XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 09:12

Suriya Türkmanlarının tarixinə qısa bir baxış – Araşdırma

Redaksiyadan: Bu gün qlobal imperializmin dünya ağalığı uğrunda qan tökdüyü əsas bölgələrdən biriSuriyadır. Yaxın Şərqin mədəniyyət mərkəzlərindən sayılan bu diyarda gündə yüzlərlə insan qətlə yetirilir, uşaqlar yetim qoyulur, vətəndaşlar öz yurd-yuvalarından digərgin salınır, ölkənin demoqrafik xarakteri süni şəkildə dəyişdirilir. Xüsusilə son zamanlar qlobal güc mərkəzləri tərəfindən hazırlanan “Kürdüstanproyektinin həyata keçirildiyi Suriyada ən çox haqqı tapdanan etnoslardan biri isə türkmanlardır. Bəlkə də bir çoxlarımız bilmirik ki, türkman adıyla tanıdılan bu toplum bizim – Azərbaycan türklərinin özbəöz qardaşları, tarixən ayrı salınmış soydaşlarımızdır.

Tədqiqatçı Əli Şamilovun qələmə aldığı “Colan Türkmanları (folklor və etnoqrafiya örnəkləri)” adlı araşdırması bu mövzuya işıq tutan ən yaxşı əsərlərdən biridir. Aktuallığını nəzərə alıb, araşdırmanı hissə-hissə Strateq.az oxucularına təqdim edirik:

Əli Şamilov

(əvvəli bu linkdə: Colan türkmanları kimlərdir? – Araşdırma )

Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvadrat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir müsəlman-ərəb ölkəsi kimi tanınır. ölkə doğudan İraq, batıdan Ağ dəniz (Aralıq dənizi-red.), güneydən İordaniya və quzeydən Türkiyə ilə həmsərhəddir. İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpəliklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vilayətə – quberniyaya (muhafazaya) bölünür. ölkənin baş-kəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damas-cus dedikləri Dəməşq şəhəridir.

Yaxın Şərqdə yerləşən Suriya müsəlman-ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan ölkədə xristianlığa, buddizmə inananlar, fərqli məzhəblərə, o sıradan, qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə nüsayrilərə (ya da ərəb ələvilərinə), şiələrə, sünnilərə, durzilərə, xristianlara bölünən ölkə əhalisinin 7 faizini nüşayrilər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 faizə yaxınını sünnilər təşkil etsə də, hakimiyyətdə nüsayrilərdir (Maden Fahri, 2014:21). ölkədəki xristianlar da öz aralarında ortodokslara, protestantlara, kəldanilərə-suryanilərə, marinlilərə və b. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).

çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Xüms, Hama ve Lazkiyədir.

Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bölgə 18-ci yüzillikdən çökməyə başlamışdır.

Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və texnikada böyük uğurlara imza atmış oldu. “üçüncü dünya ölkələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.

Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdırıcılar düşünürdülər ki, sivilizasiyanın beşiyi Yunan mədəniyyətidir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədəniyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16-cı yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədəniyyət nümunələri də insan oğlunun Roma və Yunan mədəniyyətindən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşaması, yazıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitablar yaratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumerlərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Samuel N.Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.

Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərəyincə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qafqazda, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məskunlaşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı.

Türklərin tarixi, yayılma sahələri və b. ilə bağlı yanaşımlar üzərində dayanmadan, Colan Türkmanlarının durumuna aydınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türklərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.

Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yaratdığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevrilən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Dəməşqə (Şam) köçürür, bununla da Dəməşq şəhəri Əməvilər xilafətinin mədəni və siyasi mərkəzinə çevrilir. Abbasilər xilafəti dövründə isə bölgədə iqtisadi-siyasi çöküş başlayır (ASE, 1986:83).

(ardı var)

Strateq.az