XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 İyul 2016 - 11:37

ABŞ alimlərindən xəbərdarlıq:İqlim dəyişiklikləri 2020-ci ilə doğru dünyada ərzaq qıtlığı yaradacaq

iqlim

cont.ws. 04.07.2016

 

Alimlər dalğalı cərəyanlar üzündən kürəsəl iqlimdə “fövqəladə durum” haqda xəbərdarlıq edirlər. Və deyirlər ki, planetdə “iqlim xaosu” yaxınlaşır.

Dalğalı cərəyanların – cet-strimlərin ekvator xəttini keçdiyi və hava modellərində misli görünməmiş dəyişimlər başlandığı bəlli olandan sonra ətraf mühit üzrə iki ekspert “fövqəladə durum”dan danışmağa başlayıb. Ottava universitetindən Robert Skraybler və araşdırıcı Pol Bekvit dalğalı cərəyanların hərəkətlənməsi nəticəsində “havanın sabitsizləşməyi və ekstremal hava şəraiti”ndən xəbərdarlıq edirlər. Skraybler və Bekvit deyir ki, anomaliyalar daha çox iqlimin antropogen dəyişimindən baş verir ki, bu da dalğalı axınların dəyişilməsinə səbəb oldu, onları ləngitdi və böyük dalğalar yaratdı.

Skraybler öz bloqunda ətraf mühit haqda yazır: “Bu, havanın dedikcə qəribə mənzərəsidir və iqlimin dəyişimi nəticəsində meydana çıxıb. Normal dünyada qətiyyən baş verməyən hadiələr baş verir. Bu baş verən davam etsə, əsasən, fəsillərin yerdəyişiminə səbəb ola bilər”.

Bloger izah edir ki, iki dalğalı axın arasındakı maneə yayla qış arasında böyük ara yaradır. Bu maneə aşınmaya məruz qalsa, “öldürücü qış” başlana bilər və isti axınlar ilin “qış” zonasına soxula bilər.

O, davam edir: “İqlimin antropogen dəyişimi ilə qütblər qızdıqca orta en dairələrindən getdikcə daha böyük yarısferik dalğalı axınlar çıxır. Siz havanı sabitsizləşdirən və ilin fəsillərinin yerini dəyişdirən bu cür ekstremal generator əldə edirsiniz”.

Eyni zamanda cənab Bekvit təsdiqləyir ki, dəyişikliklər “iqlim əndazəsizliyi”nin uzun dövrünə daxil olacaq və əks dəyişikliklər üçün çətin ola bilər.  

O deyir: “İqlim sistemlərimizin davranışı özünü əvvəllər heç vaxt görməyi gözləmədiyimiz yeni və dəhşətli üsullarla bəlirləməyə davam edir. İqlim xaosuna xoş gəldiniz. Biz iqlim sahəsində fövqladə kürəsəl durum elan etməliyik”.

“Reaktiv axınların davranışı kürəsəl ərzaq təchizatı sisteminə çox güclü zərbələr niyyətindədir və irimiqyaslı geopolitik dəyişikliklər potensialı  var. Hazırda Yer kürəsində olduqca qəribə işlər baş verir”.

Dalğalı axınların iki forması var – qütblü və subtropik. Və şimal və cənub qütblərinin hərəsində bunlardan biri var. Axınlar Günəş şüasının atmosferi qızdırmağının nəticəsidir və ətalətin gücü ilə yerində saxlanır.

Əvvəllər məlumat verildiyi kimi, Dünya Hökumətinin beyin mərkəzləri və ABŞ-ın fövqəladə durumlar üzrə Federal Agentliyi (FEMA) yaxınlaşmaqda olan ərzaq fəlakəti haqda məlumat verib.    

Ərzaq böhranı ölkələrinin adları və müddəti açıqlanıb. FEMA təmsilçiləri deyirlər ki, təxminən, 2020-ci ilə doğru dünyanın hər yerində ərzaq qıtlığı qeydə alınacaq və qida məhsullarının qiyməti 400%-ədək qalxacaq.

Bu xülasə "Food Chain Reaction Global Food Security Group" təşkilatı çərçivəsində ərzaq təhlükəsizliyi üzrə irimiqyaslı Seminarın işinin yekunlarından sonra təqdim edilib. İxtisaslaşmış qrupların işi sarsıdıcı çıxıb: planetdəki bütün hökumətlər bilir ki, Günəş fəallığının Böyük Minimumu yaxınlaşır və onlar aqrar sektorda məhsuldarlığın azalması, kürəsəl miqyasda ərzaq kasadlığı və tədarük sistemlərindəki çaşqınlığın özləri üçü nəticələrini durdurmaqdan ötrü bu təlimi keçirir. Ən güclü problemləri böyük şəhərlərin sakinləri yaşamalı olacaq. Fəlakətlər, itkilər, hərc-mərclik Yer kürəsində tərtiblənən yeni durumun nəticəsi olacaq.

ABŞ-ın NASA milli kosmik idarəsindən xəbər verildiyi kimi, Yer kürəsində tezliklə minibuzlaşma dövrü başlanacaq. Bunun səbəbi Günəşin aşağı fəallığı ola bilər. Alimlərin bildirdiyi məlumata əsasən, bizim Günəşimiz cari dövrdə kifayət qədər sakit vəziyyətdədir və bu, davam edəcək. Fəallıq hazırda son yüz ildəki ən aşağı səviyyədədir. Məhz buna görə ehtmal var ki, planetimizdsə ortaillik hərarət azalacaq.

 

Tərcümə Strateq.az-ındır.