XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 17:13

İŞİD-dəki azərbaycanlılar hadqa sensasion iddia:"Türkiyə sərhədində bomba hazırlayırlar"

isihid-222

"İŞİD Tabka hava limanında 71 təyyarədən 3-nü fəal uçuşa hazır vəziyyətdə saxlayır. Həmin təyyarələr Bəşər Əsəd rejimindən alınıb. İraqda da yerini bilmədiyim bir ərazidə 3 ədəd "F-16" döyüş təyyarəsi var. Onlar hazır vəziyyətdə gözləyirlər. Həmçinin Hələb Elektrik Stansiyasında hidrogen bombası hazırlanır. Mühəndislər bu bomba partlayarsa, 60 kilometrlik ərazidə hər yeri məhv edəcəyini deyirlər".

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu iddialarla ölkənin Qaziantep şəhərində həbs edilən İŞİD-in texnologiya (İT) üzrə mütəxəssisi Ersan Çelik çıxış edib.

O, kimyəvi silah və raketləri Kilislə sərhəddəki bir anbarda saxladıqlarını da deyib. 

Onun iddiasına görə, terrorçular qırıcılar vasitəsilə hücum etməyə hazırlaşırlar. Bu hücumu həyata keçirmək üçün 25 nəfərlik qrup hər gün təlim keçir.

Çeliyin sözlərinə görə, "canlı bomba"ların 3-ü Hələbdən olub. Qalanları Rakkadan gəliblər: "İŞİD-in ölüm birlikləri var və "canlı bombaları" hazır vəziyyətdədir. Bombalı aksiyalar üçün maşın və silah-sursat hazırlanıb. Türkiyə ilə sərhəddəki kəndlərdə, boş qarajlarda saxlanılır".

O, İŞİD üzvü olan azərbaycanlılarla bağlı da maraqlı iddia irəli sürüb. İddiaya görə, Ersan Çelik istintaqa ilkin ifadəsində deyib ki, azərbaycanlılar Türkiyə sərhədində partlayıcı maddələr hazırlayırlar: "Türkiyə sərhədinə çox yaxın ərazidə yerləşən Rai bölgəsində azərbaycanlıların hazırladığı, amma adı bilinməyən maye formada partlayıcılar var". 

Terror təşkilatının İT mütəxəssisi deyib ki, Türkiyəyə silahlar, qumbaralar, müxtəlif partlaycı maddələr gətirildiyindən xəbərdardır. Onlar 10-20 kq-lıq çantalarla ölkəyə gətirilib: “Mən özüm İstanbula gedərək oradan Ebu Yahya Şaminin verdiyi 30 min dollarla maket helikopterlər aldım".

Gəncin sözlərinə görə, əvvəlcə maket helikopterlərlə Kobanidə müşahidələr aparıb. Lakin sonradan onların Türkiyəyə qarşı istifadə olunacağından xəbər tutub və bilərəkdən yerə çaxıb yararsız hala salıb: "Onların Türkiyə ilə sərhədləri izlədiklərini bildikdə aramızda mübahisə düşdü. Məni oğurluqda ittiham etdilər. Ailəmi də alaraq Türkiyəyə keçdim. Hər şeyi öz ölkəm üçün etdim".  

Çelik bildirib ki,  Suriyanın Rakka şəhərində “Çeçen Ömər” ləqəbli terrorçunun başçılıq etdiyi anbarda kimyəvi silahlar saxlanılır.