XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 14:59

Britaniya xüsusi təyinatlısı cihadçılara qarşı –Araşdırma

SAS

İlya Plexanov

ИноСМИ (Rusiya), 07.07.2016

 

Suriyada müharibənin lap əvvəlindən və İraq və Liviyada cihadçılara qarşı hərbi əməliyyatların fəallaşmasından bəri İngiltərə tabloidləri (kiçik formatlı qəzetlər-tərc.) və internetdəki tam “sarı” informasiya resursları Britaniya xüsusi təyinatlısının, birinc növbədə SAS-ınn bu ölkələrdəki müharibələrdə təfsilatlı və çox vaxt qəlbparşalayan iştirakı haqda hekayətlərlə alacalanır. Bəzi əhvalatlar aşkar uydurmaya, ola bilsin, zərrə qədər həqiqət payı olan hərbi nağıllara oxşayır. Mərkəzi KİV öz nüfuzunun qayğısına qalmaqla səhifələrində bu cür hekayətlərə yer vermir, lakin bu tip süjetlər oxuclarda bötyük populyarlıq qazanır və bir anda şəbəkələrdə yayılır.  

Bəzi səs-küylü əhvalatlar aşağıda təqdim olunur:

Amerikanın konspiroloji resursu Veterans Today Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında birgə Amerika-Britaniya özəl əməliyyatının sakit iflasından yazır. Yeni Suriya Ordusundan, İordaniya, Amerika və Britaniya hərbi müşavirlərindən ibarət dəstə cihadçıların əlindəki kiçik enmə-uçuş zolağına hücum üçün MKİ-nin İordaniyadakı bazasından İraq sərhədinıə doğru hərəkətlənir. Dəstənin yanına ABŞ və Britaniyanın xüsusi təynatlı desantı atılır və lap bu günlərdə – iyunun 30-da hədəf ələ keçirilib. Lakin bir müddətdən sonra 400-ə yaxın cihadçı İraq tərəfdən yeraltı lağımlardan əks-hücuma keçib və 40-a qdər suriyaını öldürüb, 20 nəfəri əsir götürüb. Qaynağın fikrincə, amerkalı və britaniyalılar da əsir düşüblər və bu fakt hər iki ölkənin hökuməti tərəfindən ciddi-cəhdlə gizlədilir.

The Sun nağıl edir ki, Britaniya xüsus təyinatlısı SBS (Special Boat Service) Liviyada Sirt yaxınlığında hücuma məruz qalıb və 30 dəqiqəlik döyüşün gedişində üçü Britaniya vətəndaşı çıxmış 30-a qədər cihadçını məhv edib. Öldürülənlər haqda məlumat Britaniya kəşfiyyatına ötürülüb.

Britaniyanın Express nəşri xəbər verir ki, SAS və İraq hərbçiləri Fəllucə uğrunda bu günki döyüşlərdə snayperi aramağa cəhd edərkən atılmış fabrikin binasında mühasirəyə düşüblər. Dəstəyə cihadçılar hücum edib, bir neçə iraqlı öldürülüb, dördü yaralanıb. Britaniya SAS-nın döyüşçüsü yaralıları atəş altından çıxartmağa cəhd edərkən cavab atəşi açıb, lakin döyüş sursatı tezliklə qurtarıb. Cihadçılar britaniyalını əsir götürməyə çalışıblar və əlbəyaxa döyüş başlanıb. Döyüşçü bir bıçaq zərbəsi ilə hücum edənlərin birinin başını bədənindən edib, başqasının xirtdəyini kəsib, digərini yaralayıb və üçünü də öldürüb. Cihadçılar britaniyalının  qəzəbindən dəhşətə gələrək döyüş meydanından qaçıblar. Xüsusi təyinatlı isə mövqeyə qayıdıb, qanını yuyub və yenidən döyüşə gedib.

Morning Star yazır ki, Britaniya xüsusi təyimnatlısı İraq və Suriya sərhədlərini tez-tez keçib istehkamlar ucaltmaq və logistik tədarüklərin sahmana salınmasında Yeni Suriya Ordusuna (YSO) yardım edir. ABŞ-ın dəstəklədiyi YSO Suriyada radikal cihadçılara qarşı vuruşur, lakin həm də Əsədin də qüvvələrinə qarşı durur. Qəzet həmçinin yada salır ki, SAS-ın 3 döyüşçüsü bu ilin fevralında İraqda Mosul yaxınlığında məxfi əməliyyatın gedişində yaralanıb.

The Daily Caller SAS snayperinin Liviyadakı uğurunu qeyd edir – o, 800 metr məsafədən bir atəşlə hərəkət edən sürücüsünü başından vura   bilib, güllə onun başından çıxaraq ikinci sərnişin boynuna girib. İdarəni itirimiş maşını sonra Liviya ordusunun əsgərləri atəşə tutub. Məlum olub ki, iki cihadçı böyük həcmdə partldıcı aparırmış və Tripoli bazarını partlatmağı planlaşdırırmışlar.

The Sun ilin əvvəlində Suriyada Rakka yaxınlığında səhra komandirinin məhv edilməsi üzrə əməliyyatın təfərrüatları haqda yazır. Britaniya SAS-nın müsəlman qadını çarşabına bürünmüş səkkiz döyüşçüsü cihadçıların nəzarət etdiyi yaşayış məntqəsinə sızıb və hədəfin yerləşdiyi evi müəyyən edirək Amerika pilotsuzunu ora yönəldiblər. Əməliyyat başa çatarkən döyüşçülər yaşayış məntəqəsini tərk etməyə başlayıb, lakin düşmən onları görüb dayanmaq əmri verib. Çarşablarını atan xüsusi təyinatlılar heyrətlənmiş düşmənə atəş açıblar. XT aradan çıxmağa nail olub. Bu əhvalat tezliklə əfsanəyə, mifə döndü. Cihadçılar isə şayiə buraxdılar ki, “kafirlər” o qədər qorxaqdır ki, döyüşə kişilərin əvvəzinə qadınları göndərirlər.

International Business Times yazır ki, SAS snayperi qurşaqlarında partladıcı olan beş cihadçıya 800 m-dən atəş açıb. Üç atəş nəticəsində partladıcı maddələr partlayıb və cihadçıların beşi də həlak olub.

Həmin resurs yada salır ki, 2015-ci ilin avqustunda SAS snayperi Suriyada min mer məsafədən ata və səkkiz yaşlı oğlunun boynunu vurmağa hazırlaşan cəlladın başından vuraraq ata-oğulu ölümdən qurtarıb. Snayper sonra daha ikin cihadçını ölüdürüb. Yaraqlılar və kütlə xof içində qaçaraq dağılışıb.  

Bu əhvalat Britaniya sosial şəbəkələrində virus kimi yayılıb və min dəfələrlə layklanıb.

Sunday Express yazır ki, SAS-ın cihadçı libası geyinmiş və Xilafətin bayrağını götürmüş 120 döyüşçüsü şərqi Suriyada sərbəst şəkildə gəzərək gerçək cihadçıları məhv edir, həmçinin Koalisiya aviasiyasını yönəldir.

The Arab Weekly təkcə Suriyada əməliyyatlar aparan Qərb xüsusi təyinatlılarını hesablayaraq yazır ki, ərazidə, təxminən, 300 amerikalı və avstraliyalı, 150 ingilis və 150-yə qədər fransız var.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə