XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2015 - 23:59

İnsan Hüquqları Komitəsinin tərkibinin seçilməsi və fəaliyyət mexanizmi – Elmi məqalə (I hissə)

sefter-esas.jpg

Sefter Rehimli

[email protected]

Birinci hissə

Məqalədə İnsan Hüquqları Komitəsinin formalaşdırılmasının və fəaliyyətinin beynəlxalaq hüquqi əsası tədqiq edilir. Komitə üzvlərinin seçim qaydası və onların fəaliyyətinə xitam verilməsi ilə bağlı təklif və tövsiyələr verilir. Qeyd edilir ki, Komitədə müzakirələrin məhkəmə prosedur qaydasına yaxınlaşdırılması daha doğru olardı. Həmçinin prosedur qaydada Komitə üzvünün üzrlü səbəblər kimi digər üzvlər tərəfindən funksiyasına xitam edilməsi səbəbləri konkret göstərilməlidir.

Ənənəvi dövlətlərarsı ünsiyyətə qurulmuş beynəlxalq hüquqda dövlət-fərd ünsiyyətinə də keçilməklə dövlətlərin insan hüquqları üzrə öhdəliklərinin beynəlxalq institutlarına zərurət artmaqdadır. Belə təminat institutlarından biri də beynəlxalq müqavilə əsasında təsis edilən İnsan Hüquqları Komitəsidir.

İnsan Hüquqları Komitəsinin (Komitə) tərkibinin formalaşdırılması da beynəlxalq müqaviləyə əsaslanır. Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktın IV hissəsi Komitənin yaradılması və fəaliyyət əsasını nəzərdə tutur. Paktla bərabər ona qəbul edilmiş Fakultativ Protokol da komitənin səlahiyyətini, fəaliyyət xüsusiyyətini müəyyən edir. Pakt Komitənin fəaliyyət əsasını ehtiva etməklə bərabər onun xüsusi prosedur qaydasını da ifadə edir.

Paktın 39-cu maddəsinin 2-ci bəndində deyilir ki, Komitə özünün prosedur qaydalarını müəyyən edir və Komitə qəbul etdiyi qaydalarına uyğun fəaliyyət göstərir. Pakt və Fakültativ Protokol fəaliyyətin bir sıra ümumi məsələlərini ehtiva etdiyində bu aktlarla yanaşı komitənin fəaliyyətinin spesifik məsələləri Prosedur qaydalarla təmin edilir. Məsələn, ekspertlərin öz səlahiyyətlərinə başlayarkən “andiçmə” proseduru, komitənin struktur qurumlarının fəaliyyət prinsipləri səsvermənin keçirilmə mexanizimi və digər məsələlər Prosedur qaydalarla tənzimlənir .

Paktın 39-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Komitə özünün xüsusi prosedur qaydalarını müəyyən edir və bu qaydalar: a) Komitənin on iki üzvdən ibarət formalaşan kvorumunu; b) Komitənin qərarlarının iştirakçı üzvlərin səs çoxluğu ilə qəbulunu nəzərdə tutmalıdır. Qeyd edilən məsələlər konvension əhəmiyyət kəsb edir.

Prosedur qaydalar davamlı olaraq təkmilləşdirməyə məruz qalmış, hazırda tətbiq edilən qaydalar isə 2001-ci ildə, Komitənin 103-cü sessiyasında qəbul edilmişdir.

Komitə müəyyən bir tərkibdə öz fəaliyyətini yönəldir. Komitə şəxsi keyfiyyətdə çıxış edən 18 ekspertdən ibarət formalaşır. Paktın 28-ci maddəsinin 1 , 2 , 3-cü bəndləri qeyd etdiyimiz məsələlərə həsr edilib. Komitənin üzvləri şəxsi keyfiyyətdə çıxış etsələr də, onlar Pakt iştirakçısı olan dövlətlərin vətəndaşıları olmalıdırlar.

Paktın 29.2 maddəsinə görə, iştirakçı dövlətlər işin faydası üçün ikidən artıq olmamaqla namizəd irəli sürməlidilər. Eyni zamanda bir iştirakçı dövlətdən birdən artıq ekspert Komitəyə seçilə bilməz. Ekspertlər gizli səsvermə yolu ilə seçilirlər. Seçilən şəxslər beynəlxalq hüquq , insan hüquqlarının müdafiəsi sahəsində tanınmış, mənəvi baxımdan yüksək dəyərlərə malik şəxslər olmalıdırlar. Ekspertlərin seçilməsi zamanı ədalətli coğrafi bölgü nəzərə alınır və dünyanın mövcud hüquq sistemləri təmsil olunmalıdır.

Komitənin üzvləri təqdim edilən namizədlər içərisindən gizli səsvermə yolu ilə seçilirlər.

Paktın 43-cü maddəsinə görə, Komitə üzvləri BMT-nin ekspertləri kimi, bütün imtiyaz və immunitetlərə malikdirlər. Bu üstünlüklər BMT-nin imtiyaz və immunitetlər haqqında Konvensiyasına uyğun tənzimlənir.

Seçkilərin həyata keçirilməsində BMT Baş Katibliyi xususi rol oynayır. Baş Katiblik qurumlarında həyata keçirilən seçkilərin baş tutması üçün Pakt iştirakçısı dövlətlərin üçdə ikisi iştirak etməlidir. O şəxslər seçilmiş sayılır ki, iştirak edən və səs verən iştirakçı dövlətlərin nümayəndələrinin səslərinin əksəriyyətini almış olsunlar.

Komitə üzvlərinin seçkilərinə 4 ay qalmış BMT Baş Katibi Pakt iştirakçısı dövlətlərə namizədlərin təqdim edilməsi üçün müraciət edir. öz növbəsində iştirakçı dövlətlər 3 ay müddətində namizədlərini təqdim etməlidirlər. Baş Katiblik namizədlərin adlarını əlifba sırası qaydasında tərtib etdikdən sonra bu siyahını Pakt iştirakçısı dövlətlərə təqdim edir. Bu tərtibat qaydası da seçkilərə ən azından bir ay qalmış həyata keçirilməlidir.

Komitə üzvləri yenidən seçilmək imkanına malik olmaqla dörd il müddətinə öz səlahiyyətlərini həyata keçirirlər. Komitə özünün fəaliyyətini təmin etmək üçün xüsusi struktura da malikdir. Komitə üzvləri arasında sədr, üç müavin, hesabatçını seçməklə müxtəlif köməkçi orqanlardan, katiblikdən ibarət struktura malikdir. Komitə səlahiyyətli şəxslərini yenidən seçilə bilmək imkanı ilə iki il müddətinə seçilir. 18-ci qaydaya uyğun olaraq bütün vəzifə səlahiyyətlərinə Komitədə üzüvlük müddətinin bitməsi ilə xitam verilir…

Ardı var