XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 11:05

“BP”-nin sifarişi ilə yaradılmış bədheybət  planeti təhdid edir  –"Sintiya" yağışla da daşınır

sintiya

Andrey İvanov

Свободная Пресса, 09.07.2016

 

Planetimiz ən yaxın dövrdə Qiyamət günü haqda fantastik kitablarda təsvir edilmiş çağrışlara bənzər təhlükə ilə üzləşə bilər. Britaniyanın "The Guardian" qəzetinin xəbər verdiyi kimi, Meksika körfəzində neft çirklənməsi ilə mübarizə üçün yaradılmış ilk sintetik “Sintiya” bakteriyası heyvan və insanlara hücum etməyə başlayıb. Təhlükəli mikroorqanizm hazırda Avropaya doğru hərəkət edir.

Əhvalat başlanğıcını "British Petroleum"un plaformasında partlayışn baş verdiyi 2010-cu il aprelin 20-dən götürür. Qəza nəticələrinin aradan qaldırıldığı yarım ildə dənizə beş milyon barreldən çox neft axdı. Ləkə 100 min kvadrat km-dən çox ərazini tutdu. "British Petroleum" ekoloji ziyanın doğurduğu itikilərin əvəzində iddialar üzrə balıqçılara və turist firmalarına, demək olar, 27 milyard dollar təzminat ödədi.

Görünür, elə çox böyük maliyyə itkiləri şirkəti çirklənmə ilə mübarizədə qeyri-ənənəvi mübarizə üsulları haqda düşünməyə vadar edib. 20 alim Amerikanın C.Kreyq Venter institutunda Nobel mükafatı laureatı Hemilton Smitin rəhbərliyi ilə “minimal bakterial genom” deyilən mikroorqanizm əldə edə bildilər. “Sintiya” adlı "musoplasma laboratorium"un tərkibində yerüzündəki bütün canlılardan fərqli olaraq təbii DNT yoxdur.

Smit

“Sintiya” təəccüblü zirəklik nümayiş etdirdi. Əvvəlcə neft ləkəsi azaldı, lakin bakteriya tezliklə mutasiyaya uğradı və canlı orqanizmlərə keçdi. Qəribə hadisələr baş verməyə başladı. Arkanzasda beş mindən çox quş tələf oldu, sonra Şimali Luiziana sahillərində 100 mindən çox balığı ehtiva edən sürü məhv oldu. Eyni zamanda "British Petroleum"un qəzanın ləğvində iştirak etmiş 128 işçisi xəstələndi. Bəzi məlumatlara görə, kömək üçün ictimai xəstəxanalara müraciət etmək onlara qadağan edilib.

Sonra vəziyyət ancaq pisləşməyə başlayıb. CDC (ABŞ-da xəsətliklərə nəzarət və profilaktika mərkəzləri) məlumatına görə, 2014-cü ildə bakteriya üzündən 97 nəfər xəstələnib, onların 27-i ölüb.

İki üsulla yoluxmaq mümkündür: birinci, hətta ən cüzi yara vasitəsilə, ikinci, çiy dəniz məhsulları vasitəsilə. Mikrob orqanizmə düşdükdən sonra əzələ ilə dəri arasındakı qata keçir. Bakteriya canlı toxumanı məhv edən toksin ifraz edir.

KİV-in məlumat verdiyi kimi, bir texaslı ayağını sidiklə isladıb, lakin artıq bir neçə saatdan sonra həkimlər amputasiya haqda qərar qəbul ediblər. İnsanda xəsətliyin ilk əlamətləri səpgi, suluqlar, ürək bulanması və diareyadır. Bakteriya orqanizmə düşdükdən iki gün sonra ölüm baş verə bilər.

İstisna deyil ki, ABŞ hökuməti fəlakətin miqyasını adamlardan gizlədir. Lakin Kolumbiya federal dairəsi universitetinin məlumatına görə, Meksika körfəzi sahilboyu sakinlərinin 40%-ə qədəri son illərdə ciddi dəri və tənəffüs yolları xəstəlikləri keçiriblər.  

Araşdırma nəticələrinin xəbər verdiyi kimi, təhlükəli bakteriyalar sürüsü artıq Qolfstrimə çatıb, bu isə birbaşa Avropaya yoldur. Və bu gün heç kim zəmanət verə biməz ki, “Sintiya” Aralıq dənizinə sızmayacaq. Axı o, hətta yağış buludlarında da daşına bilir. Bu isə epidemiyanın mümkün yayılma coğrafiyasını xeyli genişləndirir. Bu o deməkdir ki, Fransanın məşhur Lacivərd sahil çimərlikləri, Kataloniya, İtaliya Liguriyası, həm də Türkiyə ilə Yunanıstanı yaddan çıxarmaq lazım gələcək. Mikroskopik “Sintiya” Güney Avropanın bütün turbiznesini udacaq.  

Vaşinqton, Nyu-York, Boston, Mayami, Riçmond daxil olmaqla ABŞ-ın şərq sahillərindəki ən böyük şəhərlər ziyan çəkənlər içində ola bilər. Çünki Qolfstrim birbaşa onların yaxınlığından axır.

Məlumdur ki, “Sintiya” çox sürətlə çoxalır, yoluxdurduğu toxumalarda özünü törədir və antibiotiklər ona təsir etmir.

Hələlik mətbuatda özəl laboratoriyalarda yaradılmış bakterioloji silahlar müzakirə olununca əvvəlcə xeyirxah niyyətlə yaradılmış mikrob fəlakət gətirə bilər. Lakin nəyin daha pis olduğu məlum deyil: şər niyyət, yoxsa transmilli şirkətlərin simicliyinin nəticəsi.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə