XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 06:53

Azərbaycanın dərman bazarında “LEYNER” saxtakarlığı

Strateq.az Azərbaycanın dərman bazarındakı saxtakarlığa işıq salan maraqlı bir məlumat əldə edib.

Bildirilir ki, daha çox körpə uşaqların təlabatının olduğu “Leyner” adlı mazı Bakının apteklərindən tapmaq mümkün deyil və bunun da çox maraqlı səbəbi varmış.

Strateq.az qiyməti cəmi bir neçə qəpiyə olan mazın “qeybə” çəkilməsinin səbəbini araşdırarkən maraqlı faktları üzə çıxarıb. Gün ərzində baş vurduğumuz paytaxtın 20-yə yaxın ən böyük aptekinin heç birində “Leyner” tapa bilmədik. Adlarının çəkilməsini istəməyən aptek işçiləri bunun səbəbini belə izah ediblər: “Həmin maza tələbat çoxdur. Hər gün soruşurlar. Əvəzləyicisini çox baha olması səbəbindən, insanlar almır. Sözügedən maz isə Azərbaycanda istehsal olunur. Ancaq bir müddətdir ki, “Leyner” dərman bazarından yığışdırılıb və buna səbəb maza səhvən (?!-red.) streptaçitdən ibarət başqa tərkibin vurulması olub. Bunun da nəticəsində bir çox istifadəçilərdə mənfi fəsadlar yaranıb. Edilən çoxsaylı şikayətlərdən sonra mazın laborator analizi aparılıb və onun, həqiqətən də, standartlara cavab vermədiyi təsdiqlənib”.

Maraqlıdır ki, bu cür ciddi vəziyyətlə bağlı Səhiyyə Nazirliyi əhalini indiyə kimi xəbərdar etməyib. çünki evlərdə çoxlu sayda əvvəlcədən alınan “Leyner”lər də ola bilər ki, bu da insanlar üçün əsl təhlükə mənbəyidir.

Məsələ ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə etdiyimiz zənglərə isə cavab verən olmadı.

Xatırladaq ki, istifadə müddəti 2 il olan və reseptsiz satılan “Leyner” mazının tərkibində 2,5 q bor turşusu, günəbaxan yağı, lanolin, distillə suyu var.

Bu məlhəm dərinin qıcıqlanmasını azaldır və dəriyə yumşaldıcı təsir göstərir. Məlhəmdən daha çox körpə uşaqların müalicəsində istifadə edilir, böyüklər isə daha çox dəridə yaranan qızartılara, səpgilərə qarşı ondan faydalanırlar.

Strateq.az