XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 10:59

“Dünya hökuməti”:Aparıcı beş gizli qurum

DH

RİA Novosti, 10.06.2016

 

Yeni dünya düzəninin planlaşdırılmasını çox vaxt dünya elitasının nüfuzlu təmsilçilərinin qatıldığı qapalı təşkilatların ayağına yazırlar. Sputnik agentliyi beş ən məşhur, gizli cəmiyyətin icmalını hazırlayıb.

Dünya qüdrətlilərinin iştirak etdiyi Bilderberq klubunun illlik topılantıları zamanı protokollar aparılmır və jurnalistlərin iştirakına yol verilmir. Konfransa ancaq şəxsi dəvətlə girmək mümkündür, müzakirələrin məzmununu car çəkmək isə qadağandır.

Klubun növbəti, 64-cü topantısı 9-12 iyunda Drezdendə "Taschenbergpalais" otelində keçirilir. Məlumdur ki, burada BVF rəhbəri Kristin Laqard, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer, MKİ-nin keçmiş direktoru Devid Petreus, NATO-nun Avropa birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı Filipp Bridlav və Britaniyanın Mİ-16 kəşfiyyatının keçmiş rəhbəri Con Soers iştirak edəcəklər.  

 

Bohema klubu

 

1899-cu ildən başlayaraq hər iyulda Kaliforniyadakı “Bohema meşəsi” elitar istirahət güşəsinə istisnasız olaraq kişilər – qapalı Bohema klubunun üzvləri axışır. Keçmiş prezidentlər, görkəmli biznesmenlər, incəsənət adamları, KİV naşirləri onların içində olur.

Klubun devizi – “Tor toxuyan hörümçəklər bura gəlmir”.

Bohema meşəsinin ərazisində hansı sahə xadiminin yaşadığından asılı olaraq “düşərgələr” formalaşdırılıb. Səhnəsində teatr tamaşalarının keçirildiyi iki min nəfərlik amfiteatr da var.

Bohema meşəsinin rəmzi bayquşdur və müxtəlif mərasimlərin keçirildiyi meşənin ortasında ona doqquzmetrlik sement heykəl  qoyulub. Katolik müqəddəsi, klubun hamisi sayılan İoann Nepomutslunun heykəli də yerləşir. Əfsanəyə görə, o, kraliçanın tövbə sirlərini krala açmaqdan imtina edərək ölümü seçib.

 

Beynəlxalq münasibətlər üzrə şura

 

Bu özəl Amerika təşkilatı xarici siyasət məsələlərinin araşdırlıması ilə məşğuldur və iki aydanbir "Foreign Affairs" dərgisini nəşr etdirir. Şuraya 4900 nəfərdən çox adam – yüksəkçinli məmurlar, məşhur alimlər, biznesmenlər, jurnalistlər, hüquqşünaslar daxildir.

Beynəlxalq münasibətlər üzrə şuranı ABŞ-ın ən nüfuzlu beyin mərkəzi adlandırır, bəzən isə dünya hökuməti yaratmaq qəsdli əlbirlikdə ittiham edirlər.

 

Üçtərəfli komissiya

 

Təşkilatı 1973-cü ildən Devid Rokfeller yaradıb. Onun işində Şimali Amerika, Qərbi Avropa və Asiyadan (Cənubi Koreya və Yaponiyadan) siyasi, işgüzar və elmi dairələrin təmsilçiləri iştirak edirlər.

Üçtərəfli komissiyanın məqsədi “beynəlxaql sistemdə ümumi lider öhdəlikləri olan açar dünya bölgələrinin daha sıx əməkdaşlığına yardım” elan edilib. Lakin keçmiş respublikaçı senator Barri Qolduoter “Üzrsüz” kitabında təşkilatın fəaliyyətini siyasi hakmiyyətləri geridə qoyan “dörd hakimiyyət mərkəzini – siyasi, pul, intellektual və ruhsal – birləşdirməyə” cəhd kimi təsvir edib.

 

Energetika kommersiyası üzrə işçi qrup

 

"Commercial Energy Working Group" ABŞ-da nüfuzlu lobbiçi qrupu təmsil edir. Qurumun kimlərin maraqlarını təmsil etdiyi dəqiq məlum deyil, nə saytı var, nə də sosial şəbəkələrdə akkauntu.

Jurnalistlərin aydınlaşdırdığı kimi, qrup Vaşinqtondakı "Sutherland Asbill & Brennan" hüquq firması vasitəsilə fəaliyyət göstərir. O, şirkətin sənədlərində “energetika sahəsində cürbəcür kommersiya firmalarının qrupu” kimi göstərilir, lakin məhz hansıların – dəqiqləşdirilmir.

 

Tərcümə Strateq.az-ındır.