XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 11:26

Türkiyədə hərbi çevrilişlər –TARİX

Turkiyede-herbi-cevirilish

21-ci əsrdə,  Cümhuriyyət tarixində Türkiyədə ilk hərbi çevriliş 1960-cı ilin may ayında baş verib. Bu dövrdə Demokrat Partiya iqtidarda idi. İnsan hüquq və azadlıqları uğrunda mübarizə fəallarının həbsi, bürokratiyanın əsas gücə çevrilməsi, avtoritar idarəetmə, iqtisadi tənəzzül  ziyalılar və hərbiçilərin narazılığına səbəb olmuşdu. Hakimiyyətə qarşı etirazlara reaksiya olaraq hökumət 1954-cü ildə KİV-in fəaliyyətini sərt tənzimləyən qanun qəbul etdi. "Ulus", "Hüriyyət", "Tərcüman" qəzetləri bağlandı. 1960-cı ilin yazında minlərlə insan Ankarada etiraz nümayişlərinə çıxdı. Mayın sonunda hərbçilər hakim Demokrat Partiyasının rəhbərlərini həbs etdi. 1961-ci ildə baş nazir Adnan Menderes asıldı. Onunla birgə maliyyə və xarici işlər naziri edam olundu…

1971-ci ildə ordu baş nazir Süleyman Dəmirəli istefaya getməyə məcbur etdi. Hərbçilər Atatürk islahatlarını davam etdirəcək yeni hökumətin formalaşmasını tələb etdilər. Hakimiyyətə gələn texnokrat hökumət Konstitusiyaya dəyişiklik edərək, orduya xüsusi səlahiyyətlər verdi…

1980-ci ildə isə hərbçilər solçu və sağçı qüvvələrin silahlı münaqişəsindən sonra hakimiyyəti ələ keçirdilər. 70-ci illərin sonunda ölkədə siyasi bölünmə və münaqişələr pik həddinə çatmışdı. 10 il ərzində solçu-sağçı toqquşmalarında ölənlərin sayı 5 mini keçmişdi. 1980-ci il hərbi çevrilişindən əvvəl ölkənin onlarla vilayətində artıq hərbi vəziyyət elan olunmuşdu. Hökumətin devrilməsindən sonra general Kenan Evren başda olmaqla hərbiçilər hakimiyyəti götürdülər. 1980-1983-cü illər ərzində hərbçilər ordunun səlahiyyətlərini artıran 800 qanunun qəbuluna nail oldular. Hərbi çevrilişdən sonra 230 min nəfər həbs edildi, 14 min nəfər vətəndaşlıqdan məhrum olundu…

1997-ci ildə hərbçilər Türkiyənin baş naziri Nəcməddin Ərbakanı istefaya getməyə vadar etdilər…

2007-ci ildə AKP-nin hakimiyyətə gəlməsindən 5 il sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı mətbuat üçün açıqlama yayaraq ordunun “Atatürkçülüyə, dünyəviliyə və respublikanın təməl prinsiplərinə sözdə deyil, əməldə sadiq olduğunu” bəyan etdi. Bu addım  əsgərlərin hakimiyyə açıq təzyiqi, Ərdoğanı devirməyə hazırlıq  kimi dəyərləndirmişdi. Ərdoğan ordunun təzyiqləri qarşısında geri çəkilmədi və mövqeyini qorudu.  Bu açıqlamanın yayılmasında rolu olanlar isə istefaya göndərildi…

Strateq.az