XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 13:32

Asiya ölkələri niyə riyaziyyatda irəlidədir? –Araşdırma

YU

Səma Qarabıyık

Yeni Safak (Türkiyə), 25.06.2016

 

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının (İƏİT) şagirdlərin təhsil uğurlarını dəyərləndirmək üzrə beynəlxalq Proqram (PISA 2016) çərçivəsində üç ildənbir dərc etdiyi məruzədə Asiya ölkələri ənənə üzrə ilk yerləri tutur. Dünya iqtisadiyyatının 80%-ni təmsil edən 64 ölkədə 15 yaşlı məktəblilərin təhsil səviyyəsinin araşdırıldığı hesabatın nəticələrinə əsasən, Türkiyə riyaziyyat üzrə 45-ci, oxunanı qavramağa görə 37-ci və təbiətşünaslıq biliyinə görə 41-ci yeri tutub.

Şanxay, Sinqapur, Honqkonq və Güney Koreya riyaziyyat istiqamətində birinci olub, qiraətdə Şanxay, Honqkonq və Güney Koreya ilk birinci yerləri bölüşüb, təbiətşünaslıq biliyində Şanxay, Estoniya və Honqkonq ilk üçlüyə daxil olub. Türkiyə bütün istiqamətlər üzrə İƏİT üzrə orta səviyyədən aşağıda görünüb.

PISA məruzəsini analiz edən ekspertlər qeyd edirlər ki, riyaziyyatı öyrətmək əqli qabiliyyətlərin problemi deyil, sistem və üsulların problemidir. Və 1990-cı illərdən beynəlxalq təhsil liqasında birinciliyi heç kimə güzəştə getməyən Asiya pələnglərinin sirri məhz sistemdə gizlənib. Araşdırmanın əldə edilmiş nəticələri göstərir ki, ən önəmli rolu müəllimlərin tədris məşğələlərində istifadə etdiyi təhsil üsulları oynayır.

Aydın olur ki, riyaziyyatda uğurlu nəticələri olan ölkələdə müəllimlər riyazi anlayışlara deyil, elementar hesaba daha çox diqqət ayırırlar. Əqli hesablamaya hiss olunacaq dərəcədə böyük əhəmiyyət verilir, baza dərsliklərindən istifadə olunur, kiçik qruplara deyil, xeyli şagirdi olan siniflərdə təhsil prosesinə üstünlük verilir.

Riçard Nisbett “Düşüncənin coğrafiyası” kitabında Şərq və Qərb cəmiyyətlərini tutuşdurur və Şərqlə Qərbin sakinlərinin baxışlarının necə və niyə fərqləndiyi haqda mühakimələrini sübutlarla müşayiət edir. Bu kitabdan aşağıda gətirilən fraqment Asiya ölkələrinin riyaziyyatda nə üçün uğurlu olduğu sualına cavab verə bilər.

“Amerikada oxu və yazını öyrənən uşaqlar hökmən “Dik və Ceyn” („Dick and Jane“) dərs vəsaitindən başlayırlar. Vəsaitin ilk səhifəsində yaşıl çəmənlikdə qaçan balaca oğlan təsvir edilib, şəkili bu cür sətirlər müşayiət edir: “Bax, Dik qaçır. Bax, Dik oynayır. Bax, Dik qaçır və oynayır”".

Qərb mentalitetinə əsasən, bu, uşaqlara ötürülməli olan ən təbii baza məlumatıdır. Savad öyrənməyə başlayanlar üçün Çin dərsliyinin birinci səhifəsində özündən böyük oğlanın çiynində oturmuş balaca oğlan göstərilib. “Böyük qardaş kiçik qardaşın qayğısına qalır. Böyük qardaş kişik qardaşı sevir. Kiçik qardaş böyük qardaşı sevir”. Körpə çap sözü ilə ilk dəfə üzləşərkən fərdi hərəkəti deyil, insanlar, xüsusən də qardaşlar arasındakı münasibəti ötürmək vacibdir.

Uşaqları ətradakılarla ahəngdar şəkildə çulğaşmağa öyrədən Asiya praktikasından fərqli olaraq amerikalı uşaqlar hər bir uşağın bircə günə VİP olacağı məktəbə gedirlər. Yapon uşaqlarını özünütənqidi praktikadan keçirtməyə öyrədirlər ki, başqa insanlarla münasibətləri inkişaf etdirməyi və problemin həlli vərdişlərini qazanmağı bacarsınlar. Özünütənqid vasitəsilə perfeksinonizm (ən yaxşı nəticəyə nail olmaq mümkündür (və lazımdır) qənaəti-tərc.) mövqeyi ömrüboyu qalır. Öz peşəsində hələ ki on il çalışmamış heç kəs peşəkar hesab edilmir.

Qərbdən çıxanlar əndazəsiz xudbinlik və ifrat özündən razılığa sahib olduğu halda Asiya sakinləri özünü təkmilləşdirməyə can atmağı davam etdirirlər. Bir eksperimentin gedişində müşahidə etmək olardı ki, kanadalı şagirdlər əgər həll edə bilsələr, yaponlar isə uğursuzluğa düçar olanda onlara təklif edilən məsələ üzərində daha çox işləyirlər.

Qərb sakinləri az işdə müvəffəqiyyətə nail ola bilir – yaxşı başlaya bildikləri işlərdə. Bununla belə, Şərqin sakinləri bütün məsələlər üzrə vərdişlər qazanmağa və istənilən imkanı özünü təkmilləşdirmək üçün istifadə etməyə daha çox meyllidirlər.

Psixologiya üzrə mütəxəssislər başqa bir eksperimentin gedişində Amerika və Yaponiya ailələrinə baş çəkib valideynlərdən uşaqları ilə həmişəki kimi oynamağı xahiş ediblər. Amerikalı qadınlar yapon qadınlarından iki dəfə çox obyektlərin təsvirini istifadə ediblər. Yapon qadınları daha çox nəzakətə (həmdərdlik və salamlaşma) öyrədən durumlara əl atıblar.

Amerikalı qadının uşaqla söhbəti bu cür olub: “Bu maşındır. Maşını  görürsən? Xoşuna gəlir? Onun qəşəng təkərləri var”. Yaponiyalı qadın isə deyib: “Bu maşındır. Bunu sənə verirəm. İndi isə onu mənə ver. Sağ ol”.

Amerikalı uşaqlar dünyanın çoxlu əşyalar olan yer olduğunu bilirlərsə, dünya yapon uşaqları üçün, əsasən, münasibətlərdir.

 

Tərcümə Strateq.az-ındır.