əbbas intizarında,

Əbbas olub eşqə Nəbi surələr onun intizafında.

Həlqeyi kəsrət varundu əl-əman ovsun pilə,

Kaş oleydi Aşura, varidi –mehman olan Əbbasgilə.

Ənəlhəqdən ənəlpirə hisab ilə birə-birə birdən birə,

Ənəlsəndən həqqilmənə misal ilə şirə-sirə pirdən pirə.

Mahmudun həqq misali aşiqi-sadiq olmasındandır,

Məryəmin xaça qiblə afiqi-zaiq solmasındandır .

Xətai, bir nişan vur cəff elmindən dəff helminə,

İsmail tək muti olsan hər nə versəm, ver elminə.

 

Şöhrət Bədəlov

filologiya elmləri üzrə fəlsəfə doktoru

(Məqalə Saatlı Tarix-diyarşünaslıq Muzeyinin facebook səhifəsindən götürülüb).

Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin "Muğanımız – tariximiz, sərvətimiz" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.