XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 12:22

Putinin ABŞ-ı parçalamaq planı – Araşdırma

“Texası Meksikadan çapıb ayırmaq ədalətlidir?”

özünü Texas Millətçi Hərəkatının (TMH) “xarici işlər naziri” adlandıran Natan Smit keçən yaz Rusiyanın Sankt-Peterburq şəhərində ifrat sağçıların yığıncağında göründü. Kovboy şlyapasına baxmayaraq, Smit konfransda çox da seçilmirdi, çünki orada tənəzzülə görə Qərbi söyən faşistlər və neonasistlər üstünlük təşkil edirdilər. Ən azından, amerikalıya bir neçə sual vermiş Rusiyanın “Взгляд” adlı qəzeti qeyd etdi ki, Texas Millətçi Hərəkatını çətin ki mariginal qurum adlandırmaq olar və Amerikadan qismən ayrılmağın əla perspektivləri haqqında danışan Smitdən ixtiyari sitatlar gətirdi. Smit bildirib ki, onun təşkilatını 250 mindən çox adam, o cümlədən hazırda Amerika ordusunda xidmət edən bütün texaslılar müdafiə edir. Onların hamısı “özlərini birinci növbədə texaslı sayır”, lakin məcburən amerikalı olaraq qalırlar.

Smit əlavə edib ki, Birləşmiş Ştatlarda “demokratiya deyil, diktaturadır”.

Kremlin məşhur arabalar ordusu bu müsahibədən yapışdı və onu bütün şəbəkələrə yaydı. Onlarla bot (“robot” sözünün qısa forması-red.) bir anda “azad Texas” haqda məlumat verdi.

Bu, ruslar üçün vəcdli qisas anı oldu. Sovet İttifaqı dağılandan sonra rusların əksəriyyəti öz bəla və çətinliklərinə görə Birləşmiş Ştatları ittiham edir.

Putinin böyük populyarlığının səbəblərindən biri Rusiyanın keçmiş qüdrətini itirdiyinə görə, ABŞ-dan aşkar narazılıqdır. Birləşmiş Ştatlar Moskvanın təcrid edilməsi və Krımın ilhaqı, Şərqi Ukraynaya soxulduğuna görə Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün beynəlxlaq cəhdlərə başçılıq edəndə bu narazılıq daha da gücləndi. Bu qayda ilə son 15 ay ərzində gözlənilmədən və olduqca qəribə şəkildə rusiyalıların Amerikanın güney-qərbinə, xüsusən də separatçılıq əhvali-ruhiyyəsinin heç vaxt ölmədiyi Texasa marağı artdı. (1997-ci ildə separatçıların yaraqlıları girovlar götürərkən TMH-in sələfi olan “Texas Respublikası” özünü buraxdı.) Rusiyada çoxları Sover İttifaqının taleyini xatırlayıb Amerikanın dağılması və “E Pluribus Unum” (“çoxluqdan birlik”) şüarının əhəmiyyətini itirməsindən danışmağa başladı.

Texas – Krımın işğalından sonra Rusiyanın ayrılmağa görə dəstəklədiyi yeganə bölgə deyil. Venetsiya, Şotlandiya, Kataloniya… Rusiya KİV-i bu Qərb bölgələrinin ayrılmasını qızğın şəkildə müdafiə edir. (Əlbəttə, Moskvanın “Mənim üçün yox, sənin üçün azadlıq” ovsunu bidirir ki, Rusiyada Sibirin, tatarların və yaxud çeçenlərin müstəqilliyini müdafiə edən bir rəhbər çətin taparsınız.)

Moskvanın Avropadakı ifrat sağçılarla əlaqələrini öyrənən Anton Şexovtsev mənə dedi: “Qərbin sabitsizləşdirilməsi Rusiyanın gündəliyində durduğundan Amerika separatçıları ilə də əlaqə qurmağa cəhd edə bilər”.

Rusiya “Amerika cəmiyyətindəki sosial fikir ayrılıqlarını dərinləşdirmək, daxili siyasi sabitliyi pozmaq” istəyir. Həm də bəzi texaslılar bu cür atvoritar dəstəkdən uzaq durmaq əvəzinə qarşılıq verirlər.

Siyasi planda burada yeni heç nə yoxdur. Britaniyanın şifrəaçanları haradasa yüz il əvvəl “Simmerman ismarıcı” adını almış teleqramın açılışını Amerika səfirinə təqdim etdilər. O, inad göstərən Amerikanın I dünya savaşına girməsinə kömək etdi. Almaniya xaricin işlər naziri Artur Simmerman açılmış teleqramda Meksika hökumətinə məlumat verir ki, ABŞ müharibəyə başlasa, Meksikanın itirilmiş Nyu-Meksiko, Texas və Arizona ərazilərini döyüşlə geri almasını anlamaqla ümumi maliyyə yardımı göstərəcək”.

Prezident Vudro Uilsonun müharibəyə girməmək vədi bircə gecədə heç oldu.

Rusiya dövlət xadimi bir neçə ay əvvəl Simmermanın teleqramına bənzər, birbaşa Amerika hökumətinə ünvanlanmış bir jest etdi. çeçenistan parlamentinin spikeri Dukuhava Əbdürəhmanov xəbərdarlıq etdi ki, ABŞ Kiyevə silah tədarükünü artırsa, “biz Meksikaya ən müasir silahlar tədarük etməyə” və “hazırda Amerikanın Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada, Yuta, Kolorado və Vayominqin bir hissəsinin yerləşdiyi və Amerikanın işğal etdiyin ərazilərin hüquqi statusu haqda debatlara başlayacağıq”.

Bu hərbi yardımın alıcılarına gəlincə, Əbdürəhmanov hansısa qeyri-müəyyən “partizanlar”dan danışdı. (Əbdürəhmanov yeknəsəq nitqini bitirərkən hansısa anlaşımaz səbəbdən Co Baydeni indiki Ukrayna hökumətinin qurucusu adlandırdı.)

Əbdürhmanovun bu şərhləri vakuumda mövcud olsaydı, bu tamaşanı Rusiyanın həyəcanının diskussiyanın məntiqini öldürdüyünə növbəti dəlil kimi göstərib buna gülmək lazım gələrdi. Təəssüf ki, gülməyə əsas yoxdur.

***

Kremlin bu təbliğat səylərinin nə qədər uzağa və dərinə getdiyi aydın deyil. Lakin keçən ilin dekabrında rublun kursu qarşısıalınmaz şəkildə düşərkən Rusiya prezidenti Vladimir Putinin Qərbin guya göstərdiyi ikiüzlülüyə görə onun üzərinə atılması çətin ki təsadüf ola. Prezident nərildədi: “Ayını zəncirə vuran kimi dişini də, caynaqlarını da qopardırlar. Bu, baş verən kimi, tayqanı əllərinə alacaqlar. Dəfələrlə Qərbdən eşitmişik ki, resursları ilə bərabər Sibirin Rusiyaya məxsus olması ədalətsizlikdir. Ədalətsizdir, xoşunuza gəlirmi? Bəs Texası Meksikadan çapıb ayırmaq ədalətlidir?”.

Təbii ki, Rusiya dövlətinin KİV Krımın Texasla tutuşdurulmasını göydə qapdı və var gücü ilə naqqallığa başladı.

Sərhədlərin dəyişdirilməsi mövzusunda Texasın Rusiyanın ikiüzlü bəlağətinin içində görünməsi tamamilə anlaşılandır və burada gözlənilməz heç nə yoxdur. ABŞ-dakı separatçı hərəkatların fantastik landşaftında Texasın özəl yeri var. Alyaska və Kaskadiya respublikası təşkilatçılıq imkanlarına görə Texasın müstəqillik uğrunda hərəkatına hətta yaxın da gələ biməz. Müstəqilik uğrunda hərəkatın mitinqləri yalnız Texasda keçirilir və federal hökumət bu tədbirləri dağıdır. Smit bir məsələdə haqlıdır. Texas o ştatdır ki, 18-dən 29 yaşa qədərki əhalinin, az qala, əksəriyyəti özünü birinci növbədə texaslı, artıq sonra amerikalı sayır. Rus natiqlərinin fikrincə, tamamilə məntiqi şəkildə Texas itirilmiş müstəqilliyi bərpa edən ilk ştat ola bilər. Nəsə Baltikyanı kimi bir şey – lakin bataqlıqları və çay mənsəbləri ilə.

Təkcə Smitin Rusiya ilə əlaqələri diqqətə layiq deyil. Qatı irqçi və ağdərili milli hərəkatların mətin tərəfdarı texaslı Preston Uigington Moskvada yaşayıb və orada geniş əlaqələr qurub. Amerika Southern Poverty Law Center hüquq müdafiəsi təşkilatının məlumatına görə, Uigington Rusiyanın ifrat sağçı qüvvələri ilə etibarlı münasibət yaradıb. O yazır: “Rusiya müqəddəs irqi müharibəni başa düşən yeganə ölkədir”.

Uigingtonun münasibət qurduğub ən
görkəmli neofaşistlər içində, kim-kim, Foreign Affairs nəşrinin “Putinin beyni” adlandırdığı şarlatanlıq edən siyasət nəzəriyyəçisi Aleksandr Duqin də var.

ABŞ-ın sanksiya tətbiq etdiyi Duqin daha çox bununla məşhurdur ki, bu yaxınlarda ukraynalılara qarşı soyqırımına çağırdı. Lakin bu, bir neçə həftə əvvəl Texas universitetində mühazirə təşkil etmiş Uingingtonu dayandırmadı. Tədbirin təxirə salınması ilə bağlı yazılı müraciətlərə baxmayaraq, Uigington onu dinləməyə hazır olan auditoriyanı topladı və mühazirə baş tutdu. Orada Duqinin “Amerika liberalizmi məhv edilməlidir” adlı təqdimatı da oldu.

özünü “Texaslı” adlandıran bir oğlan da var. Bu, onun ləqəbidir. 50 yaşlı, uzunsaçlı, soyuq baxışlı kişi Ukraynadakı separatçılarla əməkdaşlıq edir. Yəqin ki, o, Moskvanın sevimli oğulları ilə çiyin-çiyinə vuruşan yeganə amerikalıdır. “Texaslı” You Tube-dakı kliplər silsiləsində gerçəkliyi şübhə doğuran faktları təqdim edir, dolaşıq açıqlamalar verir. Bu “11 sentyabr haqqında həqiqətin axtarıcısı” iddia edir ki, ABŞ-da, nə az, nə də çox, “meymun”un başçılıq etdiyi faşist hökuməti fəaliyyətdədir.

“Texas” tezliklə separatçıların təbliğat silahına çevrildi və söz verib ki, ABŞ-da mübarizəyə başlasın.

Donbas separatçılarının lideri Aleksandr Zaxarçenkonun sözlərinə görə, sözsüz ki, “Texas”ı yaxşı ana tərbiyə edib.

***

Bütün bunlar yetərincə yayğındır: adamlar, hadisələr, Meksika partizanlarını silahlandırmağa çağırışla bağlı intriqalar, faşist hökuməti devirmək tələbləri.

Ekspert Galeotti deyir: “Texas separatçıları özlərini bu qədər hay-küylü aparmasaydı və Moskva ilə oyuna girməsəydilər, çətin ki bu qədər məhurlaşardılar. Bu, sadəcə, özlərini təklif edən “səfehlərdən necə istifadə etmək” haqda Leninin ibarəsinin növbəti nümunəsidir”.

Bununla belə, Avropa Birliyinin parçalanmasına köklənmiş qruplara Rusiyanın müəyyən yardım göstərməsi, ABŞ bölmək istəyənlərə kömək cəhdləri bu cür siyasətin məntiqi davamıdır.

Putinin Texas dövlətçiliynə eyhamları son bir neçə ildə Rusiyanın müəyyən elmi dairələrində mövcud olan və hələ Krımın işğalı ilə bağlı Ukrayna dövlətçiliyinə qəsddən əvvəl meydana çıxmış bir nəzəriyyəyə işarə edir. Bu nəzəriyyəni, əsasən, keçmiş DTK agenti, hazırda Rusiya XİN Diplomatiya Akdemiyasına rəhbərlik edən İqor Panarin irəli sürür. Bu nəzəriyyə bildirir ki, ABŞ eynilə SSRİ kimi tərkib hissələrinə bölünəcək və qonşu ölkələr ayrılmış ştatları öz əllərinə keçirdəcək. (Yeri gəlmişkən, Rusiya Alyaskanı özünə qaytaracaq.)

Bəs bu separatçı hücumun başında kim gedəcək? Texas!

Keysi Miçel

“Politico” (ABŞ), 23.06.2015