XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 05:27

 Rusiyaya qarşı sanksiyaları qaldırmaq kimin səlahiyyətindədir? –Almaniya iki od arasında - Araşdırma

US President Barack Obama (2L), British Prime Minister David Cameron (L), German Chancellor Angela Merkel look on as Russian President Federation Vladimir Putin (C) arrives for the family photo during the G20 summit on September 6, 2013 in Saint Petersburg. World leaders at the G20 summit on Friday failed to bridge their bitter divisions over US plans for military action against the Syrian regime, with Washington signalling that it has given up on securing Russia's support at the UN on the crisis.  AFP PHOTO / JEWEL SAMAD

 

Rusiyanın Krım yarmadasını ilhaq etməsi və Şərqi Ukraynada yerli separatçıları silahlandırması Avropa Birliyini və Amerikanı sanksiyalar tətbiq etməyə vadar etdi.  Bir il keçməsinə baxmayaraq,  Qərb rəsmiləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini planlaşdırırlar. 

Lakin mövcud durumla bağlı ortalığa xeyli sualllar çıxıb: Rusiyaya qarşı indiyəqədərki sanksiyalar Şərqi Ukraynada əmin-amanlıq yaratdımı? Yoxsa sanksiyalar Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmətə vadar etdi? Yaxud, Krımı geri qaytardı?!

Əslində, gerçəklik budur ki, ortada pozitiv heç nə yoxdur.

Əksinə, Rusiya nə Krımdan əl çəkib, nə də Şərqi Ukraynada separatçılığa son qoyub. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə hörmət etmək fikri isə qətiyyən yoxdur. Moskva çox açıq və nümayişkaranə şəkildə "Minsk protokolu"nu yerinə yetirməkdən yayınır. 

Almaniyanın “Der Spigel” nəşrinin apardığı araşdırmaya görə, Avropa Birliyinə üzv bir sıra dövlətlərin rəsmiləri Rusiyaya qarşı sanksiyalardan heç də razı deyillər. Almaniya, Fransa, Macarıstan, İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya, Avstriya, Çexiya və Hollandiya sanksiyalara qarşı siyası mövqe nümayiş etdirirlər. Çünki sanksiyalar  Avropa Birliyində  ciddi iqtisadi problemlər yaradıb.

Bu səbəbdən də Rusiyaya qarşı tətbiq olunacaq yeni sanksiyalar artıq indidən sual altına alınır.

Belə görünür ki, Avropanın əskər ölkələri öz iqtisadi maraqları naminə, Rusiyanın Krımı ilhaq etməsiylə barışıblar. Onları heç Sərqi Ukraynadakı siyasi mühit də maraqlandırmır. Avstriya, Çexiya  və Macarıstan rəsmilərinin verdiyi bəyanta görə, onlar Rusiyaya  qarşı yeni sanksiyalarla razılaşmayacaqlar.

İtaliya baş naziri Matheo Renzi bəyanatında bildirib ki, ölkəsinin iqtisadi böhranla üzləşdiyi vaxtda sanksiyalara qoşulması ağılsızlıqdır. O deyib: “Əgər Almaniya Rusiya ilə birlikdə "Şimal axını” qaz kəməri lahiyəsi üzərində fəaliyyət göstərirsə, niyə İtaliya Rusiyaya ixracatını dayandırmalıdır?”.

Fransada da Rusiyaya sanksiyalarla bağı əhval-ruhiyyə dəyişməyə başlayıb. Fransa parlamentinin üzvləri sanksiyaların ləvğini müzakirəyə çıxarmaq qərarına gəliblər. Ona görə ki, Rusiya  Fransa kənd təsərrüfatı məhsulları üçün böyük bazardır. Rusiyaya ixracatın dayandırlıması fransız fermerləri müflisləşdirib.

Hazırkı siyasi mühitə Hollandiyanı da daxil etmək olar. Aprel ayında Hollandiyada  Ukraynanın  Avropa Birliyi ilə imzalanmış Assosiasiya Sazişi ilə bağlı referendum təşkil olunmuşdu. Referendumdan əldə edilən nəticəyə görə, hollandların böyük əksəriyyəti Ukraynanın Avropa Birliyinə inteqrasiya olunmasına qarşıdır.

Lakin  Polşa  və üç Baltikyanı ölkə – Litva, Latviya və Estoniya  Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsinə müxalif mövqe sərgiliəyiblər. Polşa və Baltikyanı ölkələr o zaman sanksiyaların azadılması ilə razı olacaqlar ki, onların ərazisində NATO-nun qoşunları yerləşdirilsin.

Avropa Birliyinin bazar iqtisadiyyatı Almaniyadan aslı olduğu kimi, xarici siyasəti də Almaniyadan aslıdır. İstər iqtisadiyyatda, istər xarici siyasətdə, istərsə də digər əhəmiyyətli məsələlərdə Avropa Birliyi üzvlərinin əksəriyyəti Almaniya və Fransa qarşısında acizdir.

Avropa Birliyinin Rusiya  və Amerika ilə diplomatiyasında da yalnız Fransa  və Almaniya həlledici rol oynayır. Ancaq Almaniya  və Fransa  Avropanın stabil siyasi mühitini  Rusiya və Amerika ilə müəyyənləşdirə bilər.

Avropa Komisiyyası, Avropa Parlamenti  və Avropa Şurasında sanksiyalarla bağlı müzakirələr, demək olar ki, Almaniyanın  rəhbərliyi ilə aparılıb. Avropa  Birliyinin Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsi Almaniyanın qərarından asılıdır. Almaniya kansleri Angela Merkel,  xarici işlər naziri Frank – Valter Ştainmer və iqtisadiyyat  naziri  Siqmar Qabriel bəyanatlarında bildiriblər ki, Rusiya irəli sürülən öhdəlikləri yerinə yetirərsə, sanksiyaların azaldılması üçün  güzəştlər ediləcək.

Yəni, Ukraynanın ərazi toxunulmazlığına əsaslanan Minsk Protokoluna Rusiya əməl etməlidir. Həmçinin Şərqi Ukraynada  seçkilərin keçirilməsində Rusiya Qərblə əməkdaşlıq etməlidir.

Əgər Moskva bu öhdəlikləri həyata keçirməyə cəhd göstərərsə, Almaniya ilk öncə bir sıra rus məmurlarının Avropaya  giriş məhdudiyyətlərini aradan qaldıracaq. Sonradan Rusiyanın maliyyə sektoruna zərər verən sanksiyalar da addım-addım azaldılacaq.

Xatırladaq ki, aprel ayında  Moskvada Almaniya-Rusiya forumu təşkil olunmuşdu.  Forumda  Almaniya parlament qrupları – Xristian Demokrat Partiyası, Sosial-Demokrat Partiyası və Sol Cəbhə Partiyasının rəsmiləri iştirak etmişdir. Forumun müzakirə edilən  vacib və əsas mövzusu məhz sanksiyalarla bağlı olub. 

Ancaq Almaniyanın Avropanın lideri olmasına baxmayaraq,  beynəlxalq  siyasətdə  Amerikadan həm siyasi, həm də iqtisadi cəhətdən aslıdır. İkinci dünya müharibəsindən bəri Almaniya  beynəlxalq siyasətdə ABŞ-ın hegemonluğunu dəstəkləyib və müstəqil siyasət yürüdə bilməyib. Almaniya ordusu Amerikanın Balkanlara müdaxiləsində də fəal iştirak edib. Almaniya siyasi liderləri açıq şəkildə Rusiyaya qarşı siyasi və iqtisadi mübarizədə Amerikanın tərəfində mövqe tutublar. Yəni, Almaniya parlamentinin rəsmiləri Rusiyaya qarşı sanksiyları ləvğ etmək istəyində olsalar da,  ABŞ-ın icazəsi olmadan Rusiyaya qarşı siyasəti dəyişməyə risk etmirlər.

Alman siyasi analitikləri yaxşı analayırlar ki, Almaniyanın ABŞ-ın siyasəti ilə məcburən barışması həm Avropa  və Rusiya arasında yeni soyuq müharibə yaradır, həm də digər Avropa dövlətləri arasında zidiyyətlər salır. Nə Almaniya, nə də Fransa  Amerika  və Rusiya arasında balansa əsaslanan alternativ siyasət müəyyən edə bilmirlər. Çünki geopolitik savaşda ABŞ və Rusiyanın bir-birinə güzəştə  getmək fikri yoxdur. Məsələ,  rəsmi Moskva Ukraynanın NATO  və  Avropa Birliyinə inteqrasiyası ilə heç cürə barışa bilmir. Ukraynada NATO qoşunlarının yerləşməsi Rusiyanı ciddi narahat edir. Moskva düşünür ki, Ukrayna mütləq neytral mövqe tutmalıdır. Elə bu səbəbdən, Rusiya Krımı ilhaq etdi və Ukraynın şərq ərazisində separatizm ocağı yaratdı. Rusiya  gizli şəkildə Şərqi Ukraynda  separatçı qüvvələri silahlandırır. 

Həmçinin, ABŞ-ın başçılığı ilə NATO ordusunun Polşa, Çexiya, Slovakiya və Baltikyanı ölkələr – Litva, Latviya  və Estoniyada  hərbi təlimləri  də Rusiyanı xeyli qəzəbləndirir.

Qısa desək, Rusiya Avropa ilə sərhədində ABŞ ordusunu görmək istəmir.  

Amerikaya gəlincə, ikinci dünya müharibəsində və soyuq müharibə dövründə əldə etdiyi qələbələrlə ABŞ hegemonluğunu bütün dünyaya tanıtdırır. SSRİ çökəndən sonra Amerika tez bir zamanda şəqri və cənubi-şərqi Avropaya nəzarəti təmin etdi. Üstəlik, Ukraynada və Cənubi Qafqazda da mövqeyini möhkəmləndirməyə çalışır.

Aydındır ki, ABŞ  heç cürə Rusiyaya qarşı sanksiyaların yüngülləşdirilməsi ilə razı olmayacaq. Amerikanın siyasi və hərbi dairələri iddia edirlər ki, sanksiyalar  azaldılsa belə,  Rusiya  Amerikanın Ukraynda ordusunu yerləşdirməsinə imkan verməyəcək.

Elə məhz Rusiya  və ABŞ arasındakı ziddiyyətlər  üzündən  Almaniya siyasi  və iqtisadi problemlərlə üzləşməkdədir. Əgər Almaniya  Rusiya ilə soyuq münasibətləri nizama salmağa cəhd etsə, onda ABŞ Almaniyanın beynəlxalq bazardakı maliyyə fondlarını zəiflətməyə çalışacaq. Bu bir həqiqətdir ki, dünya iqtisadiyyatında Almaniya nə qədər güclü olsa da, Amerika ilə rəqabət apara bilməz…

Nəticəyə gəlmək olar ki, Avropa Birliyi müstəqil şəkildə Rusiyaya qarşı sanksiyaları ləvğ edə bilməz. Sanksiyaların aradan qaldırılması yalnız Amerikanın səlahiyyətindədir…

 

Yunis Abdullayev

Strateq.az