XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 15:21

Dünyadakı ən güclü 8 xüsusi təyinatlı dəstə –Siyahı

ordu-abs

Dünyadakı ən güclü elitar hərbi dəstələr ətrafında mistik və romantik fikirlər dolaşmaqdadır. Onlar hamıdan daha yaxşı hazırlığa malikdirlər və ən mürəkkəb tapşırıqları yerinə yetirirlər.

Nə vaxtkı adi əsgərlər risk etmək istəmirlərsə və ya bunu bacarmırlarsa, onda dövriyyəyə xüsusi təyinatlılar qoşulur. Bu yazıda dünyanın ən güclü 8 xüsusi təyinatlı dəstəsi barədə danışacağıq.

8. “Spesial Services Group”(SSG) – Xüsusi təyinatlı qrup

Ən yaxşı elitar ordulardan danışan zaman, Pakistan dərhal yada düşən ölkələrdən deyil. ”SSG” – səkkiz taborun hər birində 700 nəfər olmaqla, 5600 hərbçidən ibarət xüsusi təyinatlı dəstədir. Hər bir tabor bölük və qruplara bölünüb. Qruplarda on nəfər olur.
Özünəməxsus baş geyimlərinə görə, bu döyüşçülər vətənlərində “Qara leyləklər” adlandırılır. ”Qara leyləklər” 60 illik yubileylərini qeyd edirlər. Bu dəstələr sərhədboyu toqquşmaların və dini ekstremizmin vüsət aldığı hədsiz gərgin regionlarda fəaliyyət göstərirlər.
2014-cü ilin dekabrında Pakistanın “SSG” gücləri, Əl-Qaidənin operativ lideri Adnan Qulşaira əl-Şükrünü və onun beş əsgərinin izinə düşərək, onları məhv etmişdi.

7. “Fuerza de Guerra Naval Especial” – İspaniyanın xüsusi hərbi dəniz gücləri

2009-cu ilədək İspaniyanın xüsusi hərbi dəniz qüvvələri, xüsusi təyinatlı dəstələr (Unidad de Operaciones Especiales) adlanırdı. Belə güman edilir ki, xüsusi təyinatlı dəstələrdə 100 nəfər var. Onların qarşısında dayanan tapşırıq –dənizləri, sahilləri və sahildən quruya qədər uzanan 50 kilometlik məsafəni qorumaqdan ibarətdir.

Hesab olunur ki, bu dəstələr Britaniyanın “SAS” və Amerikanın “Dəniz pişikləri”nə uyğun şəkildə yaradılıb. İspanlar adı çəkilən hər iki xüsusi təyinatlılarla birlikdə təlimlər keçiriblər. Bütün müasir xüsusi təyinatlı dəstələrdə olduğu kimi, ispan qüvvələri də, nəinki düşmənlə, eyni zamanda dövlətin təhlükəsizliyinə xələl gətirən terror təhlükəsi ilə vuruşmağa hazırdır.

6. “Alfa”- Rusiya

“Alfa” xüsusi təyinatlıları 1974-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri Yuri Andropovun xüsusi qərarı ilə DTK-nin tərkibində yaradılıb. Bu qərar, 1972-ci il Münxen Olimpiadasında baş verən kütləvi qətllərdən sonra verilib.

“Alfa” dəstəsi Rusiya ərazisindəki terrorçulara qarşı və həmçinin də xaricdə keçirilən əməliyyatlarda istifadə olunub. Bu dəstənin əsas ixtisaslaşmış işi –girovların və ya qaçırılmış adamların azad edilməsidir.

Ancaq bu qrupun 2002-ci ildə Dubrovkadakı teatrda keçirilən əməliyyat faciə ilə nəticələnmişdi. Nəticədə 129 girov və 39 separatçı çeçen terrorçusu ölmüşdü. Buna görə də, ”Alfa” xüsusi təyinatlıları tənqid atəşinə tutulmuşdu.

5. “National Gendarmerie İntervention Group” (GIGN) -Xüsusi təynatlı jandarm dəstələri

“Alfa”kimi “GİGN”–də 1972-ci il Münxen olimpiadasındakı faciədən sonra 1974-cü ildə yaradılıb. Məhz o zaman aydın oldu ki, dünya yeni təhlükə – terrorizmlə üz-üzədir. Öz tarixi boyunca Fransa jandarmının xüsusi təyinatlıları 1800-dən artıq əməliyyat həyata keçirib və 600-dən çox girov azad ediblər.

Əməliyyatların əksəriyyəti geniş rezonans doğurub. Məsələn, 1994-cü ildə əlcəzairli terrorçular tərəfindən girov götürülmüş 229 sərnişinin xilas edilməsi.

2015-ci ilin yanvarında xüsusi təyinatlılar Parisdə “Şarli Ebdo” jurnalının redaksiyasındakı qətllərin arxasında duran iki terrorçunu məhv etmişdi.

4. “Sayeret Matkal” – İsrail müdafiə ordusu baş ştabının xüsusi təyinatlıları

İsrail daimi olaraq hücum və təhlükələrin hədəfinə çevrilən ölkədir. Lakin ümid var ki, ”Sayeret Matkal” xüsusi təyinatlıları gec və ya tez vəziyyəti qaydasına qoya biləcəklər. Bunlarla yanaşı, İsrail xüsusi təyinatlıları, həmçinin kəşfiyat toplamaqla və kritik vəziyyətlərdə əməliyyatlar keçirməklə məşğuldurlar.

Belə bir vəziyyət 1976-cı ildə baş vermiş və əməliyyat “Entebbe” adını almışdı. Fələstinli terrorçular Təl-Əvivdən Parisə uçan və içərisində 248 sərnişin olan Fransa təyyarəsini qaçırmışdılar. Terrorçular “Air France” laynerinin kursunu dəyişərək, onu Uqandanın Entebbe aeroportuna enməyə məcbur etmişdilər. Yəhudilər və İsrail vətəndaşlarını digərlərindən ayırmışdılar. Terrorçular girov götürdükləri adamları həbsdəki fələstinlilərlə dəyişməyi tələb edirdilər. Əks təqdirdə israillilər və digər yəhudiləri ölüm təhlükəsi gözləyirdi.

“Sayret Matkal” xüsusi təyinatlıları həmin aeroporta gətirilərək, girovların uğurlu şəkildə azad edilməsi əməliyyatını həyata keçirmişdilər. Bu hadisə bütün dünya KİV-ləri tərəfindən geniş işıqlandırılmışdı.

3. “Special Air Service” – Xüsusi Hava xidməti, Böyük Britaniya

İkinci Dünya Müharibəsinin gedişi zamanı “SAS” bir neçə təhlükəli əməliyyat keçirib. Münxen olimpiadasından sonra aydın oldu ki, dünyanın üzləşə biləcəyi başlıca təhlükə öz sifətini dəyişib. Ona görə də “SAS” terrorizmlə mübarizəyə hazırlaşmağa başladı.
Britaniyanın “SAS” komandosu bir çox məsələlərdə xüsusi təyinatlıların təlim-məşq sistemlərinin müəllifı sayılırlar. 1980-cı ilin fotosunda Britaniya xüsusi təyinatlılarının Londonda İran səfirliyinə hücum etməsi, bir hadisə kimi klassik xilasetmə əməliyyatına çevrilib (Nimrod əməliyyatı).

“SAS” dəstəsinin əsgərləri səfirlik binasının damından və fasadından içəriyə daxil olurlar. Sonradan atəş başlayır və nəticədə altı terrorçudan beşi oldürülür.

2. Deviz: ”Güc və hiyləgərliklə” – “Special Boat Service” (SBS – Xüsusi qayıq xidməti, Böyük Britaniya)

Xüsusi qayıq xidməti – ABŞ-ın “Dəniz pişikləri”nin Britaniya analoqudur. Əgər “SAS” quruda keçirilən əməliyyatlara cavabdehdirsə, ”SBS” döyüşçüləri dənizdə fəaliyyət göstərmək üçün təlim alıblar. Bu xüsusi təyinatlıların devizi – “Güc və hiyləgərlikə”dir (By strength and guile).

“SBS” – təlimləri dünyadakı ən ağır təlimlərdən biridir. Belə bir şayiə gəzir ki, təlim-məşq prosesində ölənlərin sayı, silahlı əməliyyatlar zamanı həlak olanların sayından çoxdur. Təlimlərin sisteminə dözümlülük sınağı, cəngəlliklərdə sağ qalmaq, əlbəyaxa döyüşlər və həmçinin də, bir çox döyüşçünün müqavimətini sındıran intensiv sorğu-sual metodu daxildir.

1. “Navy Seals” – “Dəniz pişikləri”, ABŞ

Amerikanın “Dəniz pişikləri” əksəriyyət üçün elitar hərbi qüvvələrin ideal nümunəsidir. Bu dəstələr prezident Con Kennedinin qərarı ilə 1962-ci ildə yaradılıb. Onda dünyadakı vəziyyət gərgin idi.

Fidel Kastronun devrilmə planından bir il öncə Kubadakı Koçinos buxtasının zəbt olunmasına edilən uğursuz cəhddən sonra, ABŞ-ın və şəxsən prezidentin nüfuzuna böyük zərbə vurulmuşdu. Bu dəstələr ABŞ-ın indiyədək iştirak etdiyi bütün silahlı münaqişlərdə istifadə olunub. 2 may 2011-ci il tarixində məhz “dəniz pişikləri”nin “Komanda 6” qrupu Pakistanın Abbotabad şəhərində Usama ben Ladeni məhv etmişdi.

azpolitika.az




Yuxarı Əvvələ Ana Səhifə