XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 00:04

ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor”dan sensasion hesabat:“Rusiya NATO-nun müdaxiləsi ilə üzləşəcək"

nato

“Rusiya bundan sonra Qara dənizdə NATO-nun bu regiona artan marağı səbəbindən Alyansın daha çox müdaxiləsi ilə üzləşməli olacaq”. 

Belə bir proqnozla ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” hərbi-analitik qurumunun ekspertləri hazırladıqları hesabatda çıxış ediblər.

Hesabata görə, yaxın zamanlarda Qara dəniz hövzəsində nüfuz uğrunda rəqabət kəskinləşəcək: “2014-cü ildə Krım Rusiyanın tərkibinə daxil edildikdən sonra Qara dənizdə qüvvələr nisbəti dəyişib. Ukrayna meydandan çıxarılıb, Moskva isə öz donanmasını gücləndirib”.

“Bu arada Avroda Rusiyanın siyasətini cilovlamağa çalışan NATO-nun gözündə Qara dəniz akvatoriyasının əhəmiyyəti artıb” – deyə, qeyd olunur. 

Müəlliflərə görə, Şimali Atlantika bloku Qara dənizdə qeyri-Qara dəniz ölkələri hərbi gəmilərinin tonnajını, sayını və qalma müddətini məhdudlaşdıran 1936-cı il Montre konvensiyasını nəzərə almalıdır. 

“Ancaq NATO kimi çoxmillətli qüvvələr öz donanmalarını bir neçə ölkənin gəmiləri ilə komplektləşdirməklə və orduların rotasiyası ilə həmin məhdudiyyətlərdən yayına bilər. Məhz ona görə də alyansın iyulun 8-9-da Varşavada keçiriləcək sammitində Qara dənizdə alyansın birgə hərbi-dəniz qüvvələrinin gücləndirilməsi imkanları da müzakirə olunacaq” – deyə, sənəddə bildirilir.

Lakin sənəd müəlliflərinə görə, Qara dənizə çıxışı olan heç də bütün NATO ölkələri regionda Alyansın qüvvələrinin artırılmasını dəstəkləməyə hazır deyil: “Məsələn, Rumıniya yəqin ki, bunu qızğın tərəfdarı olsa da, Türkiyə və Bolqarıstan Rusiya ilə düşmənçilik istəmədikləri üçün buna ehtiyatlı yanaşa bilər”. 

“Stratfor”a görə, bu yaxınlaradək Türkiyə də NATO-nun Qara dənizdə güclənməsinin tərəfdarı kimi çıxış edib, ancaq son vaxtlar Ankara “Su 24” insidentinə görə Moskva ilə pozulmuş münasibətləri qaydaya salmağa başlayıb, bu üzdən məsələyə ehtiyatlı yanaşa bilər.

Analitiklər həmçinin, regionda hərbi-dəniz qüvvələri arasında nisbəti müqayisə ediblər: “Regionda hərbi gəmilərin sayına görə Rusiya NATO-dan geri qalır. Amma Rusiyanın bir çox başqa üstünlükləri var – məsələn, aviasiyada. Bundan əlavə, Moskva öz donanmasını, o sırada sualtı qayıqlarını fəal şəkildə modernləşdirməklə məşğuldur”.

Musavat.com




Yuxarı Əvvələ Ana Səhifə